5-09-2022, 00:54
Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
5-09-2022, 00:51
İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi
İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. Bu barədə İsrailin Baş naziri Yair Lapid twitter səhifəsində məlumat paylaşıb. “Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.
5-09-2022, 00:50
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Butov.az xəbər verir ki, Yeromenko küçəsi 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib. Tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
5-09-2022, 00:48
Qonşu ölkənin meşələri yanır
Gürcüstanda bir neçə yerdə eyni anda meşə yanğınları başlayıb.
Butov.az xəbər verir ki, qonşu ölkənin Tetricğaro, Kvareli, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisindəki meşə sahələrində yanğın baş verib. Fövqəladə Hallar İdarəsi hadisə yerinə yanğınsöndürmə qruplarının səfərbər olduğunu bildirib. Bundan əlavə, Çoxatauri bələdiyyəsinin Zemo Xeti ərazisində, Mestia bələdiyyəsinin Latali, Kvareli bələdiyyəsinin Şilda, Tetricğaronun isə Asureti kəndində yanğın ocaqlarının söndürüldüyü deyilir. Fövqəladə Hallar İdarəsi digər ərazilərdə yanğının lokallaşdırılması işlərinin davam etdirildiyini qeyd edib.
5-09-2022, 00:46
Şəhidlərimiz anıldıTorpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. Vətən Müharibəsi Qəhrəmanı şəhid Zaur Nudirəliyev və şəhid Rüfət Əsgərovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti iştirak ediblər. FHN-nin mətbuat xidmətindən bildiriblər ki, mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.
5-09-2022, 00:40
Çeçen döyüşçülər Donetskdə hücuma keçdiÇeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Donetsk ərazisində hücuma başlandığını elan edib. Bu barədə Kadırov Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum "Axmat" xüsusi təyinatlıları və digər korpuslar tərəfindən təşkil edilib. Qeyd olunub ki, qırıcılar Soledar, Yakovlevka və Seversk istiqamətində aktiv şəkildə hərəkətə keçib.
5-09-2022, 00:37
Rusiyanın Çindəki səfiri istefa verdiRusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib.
Butov.az xəbər verir ki, diplomat tezliklə vəzifəsini tərk etmək qərarına gəlib. “Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - rusiyalı diplomat açıqlamasında deyib.