Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
8-09-2022, 23:27
İlham Əliyev Türkiyə ilə bağlı sərəncam imzaladı


İlham Əliyev Türkiyə ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 6 mart 2007-ci il tarixli sərəncamında dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın tərkibinə "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.
8-09-2022, 23:25
Kraliça II Elizabetin səhhəti pisləşib


Kraliça II Elizabetin səhhəti pisləşib

Böyük Britaniya kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Butov.az xəbər verir ki, həkimlər kraliçanın sağlamlığından narahat olduqları üçün onun Balmoral sarayında tibbi nəzarət altında qalmasına qərar veriblər. “Hərtərəfli müayinədən sonra kraliçanın həkimləri onun səhhətindən narahat olublar və həkim nəzarəti altında qalmasını tövsiyə ediblər”, - açıqlamada deyilir. Qeyd edək ki, Kraliça Şəxsi Şuranın iclasını təxirə salıb.
8-09-2022, 23:23
Agentliyin Nizamnamə fondu təsdiqlənib


Agentliyin Nizamnamə fondu təsdiqlənib

Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib. Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə fondu 5 milyon 642 min 390 manat müəyyənləşdirib. Nazirlər Kabineti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Maliyyə Nazirliyinə Fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.
8-09-2022, 23:20
QHT nümayəndələri Şuşada


QHT nümayəndələri Şuşada

Bu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfəri başlayıb. Butov.az-ın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq. Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər. QHT nümayəndələri səfərin sonunda bir daha Müzəffər Ali Baş Komandana Şuşaya təşkil edilən səfərə, habelə şəhərdə aparılan bərpa və quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.
8-09-2022, 23:18
Paşinyan yenə nala-mıxa vurdu: “Azərbaycanla mövqeyimiz üst-üstə düşmür”


Paşinyan yenə nala-mıxa vurdu: “Azərbaycanla mövqeyimiz üst-üstə düşmür”

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşüb. Butov.az xəbər verir ki, N.Paşinyan icma üzvlərinin suallarını cavablandırıb. Baş nazir Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşünü, eləcə də Qarabağ probleminin həlli, regional infrastrukturların blokadadan çıxarılması və Azərbaycanla sərhədin demarkasiyası imkanlarını təqdim edib. Nikol Paşinyan əminliklə bildirib ki, regional kommunikasiyaların açılması mütləq Ermənistanın xeyrinə olacaq. “İqtisadi fəaliyyətlə məşğul olanlar deyə bilər ki, rabitə, dəmir yolu, avtomobil yollarının olması nə qədər şeyi dəyişir. Biz bu yaxınlarda ərzaq qiymətləri ilə bağlı sorğu keçirdik. Sorğu göstərdi ki, Ermənistanda ərzaq orta hesabla bir çox ölkələrlə müqayisədə bahadır. Problemin nə olduğunu anlamağa çalışdıqda isə bu gün daha da kəskinləşən nəqliyyat probleminə gəlirik. Bilirsiniz ki, Ukrayna ətrafında baş verən hadisələrə qədər nəqliyyatda qiymətlər artıq qalxmışdı. Bunun nəticəsində biznes üçün də çətinliklər yaranır, lakin bütün bunlardan ilk növbədə istehlakçılar əziyyət çəkir”, - Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır. “Maşınlar Ermənistan, Gürcüstan və İrana girib-çıxa bilər, biz Azərbaycan və Türkiyə ilə eyni şeyin olmasının əleyhinə deyilik. Bu məsələ ilə bağlı yekun razılıq hələ əldə olunmayıb. Amma mən çox açıq şəkildə demək istəyirəm ki, bu məsələdə razılığa gəldikdən sonra biz marşrutların və yolların açılması məsələsini çox tez həll edəcəyik”, - Paşinyan vurğulayıb. Ermənistan və Azərbaycan dövlət başçılarının Avropa Şurası prezidentinin vasitəçiliylə Brüsseldə keçirdiyi üçtərəfli görüşündən danışan Paşinyan deyib ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb. “Söhbət Dağlıq Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Aydındır ki, bu mövqe, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır. Rusiyaya rəsmi səfərim zamanı Rusiya prezidenti ilə mən bəyanat imzaladıq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq etməliyik. Yəni Rusiya qeyd edir ki, həlli vacib olan problem var. Bu da məntiqlidir, çünki problem olmasaydı, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri olmazdı”, - Paşinyan bildirib. O, həmçinin əlavə edib ki, Brüsseldə keçirilən görüşdə həm Ermənistan, həm də Azərbaycan sülhə nail olmaq istəklərini bəyan ediblər. Paşinyan qeyd edib ki, tamamilə hamı sülh istəyir, lakin hər kəsin öz anlayışı, şərtləri, nəticələri və sülh atmosferi var. Onun sözlərinə görə, burada münaqişələr yaranır.
8-09-2022, 23:14
Türk ordusu 8 terrorçunu zərərsizləşdirib


Türk ordusu 8 terrorçunu zərərsizləşdirib

İraqın şimalında uğurla davam edən Pəncə-Kilit Hərəkatı bölgəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını məhv etmək əzmində və əzmindədir. Qətiyyətlə davam edəcək! Dayanmayın, yorulmayın, mübarizəyə davam edin!", - açıqlamada bildirilib.
8-09-2022, 23:12
ABŞ Ukraynaya daha 675 milyonluq yardım ayırdı


ABŞ Ukraynaya daha 675 milyonluq yardım ayırdı

ABŞ iki ölkənin müdafiə nazirləri arasında keçirilən görüşdən sonra Ukraynaya 675 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrıldığını elan edib. Butov.az xəbər veir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, prezident Co Bayden müəyyən məbləğdə Ukraynaya əlavə silahların ayrılmasını təsdiqləyib. Ostinin sözlərinə görə, Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşdə Rusiyanın işğalına qarşı müqavimətdə Kiyevə gələcək dəstək məsələsi müzakirə olunub. ABŞ-dan yardımın ayrılmasını Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak da təsdiqləyib. "Birləşmiş Ştatlar Ukraynaya 675 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. Müttəfiqlərə təşəkkürlər", - Yermak öz Telegram kanalında yazıb. ABŞ gələcək illər üçün Ukrayna ordusuna dəstək planı üzərində işləyir. Xüsusilə, ABŞ orta və uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrinə dəstək planı hazırlayır. Söhbət həm də rus ordusu üzərində qələbədən sonra dəstəkdən gedir.
8-09-2022, 23:10
7 evdən oğurluq edildi


7 evdən oğurluq edildi

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.


8-09-2022, 23:07
Qarabağda aşkarlanan minaların sayı açıqlandı


Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
8-09-2022, 23:05
Avropanı “tarixin ən pis qışı” gözləyir


Avropanı “tarixin ən pis qışı” gözləyir

Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentilon Avropa qitəsilə bağlı qorxunc proqnoz verib. Butov.az xəbər verir ki, avrokomissar qış fəslinə doğru qazın qiymətinin kəskin bahalaşacağını, Avropada iqtisadi artım tempinin azalacağını bildirib. Onun sözlərinə görə, bu il Avropa qitəsi tarixin ən pis qış fəslini yaşayacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!