Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
12-09-2022, 00:18
Ərdoğan Şahbaz Şəriflə danışdı: Hazırıq!


Ərdoğan Şahbaz Şəriflə danışdı: Hazırıq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Butov.az xəbər verir ki, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib. Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu söyləyib. Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistana kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib. Pakistanın baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.
12-09-2022, 00:16
Təlimə gələn hərbçilər Türkiyəyə qayıtdılar


Təlimə gələn hərbçilər Türkiyəyə qayıtdılar

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.
12-09-2022, 00:14
Ukraynaya lazım olan qədər silah verəcəyik - Rəsmi Berlin


Ukraynaya lazım olan qədər silah verəcəyik - Rəsmi Berlin

Rəsmi Berlin Ukraynaya hərbi yardım edəcəyini bildirib. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib. “Biz Ukraynanın və Ukrayna xalqının yanındayıq. Bu, hər zaman belə olub. Nə qədər ki, Ukrayna və Ukrayna xalqının bizə ehtiyacı var, biz onların yanında olmağa davam edəcəyik. Biz Ukraynaya lazım olan qədər silah verəcəyik", - deyə nazir bildirib.
12-09-2022, 00:12
Lavrovdan Ukrayna açıqlaması: Çətin olacaq


Lavrovdan Ukrayna açıqlaması: Çətin olacaq

"Hazırda Kreml Ukrayna ilə danışıqlardan imtina etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını söyləyib: "Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin nə qədər ki, proses uzanacaq, bir o qədər razılığa gəlmək çətin olacaq".
12-09-2022, 00:09
DİN-in radiosu yeni layihəyə başlayır


DİN-in radiosu yeni layihəyə başlayır

Daxili İşlər Nazirliyi (DİN) radiosu yeni layihəyə başlayır. Butov.az-ın məlumatına görə yol hərəkəti ilə bağlı DİN-in səlahiyyətlərinə aid olan mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihəyə Avto Fm 107.7 dalğasında start verilir. Veriliş radionun sosial şəbəkə səhifələrində də canlı olaraq yayımlanacaq. Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq, əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər birbaşa icraya yönləndiriləcək, digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyəti üzrə səlahiyyətli qurumlara göndəriləcək. Layihə ötən mövsümdə həftədə iki gün 1 saat olmaqla efirə çıxıb, lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim esilməsini şərtləndirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!