Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
12-09-2022, 19:15
Müdafiə Nazirliyindən Qırmızı Bazar açıqlaması


Müdafiə Nazirliyindən Qırmızı Bazar açıqlaması

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Bu məlumatı qəti surətdə təkzib edirik", - rəsmi açıqlamada qeyd olunub.
12-09-2022, 19:13
Peşə məktəblərində oxuyanlara təhsil krediti veriləcək


Peşə məktəblərində oxuyanlara təhsil krediti veriləcək

“Texniki peşə məktəblərində təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi müzakirə olunur”. Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, hazırda yüksək texniki peşə təhsili müəssisələrində təhsil alanlara növbəti ilin sentyabrından texniki peşə təhsili üzrə təhsil alanlara da təhsil tələbə kreditlərinin verilməsinə başlanıla bilər.
12-09-2022, 19:10
Ərdoğan Zəngilana gəlir


Ərdoğan Zəngilana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir. Butov.az-ın əldə etdiyi məlumata görə, qardaş ölkə lideri Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək. Türkiyə Prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcəyi bildirilir. Qeyd edək ki, Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi. Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni aeroportun yaxın günlərdə təhvil verilməsi planlaşdırılır. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.
12-09-2022, 19:03
Ermənistanda parlament işə başladı - Müxalifət boykot etdi


Ermənistanda parlament işə başladı - Müxalifət boykot etdi

Bu gün, sentyabrın 12-də Ermənistanın parlamenti yeni sessiyasına başlayıb. Butov.az xəbər verir ki, sessiyanın iclasları dörd gün davam edəcək və 45 məsələyə baxılacaq. Parlament müxalifəti sessiyanı boykot edib.
12-09-2022, 18:56
Ərdoğan Putinə Zelenski ilə görüşməyi təklif edəcək


Ərdoğan Putinə Zelenski ilə görüşməyi təklif edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Səmərqənddə planlaşdırılan görüşdə yenidən Ukrayna məsələsini gündəmə gətirəcək. “Hürriyet”in məlumatına görə, Ərdoğan Putinə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirməyi təklif edəcək. "Ərdoğan və Putin arasında keçiriləcək görüşün ən mühüm mövzusu Ukraynadakı vəziyyət olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin vasitəçilik təşəbbüsləri ilə müharibəni bitirmək və davamlı atəşkəsə nail olmaq üçün bütün səylərini davam etdirəcəyi mesajını verəcək. Prezident liderlərin Türkiyədə görüşü ilə bağlı təklifini Putinə təkrarlayacaq Ərdoğan məsələnin diplomatik yolla həllini vurğulayacaq. İki liderin görüşündə Suriyaya qarşı mümkün hərbi əməliyyatın da gündəmdə olması gözlənilir”, - “Hürriyet” yazıb. Həmçinin bildirilir ki, Türkiyə və Rusiya Federasiyası liderlərinin qarşıdan gələn şəxsi görüşündə əsas müzakirələrdən biri də “taxıl dəhlizi”nin fəaliyyətinə dair olacaq. “Putinin “təəssüf ki, taxıl varlı ölkələrə gedir” bəyanatından sonra Ərdoğan Rusiya mallarının Türkiyənin koordinasiya etdiyi gəmilərlə dəhliz boyu göndərilməsini xahiş edəcək”, - nəşr yazır. Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (WEF) plenar iclasında Ukrayna taxılının ixracı ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, Avropa dövlətləri inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadaraq, müstəmləkəçi kimi çıxış etməkdə davam edir. Putin bildirib ki, Ukrayna ərazisindən ixrac edilən taxılın demək olar ki, hamısı inkişaf etməkdə olan ölkələrə deyil, Avropa İttifaqına göndərilib. Onun sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 87 gəmidən yalnız 2-si ehtiyacı olan ölkələrə göndərilib.
12-09-2022, 18:41
Yunan baş nazirdən Türkiyəyə dostluq təklifi


Yunan baş nazirdən Türkiyəyə dostluq təklifi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir. Butov.az xəbər verir ki, Baş nazir Ərdoğanla danışıqlara hazır olduğunu deyib və belə bir görüşün Praqada keçirilməsini təklif edib. O, Türkiyə ilə dostluq münasibətləri qurmağın vacibliyini diqqətə çatdırıb. Qeyd edək ki, son günlər Türkiyə və Yunanıstan arasında münasibətlər kəskin pisləşib.
12-09-2022, 18:39
Bakıda dəhşət - Ana 1 yaşlı uşağının yeməyinə "pereks" qatıb öldürdü


Bakıda dəhşət - Ana 1 yaşlı uşağının yeməyinə "pereks" qatıb öldürdü

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə rayon prokurorluğundan verilən məlumatda bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
12-09-2022, 18:37
Ermənilər mövqelərimizi yenidən atəşə tutdular


Ermənilər mövqelərimizi yenidən atəşə tutdular

Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
12-09-2022, 18:35
Putindən oliqarxlara tapşırıq - Müharibənin "yeni mərhələsi”nə hazırlaşın!


Putindən oliqarxlara tapşırıq - Müharibənin "yeni mərhələsi”nə hazırlaşın!

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin “yeni mərhələsini” gücləndirmək üçün dövlət korporasiyalarına və oliqarxlara özəl hərbi şirkətlər yaratmağı əmr edib. Bu barədə məşhur araşdırmaçı jurnalist Xristo Qrozev Twitter-də yazıb. Onun sözlərinə görə, Putin oktyabrda “döyüşün yeni mərhələsinə” başlamaq istəyir. Ukrayna Silahlı Qüvvələrinin avqustun sonunda başladığı əks-hücum əməliyyatı hazırda Cənubda və Xarkov vilayətində davam edir. Prezident Volodimir Zelenskinin sözlərinə görə, sentyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri təxminən 2000 kvadrat kilometr ərazini azad edib. Son sutkada 20 yaşayış məntəqəsinin azad olunduğu bildirilir. ABŞ rəsmilərinin fikrincə, hazırkı hücum Rusiyanın cəbhə xəttində əhəmiyyətli dərəcədə geri çəkə biləcəyinə səbəb ola bilər. Baş qərargahın məlumatına görə, genişmiqyaslı işğalın başlanğıcından bəri Ukrayna ordusu artıq 52 650 rusiyalı işğalçını məhv edib və minlərlə düşmən texnikasını sıradan çıxarıb.
12-09-2022, 18:33
Laçında top mərmisi aşkarlandı


Laçında top mərmisi aşkarlandı

Laçında top mərmisi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!