Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
12-09-2022, 00:46
İzyumun mərkəzində Ukrayna bayrağı dalğalanır


İzyumun mərkəzində Ukrayna bayrağı dalğalanır

Ukrayna ordusu Xarkov vilayətində yerləşən strateji İzyum şəhərinin mərkəzinə nəzarəti bərpa edib. Butov.az xəbər verir ki, artıq hərbçilər şəhər şurasının binası üzərində Ukrayna bayrağını qaldırıblar. Qeyd edək ki, bir neçə gündür Ukrayna Xarkovda əks-hücum əməliyyatına başlayıb. Uğurlu əməliyyat nəticəsində İzyum şəhəri ruslardan təmizlənib. Rusiya Müdafiə Nazirliyi şəhərdən geri çəkildiyini təsdiqləyib.
12-09-2022, 00:44
İdmançımız dünya çempionatında medal qazandı


İdmançımız dünya çempionatında medal qazandı

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. Butov.az xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4. Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.
12-09-2022, 00:37
Xarkov qaranlığa qərq oldu


Xarkov qaranlığa qərq oldu

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda elektrik enerjisi kəsilib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin bölgədəki müxbiri şəhərin qaranlığa qərq olduğunu bildirib. Elektrik enerjisinin niyə dayandırıldığı barədə məlumat verilməyib. Teleqram kanallarında Ukraynanın digər bölgələrində də elektrik enerjisinin kəsildiyi barədə xəbər yayılıb. Qeyd edək ki, son bir neçə gündə Ukrayna ordusu Xarkovda rusların işğalı altında olan ərazilərə uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Rusiya buna cavab olaraq Xarkovda bəzi ərazilərə raket zərbələri endirib.
12-09-2022, 00:35
Güləşçimiz növbəti dəfə dünya çempionu oldu


Güləşçimiz növbəti dəfə dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib - 8:0. Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub. Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.
12-09-2022, 00:31
Şəhidlərimizin xatirəsi anıldı


Şəhidlərimizin xatirəsi anıldı

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Həmdəm Ağayev, Atəm Əliyev və Adil İbrahimlinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.



12-09-2022, 00:29
Türkiyə ordusu 2 şəhid verdi


Türkiyə ordusu 2 şəhid verdi

İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı Türkiyə ordusunun iki hərbçisi şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı Harun Yıldırım və Savaş Borlu həlak olub. Daha 4 hərbçinin yaralandığı qeyd olunur.
12-09-2022, 00:27
Putin və Makron telefonla danışdılar


Putin və Makron telefonla danışdılar

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm "hücumlarına" diqqət çəkib. Rusiya Prezidenti stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib və stansiyanın atəşə tutulmasının dərhal dayandırılması üçün Kiyev hakimiyyətinə təsir göstərməyin zəruriliyini vurğulayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iştirakı ilə Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə olunub.
12-09-2022, 00:24
Bu günə olan vaksin statistikası


Bu günə olan vaksin statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1234 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.

12-09-2022, 00:22
Yoluxanların sayı açıqlandı: Ölən yoxdur


Yoluxanların sayı açıqlandı: Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 2379 aktiv xəstə var. Bu günə qədər 9854 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2875, indiyədək ümumilikdə 7 193 925 test icra olunub.


12-09-2022, 00:21
3 güləşçimiz yarımfinala yüksəldi


3 güləşçimiz yarımfinala yüksəldi

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb. Butov.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində latviyalı Aleksandr Yurkyansı 7:3, 1/4 finalda kubalı Luis Alberto Orta Sançesi 3:1 hesabı ilə məğlub edib. Yarımfinalda onun rəqibi serbiyalı Sebastian Nad olacaq. 67 kq çəkidə Həsrət Cəfərov 1/16 finalda meksikalı Dieqo Martineslə görüşməli olsa da, rəqib zədələndiyi üçün görüşə çıxmayıb. Nəticədə Cəfərov 1/8 finala yüksəlib. O, sonrakı görüşlərində yaponiyalı Katsuaki Endonu 9:0. çinli Husiyuetu Husiyuetunu 7:0 hesabı ilə üstələyib. Yaırmfinalda rəqib serbiyalı Mate Nemes olacaq. 97 kq-da mübarizə aparan Arif Niftullayev 1/16 finalda avstriyalı Daniel Qastlini 3:2, 1/8 finalda litvalı Vilius Laurinaitisi 9:0, 1/4 finalda macarıstanlı Aleks Gerqo Sokeni 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda rəqib bolqarıstanlı Kiril Milenov Milov olacaq. 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov isə 1/8 finalda yaponiyalı Yuya Okajimanı üstələsə də, 1/4 finalda özbəkistanlı Jalqasbay Berdemuratova 0:11 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyib. O, ümidini bürünc medala bağlayıb. Bundan ötrü ilk növbədə, Berdemuratov finala yüksəlməlidir. Qeyd edək ki, bu gün yarımfinal görüşləri ilə yanaşı, Azərbaycanın 2 təmsilçisi - 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar. Final qarşılaşmaları saat 20:00-da başlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!