21-09-2022, 18:28
Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məktubda deyilir: "Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Rusiya və Ermənistan qardaş xalqlardır. 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülhün təmin edilməsi üçün yaxşı əsasdır, bu, Qafqazda təhlükəsizlik üçün vacibdir”.
21-09-2022, 18:22
“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - ŞoyquUkrayna Silahlı Qüvvələrinin itkiləri 100 mindən çoxdur. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Ukrayna və Qərb bu qədər insanın ölümünə səbəb olub. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Şoyqu bu gün xalqa müraciətində deyib ki, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçisini itirib.
21-09-2022, 18:20
Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...
“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz həlak olub”. Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Müdafiə nazirinin sözlərinə görə, hazırda Donbas uğrunda ağır döyüşlər gedir. "Rusiya xalqının birliyinə güvənirik", - deyə Şoyqu vətəndaşlara müraciət edib. O, həmçinin vurğulayıb ki, hərbi təcrübəsi olan Rusiya vətəndaşları səfərbərliyə cəlb olunacaq. Qismən səfərbərliyə ehtiyatda olan 300 min əsgər çağırılacaq. Həmin şəxslər Rusiyanın nəzarətində olan ərazilərdə xidmət edəcəklər. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Rusiyanın müharibə başlayandan bəri 54 810-a yaxın hərbi qulluqçusu ölüb.
21-09-2022, 18:18
Putin Qərbi nüvə silahı ilə hədələdi
"Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik". Bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib. "Qərbin məqsədi Rusiyanı zəiflətməkdir, amma təbii ki, bu alınmayacaq. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik", - deyə Putin Rusiyanın düşmənlərinə xəbərdarlıq edib.
21-09-2022, 18:16
“Qərb istəyir ki, Rusiya parçalansın” - Putin"Qərb istəyir ki, Rusiya bir çox müharibə edən bölgələrə parçalansın". Bunu Rusiya Pezidenti Vladimir Putin xalqa müraciətində bildirib.."Ukraynada qabaqlayıcı hərbi əməliyyatla bağlı qərar tamamilə zəruri və yeganə mümkün qərar idi. Ukraynada sülh yolu ilə həll Qərbə yaraşmır, ona görə də Kiyevə danışıqları pozmaq tapşırılıb",- deyə Rusiya lideri Qərb ölkələrini ittiham edib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub.
21-09-2022, 18:13
Rusiyada bu gündən səfərbərlik başlayır
Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib. Rusiyada səfərbərlik tədbirləri bu gündən başlayacaq. Məlumata görə, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə yalnız ehtiyatda olan hərbçilər, ilk növbədə təcrübəsi olanlar cəlb ediləcək. Qismən səfərbərlik çərçivəsində hərbi hissələrə göndərilənlər əlavə təlim keçəcəklər. Eyni zamanada səfərbər edilmiş ruslar müqaviləli işçilər kimi zəmanətlər alacaqlar. Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciət edib.
21-09-2022, 18:10
Rusiyalı diplomatlardan ikisi ABŞ-da buraxılmayıbRusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin 10 üzvündən ikisinə ABŞ vizası verilməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən bir sıra şəxslərə 13 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verilib.
21-09-2022, 18:09
İcra başçısı şəhidin 3 mərasimində iştirak edibGoranboyda şəhid Yusif Asif oğlu Qurbanovun 3 mərasimi keçirilib.
Butov.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış və müalicə aldığı Bakı şəhəri Mərkəzi Hərbi Klinik Hospitalda vəfat etmiş, Goranboy rayonu Şəfəq kəndindən Şəhidimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin XTQ mənsublu giziri Qurbanov Yusif Asif oğlunun 3 mərasimində iştirak edib.