Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-09-2022, 09:13
"Nur Ocağı" Arzu Tahirqızının şeirlərini təqdim edir:

"Nur Ocağı" Arzu Tahirqızının şeirlərini təqdim edir:

Köçə bilsən
Bu dünyanın yaxşı tanı rəngini,
Ağını qaradan seç, seçə bilsən!
Unutma çalınan ömür zəngini,
Haqqın körpüsündən keç, keçə bilsən.

Anlasan hikmətin sən Yaradanın,
Doğru olar yolun, sağ olar canın.
Uca olar el içində məqamın,
Əkdiyindən xeyir biç, biçə bilsən.

Xalqın arasında qazan hörməti,
Qoru ləyaqəti, yox et nifrəti!
Bilsən ki, öldürər eşqin şərbəti,
Onu da şövq ilə iç, içə bilsən.

Oynama həyatda şeş-qoşa, dü-bir,
Tələsmə, hər işdə eylə gəl, səbir.
Cismin son məkanı kiçicik qəbir!
Ruhun qapısını aç, aça bilsən!

Arzu, bu dünyanın ədaləti yox,
Dərdləri calayıb, yük eyləmə çox.
Qarın ac olsa da, gözün olsun tox,
Köçəndə vicdanla köç, köçə bilsən.

Ürəyim
Mən bilmirəm, əzəl gündən beləsən?
Baş aparma, az-az deyin, ürəyim.
Nə yaşadıb, nə vermisən sən mənə?
Bir az asta, aram döyün, ürəyim.

Hər arzuma, istəyimə çəkib sədd,
Yerli-yersiz söz-söhbəti etmə dərd.
Mərd gəlmisən bu dünyaya, yaşa mərd,
Arzulara vurma düyün, ürəyim.

Ümidləri gerçəklərlə qovuşdur,
Məni üzən qəm-qüssəni sovuşdur.
Vüsalınla vüsalımı qarışdır,
Məhəbbət düz löyün-löyün, ürəyim.

Sevgi adlı bir dəryadan keçmisən,
Min xəyaldan bir ürəyə köçmüsən.
Sən bəxtimə çox gözəl yar seçmisən,
Alqışladım, bir az sevin, ürəyim.

Gəncliyimdən dərd-qəm ilə yükləndin,
Ömür boyu hey həsrətə kökləndin.
Daha bəsdi sən bu qədər təkləndin,
Səadətdən libas geyin, ürəyim.

Dağ vüqarlı, xoş amallı olmusan,
Hər bir kəsin dərdi ilə dolmusan.
El dərdinə yanıb, saçın yolmusan,
Dilə düşüb səsin-küyün, ürəyim.

Dünya boyda bir dünya var içində,
Fəryadın da bəzən ayrı biçimdə.
Doğmaları incidəcək köçün də,
Varlığınla sən az öyün, ürəyim.

Gecələr
Elə ki, hər yanı zülmət bürüyər,
Bu tənha könlümü sıxar gecələr.
Çarəsiz qəlbimin hər çeşməsindən,
Qaynayıb min bulaq çıxar gecələr.

Alar ürəyimi bir qərib qorxu,
Deşər neştər kimi intizar oxu.
Vüsalının acı, həsrətin toxu,
Künclərdən üzümə baxar gecələr.

Bir ümid gözlərəm gələn sabahdan,
Qurtarmaq istərəm fəryaddan, ahdan!
Məni qorumaqçun sənli günahdan,
Könlümü odlara yaxar gecələr.

A zalım
Fələk saldı min oyuna, min felə,
Bəsdi, sən də yaralama , a zalım.
Dən-dən düzüb ağ telləri saçıma,
Ömrümü də qaralama, a zalım.

Kül ələdi bu başıma bax fələk,
Mən aldanıb, sandım iblis bir mələk.
Saflığıma sən də qurub min kələk,
Yalanları sıralama, a zalım.

Yüklənibdi, ömür karvanım qəmlə,
Könül simim yenə dillənir bəmlə,
Dağılıb tökülən ruhumu cəmlə,
Acı sözlə paralama, a zalım.

Yanmır
Göz yaşlarım selə dönüb hey axır,
Ürəyimin başı yanır, dayanmır.
Cənnətinə qonaq gedən oğullar,
Fəryad edib çağırsaq da oyanmır.

Tox bilməz ki, ac olanın halını,
Varlı yeyir kasıb-yetim malını,
Şəhid, qazi, Vətən qeylü-qalını,
Qudurğanlar, vicdansızlar duyammır.

Ey Allahım, nədən qıydın ölümü?
Gələn acı fəlakətmi, ya selmi?
Ancaq kasıb çəkəcəkmi bu zülmü?
Haqq yeyənlər nə alışmır, nə yanmır.

Gözlərindən qəm yağışı süzülür,
Qəlbindəki acıları yuyur, o.
Aram-aram, sıralanıb düzülür,
Səni üzən duyğuları duyur o.

Qəm sıxmasın incə, kövrək qəlbini,
İçindəki arzuların darıxar,
Cuşa gətir ürəyinin təbini,
Bu sevgidən qüssə, kədər karıxar.

Gözlərində gilələnən yaşların,
Hər birində gizlənən bir ümid var,
Kədərlənmə, çatılmasın qaşların,
Arzuların qəlbdə yeri dar olar.

Rahatlığı səndən alan dərdləri,
Göz yaşınla yuyulacaq sanarsan,
Çox başqadı bu həyatın şərtləri,
Gülümsəyib, həqiqəti danarsan.

Arzu bilir, həyat qəmdir, kədərdir,
Bu dərdlərin köç edəcək dəmi var.
Axıtdığın göz yaşların hədərdir,
Yaşamağın, gözəlliyin çəmi var.


Çoxdursa
Ağlama, heyfdir göz yaşlarına,
Onun dəyərini bilən yoxdursa,
Kədəri bəzəmə baxışlarına,
Yaşamaq həvəsin, sevgin çoxdursa.

Yük etmə qəlbinə, dərdi, gümanı,
Dağıt başındakı çəni, dumanı,
Qoyma qəhər dolsun eşqin ümmanı,
Fikirdən uzaq dur, qəlbi sıxdısa.

Çox dərindir sözün gücü, qüdrəti
Dünyada çəkirik hər bir möhnəti,
Kəlmələrin nəyə yarar hikməti,
Qəlb evimi viran edib, yıxdısa.

Səni üzən qayğıları, unut, sil,
Dərdlərinə inad, fərəhlən, de, gül,
Danışdığın sənin deyil, artıq bil,
Gecdi, söz ağızdan daha çıxdısa.

Arzunun xəyalı çin-çin qalanar,
Söz misraya, misra bəndə calanar,
Şeirləri pərvaz edib dolanar,
Ürəkdə məhəbbət odu çaxdısa.

Şəhid adına qurban
Vətən çağırdı səni, bağrı qan ağlayırdı,
Həsrəti, ah naləsi ürəklər dağlayırdı,
Damarında azadlıq, yurd eşqi çağlayırdı.
Vətən bağışlamazdı, yetişməsən dadına,
Qurban olum ey igid, sənin Şəhid adına.

Dalğalanır bayrağım, yurdumun hər yerində,
Gəzir ruhun, bu azad Vətənin göylərində,
Qürurla baş əyirəm, mən də ruhun önündə,
İçin-için alışıb, lap yansam da oduna,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Səni tərənnüm etmək, fəxrdi, iftixardı,
Mərdliyin, şücayətin dünyaya aşikardı,
Anan, bacın, övladın bizlərə yadigardı,
Məlhəm ola biləydim, qırılmış qanadına,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Özünə kəfən seçdin, üç rəngli al bayrağı,
Qanınla pak eylədin, murdarlanmış torpağı,
Yenə dönər elimin əvvəlki, xoş növrağı,
Xatirələr oyanar, bir-bir düşər yadına,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Dedilər
Həyatdan gileyli olduğum zaman,
"Həyat mənalıdır, bezmə"- dedilər.
"Sən duy gözəlliyi, ruhunu dindir,
Dərdin ümmanında üzmə"- dedilər.

Neynim, həyat mənim durdu qəsdimə,
Acılar sel kimi gəldi üstümə,
Yanıb kor olduqca mən öz tüstümə,
"Məğrur ol, həyatdan küsmə"- dedilər.

Tutsam da haqq yolu, doğru imanı,
Min bir səmtə getdi ömrün gümanı.
Hərdən qamçıladım vaxtı, zamanı,
"Zamana bir cəza kəsmə"- dedilər.

Az qaldı çevriləm kükrəyən selə,
Çağlayan bulağa, dənizə, gölə,
Dönərkən tufanlı, dumanlı yelə,
"Arzu, fırtınatək əsmə"- dedilər.

Cəbrayıl
Hər bir qarış torpağına qurbanam,
Doğma elim, ata yurdum Cəbrayıl.
Səndən ayrı yaşadığım illəri,
Min həsrətlə başa vurdum, Cəbrayıl.

Torpağın quruyub, susuz qalıbdır,
Kənd-kəsəkdə həsrət yuva salıbdır.
Baş daşında baxışlar da donubdur,
Danışmadı, kimə sordum, Cəbrayıl.

Dağıdaraq hər tərəfdən bəndləri,
Qırıb tökdü düşmən quran sədləri,
Yerlə yeksan olan viran kəndləri,
Xilas etdi şanlı ordum, Cəbrayıl.

Daim sənə açılmış idi əlim,
Dualardan usanmayırdı dilim
Allah, şükür, azad olundu elim!
Tilsimləri sonda qırdım, Cəbrayıl!

Çox qorxurdum, həsrətinlə öləcəm,
Görüşünə dizin-dizin gələcəm!
Göz yaşımı torpağınla siləcəm!
Xəyalımda qala qurdum, Cəbrayıl.

Sabahınız xeyir
Ey yurdumun insanları,
Sabahınız xeyir olsun.
Bu dünyanın mehmanları,
Sabahınız xeyir olsun.

Bu cahana yayılsın səs,
Olmasın bu dünya qəfəs,
Hər ürəkdə çoşsun həvəs,
Sabahınız xeyir olsun.

Bu dünyadan alıb kamı,
Xoşbəxt olsun, gülsün hamı
Sülhdən alaq biz ilhamı,
Sabahınız xeyir olsun.

Günəş gülsün göy sularda,
Sevgi dolu duyğularda,
Səhər şirin yuxularda,
Sabahınız xeyir olsun.

Dörd yanınız çəmən, çiçək,
Güllər açsın ləçək-ləçək,
Hər bir arzu olsun gerçək,
Sabahınız xeyir olsun.

Arzu Tahirqızı (Xasayeva)

3-09-2022, 22:40
"Neftçi" "Sumqayıt"ı darmadağın etdi


"Neftçi" "Sumqayıt"ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda növbəti görüş keçirilib. Butov.az xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"ı böyük hesabla məğlub edib – 3:0. Qələbədən sonra "Neftçi" xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 2 xalla yenə 8-ci pillədə qalıb.
3-09-2022, 22:36
İran, Rusiya və Çin ABŞ-a qarşı birləşir


İran, Rusiya və Çin ABŞ-a qarşı birləşir

ABŞ-ın geosiyasi rəqibləri aramla Vaşinqtona qarşı birləşirlər. Bu barədə "Bloomberg" agentliyi yazıb. Məqalədə bildirilir ki, söhbət İran, Çin və Rusiyadan gedir. Bu dövlətlər ABŞ-a qarşı mübarizə aparmaq üçün güclərini birləşdirir. Nəşr qeyd edir ki, Rusiya və Çin Ukraynada hərbi əməliyyatın başlamasından az əvvəl “məhdudiyyətlər olmadan” strateji tərəfdaşlıq elan ediblər. İran da Rusiya Prezidenti Vladimir Putinə hərbi yardım edir. Bundan əlavə, Pekin və Tehranın strateji əlaqələri güclənir. Agentliyin yaydığı məlumata görə, Vaşinqton hələ düşmən güclərin tamhüquqlu ittifaqı ilə üzləşməyib. Bununla belə, İran, Çin və Rusiya Federasiyası Birləşmiş Ştatlara qarşı eyni cəbhədə mübarizə aparır.
3-09-2022, 22:33
Pakistanda yağışdan ölənlərin sayı artdı


Pakistanda yağışdan ölənlərin sayı artdı

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265 nəfərə çatıb. Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölkədə son sutkada daşqınlar nəticəsində 57 nəfər ölüb. Ümumilikdə 33,4 milyon insan zərər çəkib. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında olduğu bildirilir.
3-09-2022, 22:31
Türkiyədə ağır qəza - 54 nəfər yaralandı


Türkiyədə ağır qəza - 54 nəfər yaralandı

Türkiyənin Çanaqqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı turistləri daşıyan avtobus aşıb və su kanalına düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəza yerinə polis və xilasetmə qrupları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
3-09-2022, 22:28
Son sutkanın vaksin statistikası


Son sutkanın vaksin statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1333 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 714, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 864 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 374 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 644, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 366 315, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 564 nəfər təşkil edir.


3-09-2022, 22:26
Yoluxma yenidən artdı - 9 nəfər öldü


Yoluxma yenidən artdı - 9 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, hazırda 3518 aktiv xəstə var. Bu günə qədər 9822 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4025, bu günə qədər isə ümumilikdə 7 166 533 test icra olunub.

3-09-2022, 22:23
NASA Ay missiyasını yenə təxirə saldı


NASA Ay missiyasını yenə təxirə saldı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Artemis 1" adlı Ay missiyasını yenidən təxirə salıb. Bu barədə təşkilatın saytında məlumat yayılıb. “Üçüncü nasazlıqların aradan qaldırılması cəhdindən sonra maye hidrogen sızması yenidən baş verdi. Komandalar növbəti addımları müzakirə edirlər”, - NASA-dan bildirilib. "Reuters" agentliyi qeyd edir ki, NASA komandaları buraxılış direktoruna planlaşdırılan buraxılışdan imtina etməyi tövsiyə edir. “The New York Times” qəzetinin yazdığına görə, texniki nasazlıq avqustun 29-da Ay missiyasının başlanmasına mane olub. Mühəndislər problemi həll etməli idi, NASA missiyaya bu gün, sentyabrın 3-də başlamağı planlaşdırırdı.
3-09-2022, 22:20
İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu


İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Butov.az xəbər verir ki, o, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub. Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medal qazanıblar. Qeyd edək ki, sentyabrın 2-də Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!