Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video
Bu gün Şabran rayonunun Aygünlü kəndi ərazisində ağır yol qəzası baş verib. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Butov.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər meyvə bağlarında çalışan fəhlələr olub. Onlar Quba rayonundan qayıdarkən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəzaya düşənlərdən bəziləri qadınlardır. Hadisə zamanı xəsarət alan şəxslər Şabran rayon sakinləridir. Qeyd edək ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.
“Iran Human Rights” qeyri-hökumət təşkilatı ölkədə davam edən etiraz aksiyaları zamanı ölənlərin sayını açıqlayıb. Butov.az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, İranda 6 gündür davam edən aksiyalarda azı 31 nəfər həlak olub. Ölü sayının artacağı istisna edilmir.
Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.
Daşqınlar böyük faciəyə səbəb oldu - 324 nəfər ölüb
Cari ilin iyulun 1-dən Pakistanın Sind əyalətində baş verən daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər. Daşqınlar səbəbindən əyalətdə evlərindən didərgin düşmüş 500 mindən çox insan düşərgələrdə yaşamağa davam edir. Daşqınlardan sonra bir çox şəhər və rayonlarda sular hələ də çəkilməyib. Mövcud vəziyyət əhalinin xəstəxanalara çıxışına mənfi təsir göstərir, tibbi ləvazimat və dərman vasitələri ilə təminatda problemlər yaradır.
Sentyabrın 23-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Sentybarın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10°-dək aşağı enəcəyi, 24-də 23-25°, 25-də isə 20-22° isti olacaq. Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Bakı şəhərinin Sabunçu rayonunda "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. FHN-dən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Pelosinin səfərini şişirtməyə ehtiyac yoxdur - Ərdoğan
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərini şişirtməyə ehtiyac yoxdur. Bunu qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri hesab edir ki, Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər. Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargah zabitlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Cəbrayıl və Zəngilanda 100 hektar meşə-parkı salınacaq
Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib. Nazir müavini, meşələrin inventarlaşması istiqamətində Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı kök sistemli tingliyin” və “Dostluq meşəsi”nin salınması, eləcə də “Regional Meşəçilik Təlim Mərkəzi”nin yaradılması layihələrinin icrası barədə məlumat verib. Əlavə edib ki, müasir texnologiyaların tətbiq edildiyi “ağıllı” şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, təbiət, ətraf mühit arasında təbiət tarazlığını təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq.