TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
21-09-2022, 19:22
Ceyhun Bayramov XİN başçıları ilə danışıqlar apardı


Ceyhun Bayramov XİN başçıları ilə danışıqlar apardı

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşlər keçirib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişafı məsələri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Laos və Nikaraqua xarici işlər nazirləri həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi, təhsil, mədəniyyət və s. istiqamətlərdə əməkdaşlığın artırılmasl, biznes forumlarının təşkili, siyasi məsləhətləşmələr keçirilməsi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi niyyətləri diqqətə çatdırılıb. Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.
21-09-2022, 19:18
Üç mindən çox müəllimin maaşı 35 faiz artacaq


Üç mindən çox müəllimin maaşı 35 faiz artacaq

Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.
21-09-2022, 19:08
XİN başçısı Uqandanın Vitse-prezidentilə görüşüb


XİN başçısı Uqandanın Vitse-prezidentilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın Vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Rəsmi məlumata görə, görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar. Nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsi ilə bölüşüb. Hərəkat çərçivəsində gənclər şəbəkəsinin, Parlament ölçüsünün irəlilədildiyi və təsis edildiyi vurğulanıb. Qarşı tərəf Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunəvi olduğunu, növbəti mərhələdə Hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib. Daha sonra, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
21-09-2022, 19:03
Texniki Universitetin professoru vəfat edib


Texniki Universitetin professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev 89 yaşında vəfat edib. Bu barədə Universitetdən bildirilib. Çingiz Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb. 1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb. 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir. Allah rəhmət eləsin!
21-09-2022, 19:02
İntihar edən keçmiş polisin fotosu


İntihar edən keçmiş polisin fotosu

Xəbər verildiyi kimi, Bakıda keçmiş polis əməkdaşı intihar edib. Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov bir neçə gün öncə yaşadığı evdə özünü asıb. Onun borc səbəbindən canına qəsd etdiyi deyilir. Yerli KİV-də yayılan xəbərə görə, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından uzaqlaşıb. Hazırda onun intihar səbəbi araşdırılır.



21-09-2022, 19:00
Ağbənd körpüsünün təməli qoyuldu


Ağbənd körpüsünün təməli qoyuldu

Sentyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Butov.az xəbər verir ki, tədbirdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub. Tədbirdə vurğulanıb ki, 2022-ci il martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur. Hər iki ölkənin rəhbərlərinin bu təşəbbüsü yeni nəqliyyat dəhlizinin açılması ilə yanaşı, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhlizin yaranmasına xidmət edir. Diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və piyadalar üçün 1 hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır. Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

21-09-2022, 18:57
Rusiya Belarusla məsləhətləşir


Rusiya Belarusla məsləhətləşir

Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik üzrə Rusiya-Belarus məsləhətləşmələri keçirilir. Bu barədə Rusiya Təhlükəsizlik Şurası açıqlama yayıb.“Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Aleksandr Neverovski tərəfindən iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir”, - məlumatda qeyd olunub.
21-09-2022, 18:55
"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu


"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu

"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb. Butov.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb. 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb. Miçel Qonsales 1982-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013-2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib. Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
21-09-2022, 18:53
Qazi övladına kobud davranan direktor cəzalandırıldı


Qazi övladına kobud davranan direktor cəzalandırıldı

Vətən Müharibəsinin iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb. İdarədən verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb. "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda deyilir.
21-09-2022, 18:51
Vilayət Eyvazov məşhur idmançını yeni vəzifəyə təyin etdi


Vilayət Eyvazov məşhur idmançını yeni vəzifəyə təyin etdi

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova DİN-də yüksək vəzifə verilib. Butov.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Məşhur idmançı məlumatı təsdiqləyib. "Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm. Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm", - deyə E.Məmmədov feysbuk hesabında yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!