TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
22-09-2022, 21:16
Pensiya artımlarında yeni metod tətbiq ediləcək


Pensiya artımlarında yeni metod tətbiq ediləcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Butov.az xəbər verir ki, layihəni təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib. Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.
22-09-2022, 21:14
Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq


Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq[b][/b]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarı ilə telefon danışığı aparmaq niyyətindədir. Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Ərdoğan qeyd edib ki, Vladimir Putin və Volodimir Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək. Telefon danışığının nə vaxt baş tutacağı hələlik məlum deyil.
22-09-2022, 21:13
Daha 68 müharibə iştirakçısı polis oldu


Daha 68 müharibə iştirakçısı polis oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovbu gün Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazir əvvəlcə Gəncə şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. Sonra Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər. Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar. Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
22-09-2022, 21:09
Qazaxıstanda KTMT təlimləri keçiriləcək


Qazaxıstanda KTMT təlimləri keçiriləcək

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimi keçiriləcək. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Təlim sentyabrın 26-da başlayacaq və oktyabrın 8-dək davam edəcək. Xatırladaq ki, təşkilata Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan daxildir.
22-09-2022, 21:07
Almaniya səfərbərlikdən qaçan ruslara sığınacaq verəcək


Almaniya səfərbərlikdən qaçan ruslara sığınacaq verəcək

Almaniya müəyyən şərtlər daxilində səfərbərlikdən yayınan rusları qəbul etməyə hazırdır. Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser məlumat verib. Onun sözlərinə görə, Putin rejiminə qarşı çıxanlar sığınacaq üçün Almaniyaya müraciət edə bilərlər. “Bir qayda olaraq, ağır repressiyalarla təhdid edilən fərarilər Almaniyada beynəlxalq müdafiə əldə edəcəklər. Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü ən böyük təhlükəyə məruz qoyan hər kəs siyasi sığınacaq üçün müraciət edə bilər”, – xanım Feser bildirib. Nazirin sözlərinə görə, artıq bir neçə aydır ki, Almaniya Rusiya rejiminin tənqidçilərini qəbul edir. “Biz artıq 438 nəfəri qəbul etmişik”, – Faser bildirib.
22-09-2022, 21:06
Şabrandakı qəzada 17 nəfər yaralanıb, biri ölüb


Şabrandakı qəzada 17 nəfər yaralanıb, biri ölüb

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1 nəfər dünyasını dəyişib, 2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə edilir. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
22-09-2022, 21:03
Stoltenberq Çinə Rusiya ilə bağlı çağırış etdi


Stoltenberq Çinə Rusiya ilə bağlı çağırış etdi

NATO-nun Baş katibi Yens Stoltenberq Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Bu barədə Stoltenberq özünün "Twitter" hesabında məlumat yayıb. Görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Stoltenberq Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsir imkanlarından istifadə etməyə çağırıb.

21-09-2022, 22:32
Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!


Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!

İki gündür ki, sosial şəbəkələrdə tirajlanan “Göyçə-Zəngəzur Respublikası” haqqında informasiyanı heyrətlə oxudum. Indi bu nə? Bu nə uydurma? Bu nə təxribat? – deyə öz-özümə sual verdim. Belə bir məsələnin ortalığa niyə atıldığını dərk etmək o qədər də çətin olmadı.
Birincisi, dövlətçiliyimizə düşünmədən müdaxilə etmək;
Ikincisi, ölkə daxilində qarışıqlıq yaratmaq. Azərbaycan Respublikası vətəndaşları arasına ayrıseçkilik salaraq, insanlarımızı bir-birinə düşürmək.
Bu təsisatı elan edən kimlər olduğu ilə də heç maraqlanmadım. Çünki nə qədər siyasi məsuliyyətsiz olasan ki, belə yanlış bir addım atasan. Bunun bir adı var: Anlaşılmazlıq! Dövlət içində dövlət olmaz. Nə də bir vərəq üstündə yazılmış və ya “qurulmuş” boş informasiya ilə respublika olmaz.
Bizim bir Dövlətimiz – Respublikamız var! Azərbaycan Respublikası! Vətən elə bir şirin şey ki, onu içdən duymaq lazımdır.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəfər paradı günü cənab Ali Baş Komandanın “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu” – tarixi fikrini həyata keçirmək üçün ideoloji mübarizəni əldən qoymamalıyıq.
Şükürlər olsun ki, Qarabağ torpaqlarımız igid, cəsur oğullarımızın canı-qanı bahasına Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından xilas olundu və hələ də təmizləmə prosesi davam edir. Bu prosesin davamı isə tarixi torpaqlarımızın xilası ilə tamamlanacaq. Yeni bir respublika yaratmaqla yox, Azərbaycanın tarixi Zəngəzur, Göyçə, İrəvan torpaqlarına sahib çıxana kimi. Zəngəzur, Göyçə, İrəvan Azərbaycanın bölünməz hissəsidir!
Son olaraq qeyd edim ki, “Göyçə-Zəngəzur Respublikası” adlı bir təsisatı qəbul etmirik, bunun uydurma informasiyadan başqa bir şey olmadığını da bildiririk.

Almaz Ülvi Binnətova
Filologiya elmləri doktoru
21-09-2022, 20:52
Murov dağından Laçın şəhərinədək 12 tunel tikilir


Murov dağından Laçın şəhərinədək 12 tunel tikilir

Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü – Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək - iki ilə, maksimum iki il yarıma çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada yaşayacaqlar. Bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır”. Prezident qeyd edib ki, elektrik enerjisi ilə bağlı Laçına dərhal mütəxəssislər ezam olundu, elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq.
21-09-2022, 20:51
Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq


Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq

Laçın şəhərini bərpa etmək vaxtı çatıb və artıq buna hazırlıq görülür. Bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. Hazırlıq işlərindən danışan dövlətimizin başçısı deyib: “Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq”. Buna tez bir zamanda nail olunacağına əminliyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz genişmiqyaslı quruculuq və bərpa işləri öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa etdiyimizi və edəcəyimizi göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!