TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
20-09-2022, 19:24
İran prezidenti Makronla danışıqlar apardı


İran prezidenti Makronla danışıqlar apardı

İran prezidenti İbrahim Rəisi Nyu-Yrokda Fransa prezidenti Emmanuel Makronla görüşüb. Butov.az-ın məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə iki ölkənin əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunub.
20-09-2022, 19:22
ABŞ Ukraynaya müasir tanklar verəcək


ABŞ Ukraynaya müasir tanklar verəcək

ABŞ Ukraynaya təkcə sovet istehsalı deyil, həm də müasir tipli tankların tədarükünü nəzərdən keçirir. Bu barədə “The New York Times” nəşri yazıb. “Tanklar digər variantlarla yanaşı, şübhəsiz ki, gündəmdədir. Minimum ekipaj hazırlığı ilə dərhal çatdırıla bilən mövcud tanklar Sovet modellərinin tanklarıdır. Lakin müvafiq təlim, təmir və texniki xidmət həyata keçirildiyi müddətdə biz başqa variantlara açığıq”, - mənbə qəzetə bildirib. Məlumata görə, ABŞ-ın Ukraynaya hərbi yardımı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin SSRİ dövründəki silahlardan NATO ölkələrinin istifadə etdiyi silahlara keçməsinə də aiddir. Nəşr, həmçinin bildirir ki, zirehli texnika Ukrayna Silahlı Qüvvələri üçün vacibdir.


20-09-2022, 19:20
Çavuşoğlu Blinkenlə görüşdü - Nədən danışdılar?


Çavuşoğlu Blinkenlə görüşdü - Nədən danışdılar?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub. Tərəflər iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi və bölgəni əhatə edən digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
20-09-2022, 19:17
“ABŞ-ın hegemonluğu əbədi davam edə bilməz”- Putin


“ABŞ-ın hegemonluğu əbədi davam edə bilməz”- Putin

Rusiya öz suveren mövqeyindən dönməyəcək. Butov.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirləri ilə görüşündə deyib. Onun sözlərinə görə, ölkələrin çoxqütblü dünyaya doğru hərəkəti beynəlxalq siyasətin əsas istiqamətinə çevrilib. “Sizin işiniz beynəlxalq münasibətlərin arxitekturasının köklü transformasiyası proseslərinin sürətləndiyi, dünya nizamının çoxqütblü, daha demokratik və ədalətli sisteminin formalaşmasının aktiv mərhələyə qədəm qoyduğu bir şəraitdə davam edir”, - deyə Rusiya lideri bildirib. Prezident vurğulayıb ki, Qərbin, xüsusilə də ABŞ-ın Latın Amerikası, Avropa və Asiyanın beynəlxalq işlərində hegemonluğu əbədi davam edə bilməz. Putin bunun mümkün olmadığını söyləyib.
20-09-2022, 19:12
Avropa Komissiyası ruslara qarşı viza qadağasını dəstəklədi


Avropa Komissiyası ruslara qarşı viza qadağasını dəstəklədi

Avropa Komissiyası Şengen vizası olan Rusiya vətəndaşlarını öz ərazilərinə buraxmamaq qərarına gələn Avropa İttifaqı ölkələrini dəstəkləyir. Bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib. Onun sözlərinə görə, Rusiyaya viza rejiminin dayandırılması ilə yanaşı, qurum giriş üçün ciddi səbəbləri olmayan şəxslərin Avropa İttifaqı ölkələrinə gəlməsinin qarşısını almağa yönəlmiş ümumi xətt həyata keçirir. Xatırladaq ki, Avropa İttifaqına üzv olan bir sıra dövlətlər, o cümlədən İsveçrə, Latviya, Litva, Estoniya, Polşa, Çexiya rusiyalılara vizaların verilməsini dayandırıb.
20-09-2022, 19:10
Generallar şəhid ailələrini ziyarət etdilər


Generallar şəhid ailələrini ziyarət etdilər

Azərbaycan Respublikasının Müdafiə Nazırliyinin ali rütbəli zabitləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın ailələrini ziyarət edib. Butov.az məlumatına görə, Müdafiə Nazırliyinin ali rütbəli zabitləri Bakı şəhəri və digər rayonlarda şəhid ailələrini ziyarət edib, onların vəziyyəti ilə maraqlanıblar. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.








20-09-2022, 18:57
Köçəryan tərəfdarlarına söz verdi


Köçəryan tərəfdarlarına söz verdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə müxalifətin “Müqavimət” hərəkatının lideri kimi çıxış etməməsinin səbəbini açıqlayıb. Butov.az xəbər verir ki, Köçəryanın tərəfdarları ilə görüşü dünən keçirilib. Eks-prezident qeyd edib ki, 2021-ci ilin iyulunda keçirilən parlament seçkilərindən sonra səsvermənin nəticələri təhlil edilib və onun blokunun qalib gəlməsinə mane olan iki amil müəyyən edilib. Köçəryanın qənaətinə görə, seçkiqabağı kampaniya zamanı iki tezis irəli sürülüb: “Hayastan” blokunun təklif etdiyi “Layiqli sülh” və Ermənistan hakimiyyətinin irəli sürdüyü “Nəyin bahasına olursa olsun sülh”. Köçəryan hesab edir ki, onun siyasi yolu, müharibədə qalib gələn lider obrazı yeni müharibədən çəkinən seçiciləri qorxudub. Onun sözlərinə görə, ikinci amil Ermənistan və Qarabağdan olan siyasətçilərin köhnə və yeniyə bölünməsidir. Köçəryanın sözlərinə görə, bu ideyalar uzun illər ərzində alovlanıb və vətəndaşların şüurunda öz izlərini qoyub. "Bu iki tezisi zərərsizləşdirmək üçün yürüşlərdə iştirak etdim, amma lider kimi çıxış etmədim. Məqsədimizə çata bilmədik, lakin təşkilati məsələləri həll etdik. Ermənistan tarixində ilk dəfə belə bir mütəşəkkillik və genişmiqyaslı
20-09-2022, 18:54
Paşinyan müxalifətlə görüşdü


Paşinyan müxalifətlə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə olmayan müxalifət nümayəndələri ilə növbəti görüş keçirib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Görüşdə “Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, “Vahid Vətən” partiyasının lideri Mher Terteryan, “Hnçakyan” Sosial-Demokrat Partiyasının rəhbəri Sedrak Açemyan, “Vətən gücü” partiyasının lideri Tiqran Arzakantsyan iştirak edib. Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir. N.Paşinyan vaxtaşırı parlamentdə olmayan müxalifət liderləri ilə görüşlər keçirir. Ekspertlər hesab edir ki, Ermənistan hökumətinin başçısı loyal müxalifət formalaşdırmağa çalışır.
20-09-2022, 18:53
Son sutkada vurulan vaksinlərin sayı


Son sutkada vurulan vaksinlərin sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1190 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 212, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 648, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 82 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 882 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 244, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 375 569, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 144 nəfər təşkil edir.

20-09-2022, 18:51
Daha 7 nəfər koronavirusdan öldü


Daha 7 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9893 nəfər vəfat edib, aktiv xəstə sayı 1592 nəfərdir. Son sutka ərzində 3856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!