Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
29-09-2022, 21:21
KTMT-nin baş katibi Paşinyanla müzakirə apardı


KTMT-nin baş katibi Paşinyanla müzakirə apardı

Sentyabrın 29-da KTMT-nin baş katibi Stanislav Zas təşkilatın Ermənistandakı missiyası çərçivəsində İrəvanda bu ölkənin baş naziri, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanla görüşüb. Bu barədə KTMT-nin mətbuat xidmətinin məlumatında deyilir. Zas Paşinyana KTMT missiyasının işinin ilkin nəticələri barədə məlumat verib, tərəflər onun işini və regiondakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Baş katibin rəhbərlik etdiyi KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il sentyabrın 13-də keçirilmiş fövqəladə iclasının qərarına əsasən Ermənistana göndərilib. Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxil idi. KTMT missiyasına Ermənistan Respublikasının bəzi sərhədyanı rayonlarında vəziyyətin monitorinqi, öyrənilməsi və gələcək tədbirlər üçün təkliflərin hazırlanması tapşırılıb. Missiyanın işinin nəticələrinə əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyət və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanır.
29-09-2022, 21:14
Alla Puqaçova Rusiyanı tərk etdi


Alla Puqaçova Rusiyanı tərk etdi

“Rusianın primadonnası” Alla Puqaçovanın ölkəni tərk etdiyi barədə məlumat yayılıb. Butov.az xəbər verir ki, müxtəlif Telegram kanallarında yayılan məlumata görə, Puqaçova uşaqları ilə birlikdə ölkəni tərk edərək İsrailə uçub. Alla Puqaçovanın rejissoru Yelena Çuprakova RİA Novosti-yə bildirib ki, müğənninin Rusiyanı tərk etmək planlarından xəbəri yoxdur."Bilmirəm, bilmirəm. O bu haqda hemə deməyib", - Çuprakova müğənninin həqiqətən Rusiyanı tərk edib-etməməsi ilə bağlı sualı cavablandırarkən söyləyib. Bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə Puqaçovanın əri, şoumen Maksim Qalkin də daxil edib. Bununla razılaşmadığını bildirən Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyindən ərindən sonra onu da xarici agent kimi tanımasını xahiş etsə də, nazirlik buna məhəl qoymayıb. Mətbuat Qalkinin İsrailə getdiyini yazıb.
29-09-2022, 21:09
Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır - Adlar açıqlandı


Dünən ölən üç ermənidən biri polkovnik-leytenantdır - Adlar açıqlandı

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç hərbçisinin adını açıqlayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır. “Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir. Məlumata görə, polkovnik-leytenant Nahapet Marqaryan 32 yaşında idi. Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri - İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
29-09-2022, 21:06
Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi


Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçildi

Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən danışıb, bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib. Sessiyada həmçinin Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq Xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək öz təcrübələri bölüşüblər. Baş Prokurorluğun nümayəndə heyəti səfər çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
29-09-2022, 21:00
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi


Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib. Bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. O, altı nəfərin əsirlikdən qayıtdığını bildirib. Onlardan dördü dəniz piyadalarının hərbi qulluqçuları və ikisi mülki şəxsdir. Hərbçilər Mariupol döyüşlərində iştirak ediblər. Rusiyaya qaytarılan hərbçilərin sayı açıqlanmayıb. Yermak vurğulayıb ki, təkcə bu ay 235 nəfər geri qaytarılıb.
29-09-2022, 20:57
Şimali Koreya üçüncü dəfə raket atdı


Şimali Koreya üçüncü dəfə raket atdı

Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb. Bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlər Şimali Koreyanın Pyonqannam-do əyalətindən atılıb. Bununla da Şimali Koreya sentyabrın 25-dən bu yana Yapon dənizinə doğru üçüncü dəfə raket atıb.
Agentlik qeyd edir ki, raketlərin buraxılışı Cənubi Koreya və ABŞ arasında birgə təlimlər fonunda həyata keçirilib. Bildirilir ki, KXDR ABŞ vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfərinə reaksiya verib. Bu gün, sentyabrın 29-da Harris KXDR ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfər edib. Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In sentyabr ayında ölkəsinin nüvə silahına sahib olmaq hüququna malik olduğunu bildirib. O, nüvəsizləşdirmə danışıqlarından imtina edib.
29-09-2022, 20:54
İtaliya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı


İtaliya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

İtaliyanın Rusiyadakı səfirliyi vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Səfirlik ölkədə qalması zəruri olmayan italyanlara Rusiyanı tərk etməyi tövsiyə edib. Qeyd edək ki, dünən ABŞ, Polşa, Bolqarıstan vətəndaşlarına Rusiyanı tərk etməkıə bağlı çağırış edib.
29-09-2022, 20:51
Novxanıda hotel yanır


Novxanıda hotel yanır

Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
29-09-2022, 17:08
Prezident "Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik etdi


Prezident "Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik etdi

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əsasnaməsi”ndə dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaların ƏMDX-nın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə edilməsinə icazə verilib.
29-09-2022, 17:02
Azərbaycanda daha 1049 nəfərə vaksin vurulub


Azərbaycanda daha 1049 nəfərə vaksin vurulub

Azərbaycanda son gündə koronavirus əleyhinə 1049 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 889 515 təşkil edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!