Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
6-09-2022, 21:08
İtaliyada ölən azərbaycanlı gəncin nəşi vətənə gətiriləcək


İtaliyada ölən azərbaycanlı gəncin nəşi vətənə gətiriləcək

Azərbaycanlı gənc həyat yoldaşını çayda boğulmaqdan xilas edərkən özü həyatını itirib. Butov.az xəbər verir ki, bədbəxt hadisə İtaliyada baş verib. Belə ki, Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olub. 28 avqustda xanımı ilə İtaliyanın Komo gölündə gəzintiyə çıxmaq üçün qayıq kirayələyib. Sərkər anidən suya düşən xanımını xilas etmək üçün onun arxasınca özünü çaya atıb. O, qızı xilas etsə də, özü suda boğulub. Hazırda azərbaycanlı gəncin nəşi İtaliyada saxlanılır. Yaxınları onun cənazəsini maliyyə probleminə görə Vətənə gətirə bilməyiblər. Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb. Əldə etdiyimiz son məlumata görə, mərhumun nəşi ekspertizaya verilib. Ekpertizanın rəyi açıqlandıqdan sonra cənazə Azərbaycana göndəriləcək. Qeyd edək ki, S.Almasov Çexiyada “ZeroTurnaround” şirkətində çalışıb, həmçinin sarkaralmasov.com saytı vasitəsilə daşınmaz əmlak kirayəsi işi ilə məşğul olub. O, bir neçə ay əvvəl Helena ilə ailə qurmuşdu.

6-09-2022, 21:01
Kamran Əliyevdən yeni təyinatlar


Kamran Əliyevdən yeni təyinatlar

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Butov.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub. Quba rayon prokurorunun müavini Pərviz Nərimanov isə Qaradağ rayon prokurorunun müavini vəzifəsinə, Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Tural Haqverdiyev Nərimanov rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini vəzifəsindən azad edilən Elgiz Qənizadə isə Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən təyinatlarla bağlı məlumatı təsdiq ediblər.
6-09-2022, 20:59
Avqustda 8 nəfər mina partlamasından zərər çəkib


Avqustda 8 nəfər mina partlamasından zərər çəkib

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin avqust ayı ərzində 6 hadisə (5 mina və bir partlamamış hərbi sursat hadisəsi) nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında deyilir. Qeyd olunub ki, nəticədə ANAMA-nın dörd mina təmizləyəni mina partlamasından, bir mülki şəxs partlamamış hərbi sursat partlayışından zərər çəkib. Bir hərbçi həlak olub və digər iki hərbçi isə yaralanıb. Mina hadisələrin hamısına piyada əleyhinə minalar, partlamamış hərbi sursat kimi isə əl qumbarasının alışdırıcısı səbəb olub. Bildirilib ki, 2022-ci ilin iyul ayında hadisələr Füzuli, Kəlbəcər, Laçın, Qubadlı rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib. 2022-ci ilin ötən səkkiz ayında 2 nəfəri kasetli silah partlamasından olmaqla 4 nəfər həlak olub və 37 nəfər yaralanıb. Məlumata görə, 2020-ci il noyabrın 10-dan 2022-ci il sentyabrın 1-dək minaların və partlamamış hərbi sursatların partlaması nəticəsində 202 nəfər (120 hərbçi, 82 mülki) yaralanıb, 40 nəfər (8 hərbçi, 32 mülki) həlak olub: "Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütəmadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Həlak olanlar və yaralananlar arasında işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlərin və həmin ərazilərdə infrastruktur layihələrində çalışanların da olmasını nəzərə alaraq “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi növbəti dəfə əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar".
6-09-2022, 20:56
Şəhid analarının müraciətləri yerdə qalmadı


Şəhid analarının müraciətləri yerdə qalmadı

44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb. "Azəriqaz" İB-dən verilən məlumata görə, Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb. Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR “Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb. Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib.
6-09-2022, 20:47
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq


Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana hər an zərbə endirilə biləcəyinin mümkünlüyü barədə xəbərdarlıq edib. Butov.az xəbər verir ki, Ərdoğan bununla bağlı deyib: “Afina Türkiyənin qətiyyətindən xəbərdardır və buna görə də artıq regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlar atmır". Onun sözlərinə görə, Türkiyə “Yunanıstan təxribatları” mövzusunu NATO səviyyəsində də qaldırıb. "Düşünürəm ki, Afina indi Türkiyə ilə münasibətlərdə gələcək addımları təhlil edəcək. Əks halda, dediyim kimi, hər an zərbə endirilə bilər", - Ərdoğan bildirib. NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, gərginliyin yeni mərhələsi avqustun 23-də Yunanıstanın NATO missiyası zamanı Türkiyənin “F-16”larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ilə başlayıb. Son günlər iki ölkə arasında ritorika kəskin şəkildə artıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib ki, Yunanıstan Türkiyəni S-300 hava hücumundan müdafiə sistemləri ilə təhdid edir və “Afina daha irəli gedərsə, bunun bədəli ağır olacaq”. Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara Yunanıstanın türk təyyarələrinin təqibində S-300-dən istifadə etməsi ilə bağlı NATO-dan obyektivlik gözləyir. Onun sözlərinə görə, Yunanıstan beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə və dostluğa məhəl qoymur.
6-09-2022, 20:42
II Yelizaveta Liz Trassa yeni hökumət qurmağı tapşırdı


II Yelizaveta Liz Trassa yeni hökumət qurmağı tapşırdı

Britaniya kraliçası II Yelizaveta keçmiş xarici işlər naziri Liz Trassa yeni baş nazir kimi hökuməti formalaşdırmağı tapşırıb. Butov.az xəbər verir ki, II Yelizaveta bu gün Liz Trassı yeni baş nazir kimi qəbul edib. Liz Trass dünən Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçilib və çərşənbə axşamı baş nazir olacaq. Trass ənənənin tələb etdiyi kimi Bukingem sarayında deyil, Şotlandiyada kraliça tərəfindən təyin edilən ilk baş nazir olub. Kraliça ilə görüşdükdən sonra yeni baş nazir Londona qayıdacaq və Dovning Street ofisinin qarşısında çıxış edəcək.
6-09-2022, 20:37
Putin Kadırovu təbrik etdi


Putin Kadırovu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu və bütün bölgə sakinlərini respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Bu haqda dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırova zəng edərək onu, eləcə də onun simasında bütün Çeçenistan sakinlərini Çeçenistan Respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib”, - Peskov bildirib.
6-09-2022, 20:35
Mətbuat Şurasının qurultay vaxtı məlum oldu


Mətbuat Şurasının qurultay vaxtı məlum oldu

Azərbaycan Mətbuat Şurasının növbəti qurultayının keçiriləcəyi tarix məlum olub. Butov.az xəbər verir ki, qurultay sentyabr ayının 24-nə təyin olunub. Növbəti qurultayda Mətbuat Şurasına yeni sədrin seçilməsi gözlənilir. Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2018-ci ildə keçirilib.
6-09-2022, 20:32
Qadınların rəhbərlik etdiyi ölkələr


Qadınların rəhbərlik etdiyi ölkələr

Dünyanın əksər ölkələrində hakimiyyət kişilər tərəfindən idarə olunsa da, son vaxtlar rəhbərliyə seçilən xanımların sayının artdığını görürük. Dövlət başçısı postuna layiq görülən qadınların bir çoxu yenilikçi və effektiv liderlik bacarıqlarına görə digərlərindən fərqlənir. Onlar habelə ölkələrinin üzləşdiyi problemlərə unikal və operativ reaksiya verməklə, heç də kişilərdən geri qalmadıqlarını göstərməyə çalışırlar. Hazırda hansı ölkələrə xanım liderlər rəhbərlik edir? Butov.az bu suala cavab tapmaq üçün qadınlar tərəfindən idarə olunan məşhur ölkələri araşdırıb.

Böyük Britaniya



Ötən gün Liz Trass Böyük Britaniyanın yeni Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri seçilib. O, hökumət rəhbəri postu uğrunda seçkilərdə səs çoxluğu ilə qalib gələrək, Boris Consonun postuna sahib çıxıb. Keçmiş dövlət katibi və Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trass 1975-ci ildə Oksfordda anadan olub, evlidir və iki övladı var. O, 1983-cü ildə Şotlandiyanın Peysli şəhərindəki məktəbin teatrında tamaşa zamanı ölkənin qüdrətli baş naziri və Mühafizəkarlar Partiyasının lideri Marqaret Tetçer rolunu oynayıb. Trass həm siyasi mövqeyinə, həm də "dəmir ledi" kimi tanınan Marqaret Tetçeri təqlid etməsinə görə tez-tez diqqət mərkəzində olub. Mühafizəkarlar Partiyasının liderliyi üçün keçirilən ilk debatda Trassın geyindiyi paltarla 1979-cu ildə Marqaret Tetçerin geyindiyi paltar arasındakı oxşarlıq diqqət çəkib. Bu vəziyyət Trassın özünü Tetçerə bənzətməsinə dair şərhlərə səbəb olub.

Yunanıstan



Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropuludur. O, 13 mart 2020-ci ildə prezident vəzifəsinə seçilib. Sakellaropulou 30 may 1956-cı ildə Yunanıstanın Saloniki şəhərində anadan olub. Prezident seçilməzdən əvvəl Sakellaropulou Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının prezidenti vəzifəsində çalışıb. O, ölkənin ilk qadın prezidentidir.

Slovakiya



Zuzana Çaputova 15 iyun 2019-cu ildə Slovakiyanın prezidenti seçilib. O, üç ildir ki, hakimiyyətdədir. Çaputova ixtisasca hüquqşünas olsa da, daha çox ekoloji fəal kimi tanınır. O, Slovakiyanın beşinci prezidenti, eyni zamanda prezident postunu tutan ilk qadın, həmçinin Slovakiya tarixində 45 yaşında seçilən ən gənc liderdir. Çaputova 2019-cu ildə keçirilən prezident seçkilərində ikinci turda 58% səslə qalib gəlib.

Gürcüstan



Salome Zurabişvili 16 dekabr 2018-ci ildə Gürcüstanın prezidenti seçilib. O, bu postda əyləşən ilk qadın liderdir. Zurabişvili 1952-ci il martın 18-də Fransanın Paris şəhərində gürcü siyasi qaçqın ailəsində anadan olub. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə Fransa və Gürcüstan prezidentlərinin qarşılıqlı razılaşması ilə Gürcüstan vətəndaşlığını qəbul edib və ölkənin xarici işlər naziri təyin olunub.

Moldova



Moldova Şərqi Avropada dənizə çıxışı olmayan ölkədir, prezidenti Maya Sandudur. O, 24 dekabr 2020-ci ildə ölkə başçısı seçilib və hələ də vəzifəsini icra edir. Maya Sandu 24 may 1972-ci ildə anadan olub, 8 iyun 2019-cu ildən 14 noyabr 2019-cu ilə qədər Moldovanın baş naziri vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Sandu hökuməti etimadsızlıq səsverməsindən sonra dağılıb. O, Moldovanın ilk qadın prezidentidir.

Nepal



Bidya Devi Bhandari 29 oktyabr 2015-ci ildə Nepalın prezidenti seçilib. O, 28 oktyabr 2015-ci ildə ölkənin parlament tərəfindən seçilən ilk qadın prezidenti olub. Bhandari 2009-cu ildən 2011-ci ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. O, həm də Nepalda ekoloji maarifləndirmə və qadınların hüquqlarının müdafiəsi üzrə fəal kampaniyaçı kimi yadda qalıb.

Tayvan



Tsai İnq-ven 20 may 2016-cı ildə Tayvanın prezidenti seçilib, hələ də hakimiyyətdə qalır. Tsai İnq-ven Tayvanın ilk qadın prezidentidir və ölkə tarixində hakim partiya tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ilk qadın siyasətçi olub. O, 2016-cı il seçkilərində ilk prezidentlik müddətində rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 2020-ci il seçkilərində də postunda qalmağı bacarıb.

Sinqapur



Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsidir. Hazırda ölkəni qadın prezident Həlimə Yaqub idarə edir. O, 14 sentyabr 2017-ci ildə Sinqapurun prezidenti seçilib. Həlimə Yaqub həm də Sinqapur tarixinə düşən ilk qadın prezident titulunu daşıyır.

Barbados



Barbados Şimali Amerikada yerləşir. Ölkənin rəhbəri Sandra Meysondur. O, 30 noyabr 2021-ci ildə Barbados prezidenti seçilib. Meyson 17 yanvar 1949-cu ildə anadan olub. 2021-ci ildən Barbadosun ilk prezidenti vəzifəsini icra edən siyasətçi ixtisasca hüquqşünasdır. Eyni zamanda təcrübəli diplomatdır.
O, 2018-ci ildən 2021-ci ilə qədər Barbadosun səkkizinci, eyni zamanda sonuncu general qubernatoru, bu vəzifəni tutan ikinci qadın idi. 20 oktyabr 2021-ci ildə Meyson Barbados parlamenti tərəfindən ölkənin ilk prezidenti seçilib və 30 noyabr 2021-ci ildə Barbados konstitusiya monarxiyasını dayandıraraq respublikaya çevrildikdən sonra vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, prezidentliklə yanaşı, bir çox ölkələrdə Baş nazir vəzifəsini məhz xanım siyasətçilər icra edir.
6-09-2022, 20:17
Bakıda müdafiə nazirlərinin görüşü keçirildi


Bakıda müdafiə nazirlərinin görüşü keçirildi

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!