Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
6-09-2022, 20:13
Rusiya Ukraynanın itkilərini açıqladı


Rusiya Ukraynanın itkilərini açıqladı

“Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsus təxminən 1889 pilotsuz uçuş aparatını məhv edib”. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
290 təyyarə, 152 helikopter, 1889 pilotsuz uçuş aparatı, 373 zenit-raket kompleksi, 4845 tank və digər zirehli döyüş texnikası, 825 raket sistemləri, 3369 səhra artilleriya qurğusu və minaatan, həmçinin 5343 ədəd xüsusi təyinatlı hərbi texnika”, - nazirliyin açıqlamasında qeyd olunub. Rusiya Müdafiə Nazirliyi nin məlumatına görə, son sutkada Ukrayna ordusunun üç qərargahı, 52 artilleriya qurğusu və 1 “Buk-M1” buraxılış qurğusu məhv edilib. Bildirilib ki, Rusiya Aerokosmik Qüvvələri son sutkada Zaporojye vilayətində Ukraynanın 65-ci mexanikləşdirilmiş briqadasının 100-ə qədər hərbçisini zərərsizləşdirib. “Rusiya Aerokosmik Qüvvələrinin Veselyanka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının 1-ci batalyonunun müvəqqəti dislokasiya məntəqələrinə endirdiyi yüksək dəqiqlikli zərbələr nəticəsində 100-dək yaraqlı və 15 hərbi texnika məhv edilib”, - məlumatda deyilir.
6-09-2022, 20:10
Prezident rektoru vəzifədən azad etdi


Prezident rektoru vəzifədən azad etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ilə bağlı sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1993-cü ildən 2002-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi. Kənd təsərrüfatı elmləri doktoru, professor İ.Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
6-09-2022, 20:07
Boris Conson iqamətgahını belə tərk etdi


Boris Conson iqamətgahını belə tərk etdi

İstefa verən Böyük Britaniyanın Baş naziri Boris Conson həyat yoldaşı Kerri Conson ilə Dauninq-stritdə yerləşən iqamətgahını rəsmi olaraq tərk edib. Bu barədə məlumatı “Sky News” yayıb. Sabiq Baş nazir iqamətgahdan alqışlarla yola salınıb. İqamətgahın qarşısında çıxış edən Boris Conson yeni hökumətə yolun hər mərhələsində dəstək verəcəyini bildirib. Məlumata görə, Boris Conson iqamətgahı tərk edərək Şotlandiyada yerləşən Balmoral qəsrinə yollanıb. O, burada rəsmi olaraq istefasını təqdim etmək üçün kraliça II Yelizaveta ilə görüşəcək. Bununla yanaşı, ölkənin yeni Baş naziri Liz Trass da kraliça tərəfindən qəbul ediləcək. Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Bununla da, Liz Trass bu gün Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.

6-09-2022, 20:05
Azərbaycanlı iş adamları Ukraynaya qayıdır


Azərbaycanlı iş adamları Ukraynaya qayıdır

“Artıq Ukrayna strateji baxımdan qalib gəlib, Rusiya 6 ay əvvəl qarşısına qoyduğu və 3 günə yerinə yetirəcəyini dediyi məqsədlərdən heç birinə nail ola bilməyib. Əksinə, bütün Ukrayna xalqı liderin - Prezident Volodimir Zelenskinin ətrafında birləşib, demoktarik dünyanın bütün güclü və zəif təmsilçiləri Ukrayna üçün həmrəy olub, günü-gündən yardımlarını artırırlar. Bu gün Ukraynanın yanında olmaq demokratiyanın, haqqın, ədalətin yanında olub, diktaturanın, zorakılğın, zülümün qarşısında olmaq deməkdir”. Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynada istəyinə çata bilməyib: “Ukrayna Silahlı qüvvələri hər gün güclənir. Ukrayna ordusu həm texniki, həm taktiki, həm də motivasiya cəhətdən güclüdür. Hazırda İngiltərədə NATO standartlarında uyğun təlim görən 10 000 döyüşçünün və oktyabr ayında başlayacaq Amerikanın ayırdığı 50 milyard dollar həcmindəki “Lend-liz” yardımının gəlməsi müharibəni azad dünyanın xeyrinə həll edəcək. Müharibə bir xalqın verə biləcəyi ən ağır imtahandır”. Ceyhun Məmmədov, həmçinin Ukraynaya yaşayan azərbaycanlıların son durumunu açıqlayıb. Onun sözlərinə görə, azərbaycanlı iş adamlarının bəziləri artıq Ukraynaya qayıdıblar: “Biz bu hadisələri çox yaxşı bilirik və başa düşürük. Həm də qələbənin nə qədər möhtəşəm bir hiss olduğunu da bilirik. Ukraynada yaşayan azərbaycanlılar bu savaşda Ukrayna uğurunda mübarizə aparırlar. Şəhidlərimiz də var. Allah onlara rəhmət eləsin. Həm də sevindiricidir ki, haqq savaşında Azərbaycan dövləti də Ukraynanın yanındadır və davamlı humanitar yardımlarla öz dəstəyini verir. Ukrayna xalqı bu yardımları çox yüksək qiymətləndirir və xalqımıza, dövlətimizə təşəkkür edir. Soydaşlarımızın geri qayıdanlar var. İqtisadi vəziyyətin hələ düzəlməyib deyə, Ukraynanı tərk edən iş adamlarından bir neçəsi qayıdıb. Onların sayı çox azdır. Amma məktəblərin və universitetlərin açılması ilə əlaqədar olaraq az da olsa, geri qayıdanlar var. Onların dəqiq sayı və siyahısını tərtib eləmək hələ mümkün deyil”.

6-09-2022, 20:02
“Həcilər məşuqələrinə psixologiya mərkəzi açır” - Elmir Əkbərdən şok ittihamlar


“Həcilər məşuqələrinə psixologiya mərkəzi açır” - Elmir Əkbərdən şok ittihamlar

"Bu gün Azərbaycanda psixologiya sahəsində vəziyyət ürəkaçan deyil". Bu barədə tanınmış psixoterapevt Elmir Əkbər bir neçə gün əvvəl loqopediya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı danışarkən bildirib. E.Əkbər qeyd edib ki, respublikanı bir-birinə qatan bu hadisə ölkədə birinci hal deyil: "Zaman-zaman belə hallar xırda şəkildə gündəmə gəlib. Mən bu camiədən xəbərdar olduğum üçün deyə bilərəm ki, belə hallar çox olub. Sadəcə bu dəfə sosial şəbəkələr müsbət sosial tənqid rolunu oynadığı üçün bu hadisəni gündəmdən çıxara bilmədilər". Onun sözlərinə görə, yaşanan bu hadisələrin səbəbi həcilərin öz məşuqələrinə, məmurların ağıldan kəm, "debil" qızlarına psixologiya mərkəzləri açmasıdır: “Əvvəllər bu cür qızlara gözəllik salonu açırdılar. İndi isə həmin şəxslərin bu mərkəzi işlətməyə mənəvi haqqının çatıb-çatmadığının fərqinə varmadan onlara psixologiya mərkəzi açırlar. Heyf ki, təhsil haqqında düşünmürlər. Başa düşmürlər ki, istənilən bir problemli insanla loqopedin, psixoloqun işləyə bilməsi üçün pasiyentə ilk növbədə psixoterapevt diaqnoz qoymalıdır. Həkim psixoterapevt kimdir? Azərbaycanda insanlar bunu hələ də bilmir. Dələduzlar da çalışır ki, bunu heç kəsə bildirməsinlər. Həkim psixoterapevtin diplomunda nevropatoloq, yaxud başqa ixtisas yazılmalı deyil. Sırf həkim-psixoterapevt yazılmalıdır. Həkim-psixoterapevtin diaqnostikasından sonra klinik psixoloq, yaxud psixoloq işə başlaya bilər. Panikatak, depressiya kimi problemlər olduqda əgər həkim psixoterapevt yoxdursa, onun seanslarını adi psixoloq yox, klinik psixoloq həyata keçirə bilər. Bütün bunlaradan Azərbaycanda kimin xəbəri var? Heç kimin. Ona görə də, vəziyyət belə bərbad, acınacaqlıdır”. “Ümumiyyətlə, bu hadisədə hamı bir məqamı yaddan çıxarır. Həmin savadsız, səriştəsiz, dırnaqarası mütəxəssis qəzəblənib uşağı sadəcə döymür, hətta ağıza alınmayacaq nalayiq sözlər işlədir. Həmin adam manyakdır. Bu onun verdiyi işgəncədən zövq aldığını göstərir. Başqa bir videoda müəssisənin rəhbərinin də eyni cür davrandığı görünür. Hələ videolarda əks olunmayan nələr yaşanır. Ümumiyyətlə, o kollektiv manyak, psikopat yığınıdır. Təkcə o müəssisədə yox, göbələk kimi çıxmış psixologiya mərkəzlərində vəziyyət belədir”,-deyə E.Əkbər vurğulayıb. Psixoterapevt qeyd edib ki, ümumiyyətlə günah valideynlərdədir: “Valideynlər özlərinə bir corab, ayaqqabı alanda ölçüb-biçib maraqlanıb alırlar. Bəs uşağını bu tip mərkəzlərə aparanda maraqlanırmı ki, orada fəaliyyət göstərən psixoloqların təhsili nədir, onlar hansı savada malikdir. Valideyn niyə maraqlanmayıb dələduzun, fırıldaqçının yanına gedir. Bu göstərir ki, valideyn öz övladına səhlənkar yanaşır. Yəqin, hər kəsin tanıdığı elə bir adam var ki, dünənə kimi başqa adam olub indi isə psixoloq kimi ortalığa çıxıb fəaliyyət göstərir. Nə oldu, Görüş filmində kişinin başına boranı düşən kimi, boranı düşür başlarına psixoloq olurlar? Corab toxuyan, yorğan sırıyan hamı özünü psixoloq adlandırır. Fahişəliklə məşğul olanlar belə bugün özünü psixoloq adlandırır. Dəhşətdir. Bu hal çox geniş yayılıb. Nəticədə həqiqi psixoloqların günü qara olub. Problem odur ki, Azərbaycanda psixologiya, psixoterapiya liqası hələ bu il yaranıb. Ona görə də, bu halların tənzimlənməsi belə bərbaddır. Nəticədə, çox savadlı, dəyərli psixoloqlar xaricə köçüb gedirlər. Çünki camaatın gözündən bu ixtisası çox pis şəkildə salıblar. İnsanlar sosial şəbəkələrdə hələ də fəaliyyət göstərən dırnaqarası psixoloqların yanına gedir. Elə bilirlər ki, elə hamı o cürdür. Düşünürəm ki, Liqa belələrini məhkəməyə verməlidir. Onların ucbatından psixoloqların adı batır”. Onun sözlərinə görə, bu gün Azərbaycanda psixoterapevtlərin sayı da çox azdır: “Mütəxəssislər barmaqla sayılacaq qədərdir. Onların da təhsil peoblemi var. Psixologiya, psixoterapiya elə bir elmdir ki, ona kitab oxumaqla yiyələnmək mümkün deyil. Kitab oxumaqla böyrək, ciyər həkimi olmaq olar, ancaq psixoterapiyanı, klinik psixologiyanı öyrənən adam mütləq Viktor Franka, Karl Qustoya, Vi Yonqaya, ya da Zigmund Freydə gedib çıxmalıdır. Əgər bu əlaqəlilik, bu zəncir yoxdursa, demək o heç vaxt peşəkar mütəxəssis ola bilməz. İnsanlar təəssüf ki, öz təhsillərinə yatırım etmək istəmirlər. İndi bir çoxu attestatla Türkiyəyə gedib oranın geridə qalmış universitetlərini bitirir. Dörd ildən sonra Azərbaycana böyük bir sürünün axını olacaq. Onlar hansı ağlın sahibidir, onlardan nə olacaq? Mən qızlardan abituriyent imtahanı götürülməməsinin tərəfdarıyam. Ancaq insanların intellektual qabiliyyəti yoxlanılmalıdır. Həkim olan, psixoloq olan adamın vəziyyəti çox bərbaddır. Yoxlanılmalıdır ki, onun bu sahədə olub, insanlarla işləməyə haqqı çatır? Yenə deyirəm ki, başqa sahədən olan insanların əksəriyyəti daha sonra onlayn şəkildə Ukraynadan saxta diplomlar alıblar. Yaxud Türkiyə universitetlərinə attestatla qəbul olub oxuyublar. İnsanlar ayıq olmalıdır. Hara, kimin yanına gedtiklərini bilməlidirlər. İşgəncə verən qadına gəlincə, o necə qadındır, necə anadır ki, dili ilə dərdini deyə bilməyən bir uşağa o cür zülm edir. Mən hesab edirəm ki, o heç öz övladlarına da yaxşı ana deyil. Bu tip insanlara başqalarına nümunə olması üçün ən ağır cəza verilməlidir”.

6-09-2022, 19:55
Azərbaycan nefti bahalaşdı


Azərbaycan nefti bahalaşdı

“Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. Butov.az-ın məlumatına görə, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 1,57% artaraq 99,06 dollar təşkil edib.
6-09-2022, 19:48
Zakir Həsənovla Yaşar Güler yeni silahlara baxdılar


Zakir Həsənovla Yaşar Güler yeni silahlara baxdılar

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler “ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar. Butov.az xəbər verir ki, Zakir Həsənov Yaşar Gülerə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib. Yaşar Güler də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb. Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.
6-09-2022, 19:46
Daha 10 partiya Milli Məclisə təkliflər göndərib


Daha 10 partiya Milli Məclisə təkliflər göndərib

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim etməkdədir. Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb. Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcək.
6-09-2022, 19:43
Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı


Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı

Bu il tələbə adını qazanan abituriyentlər arasında Cocuq Mərcanlıdan olan məzunlar da var. Bu barədə Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişiyev Atakişi məlumat verib. Kənd rəsmisi deyib ki, bu il orta məktəbi bitirən 3 məzun tələbə olub: "Aslanova Xətayə Xanlar qızı Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub. Cəbrayılova Xanım Elçin qızı Bakı Slavyan Universitetində Rus dili müəllimliyi üzrə təhsili alacaq. Xuduyeva Aytən Zaur qızı isə Azərbaycan Texnologiya Universitetində Turizm işinin təşkili ixtisasına qəbul olunub”. Xatırladaq ki, 2019-2020-ci tədris ilində ilk dəfə 3 məzun tələbə adını qazanmışdı. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində azad edilmişdi. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə yüksəkliyi erməni işğalından azad edildiyindən Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinə start verilib. 2017-ci ildə kəndə əhalinin köçürülməsinə başlanılıb.
6-09-2022, 19:40
Putin Ermənistana dövlət səfərinə hazırlaşır


Putin Ermənistana dövlət səfərinə hazırlaşır

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun dünənki görüşündə Rusiya prezidenti Vladimir Putinin İrəvana dövlət səfərinə hazırlığı da müzakirə edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, Moskvada keçirilən görüşdə nazirlər İrəvanda keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkilinə də toxunublar. Bundan əlavə, XİN rəhbərləri Ermənistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqliyin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafını ətraflı müzakirə ediblər. Tərəflər həm ikitərəfli gündəm çərçivəsində, həm də KTMT, Avrasiya İttifaqı və MDB sahələrində sıx əməkdaşlıqdan, o cümlədən ən yüksək səviyyədən məmnunluq ifadə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!