Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
3-10-2022, 21:12
Ukrayna xalqının 83%-i NATO üzvlüyünü dəstəkləyir


Ukrayna xalqının 83%-i NATO üzvlüyünü dəstəkləyir

Ukrayna xalqının 83%-i ölkələrinin NATO-ya üzv olmasını istəyir. Bu barədə Reytinq Qrupunun sorğusunda qeyd olunub. Sorğu oktyabrın 1-2-də 2000 respondent arasında keçirilib. Reytinq Qrupu NATO üzvlüyünü dəstəkləyənlərin faizinin Ukraynada aparılan sorğuda indiyə qədər qeydə alınan ən yüksək göstərici olduğunu bildirib. Yalnız 4% bloka qoşulmanın əleyhinə, 9% isə neytral olduğunu bildirib. Bildirilir ki, iyun ayından bu yana NATO üzvlüyünə dəstək 7 faiz artıb.
3-10-2022, 21:09
Kanada İrana sanksiya tətbiq etdi


Kanada İrana sanksiya tətbiq etdi

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. İrandakı aksiyalara görə SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də "qara siyahı"ya salınıb. Sanksiya siyahısına İranın əxlaq polisinin rəhbəri, İranın kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib də daxil edilib. Ümumilikdə sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.
3-10-2022, 21:07
Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq müzakirə edildi


Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq müzakirə edildi

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
3-10-2022, 21:05
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi


İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Butov.az xəbər verir ki, görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.
3-10-2022, 21:03
Rəsmi Bakı Fransadan təzminat tələb edir


Rəsmi Bakı Fransadan təzminat tələb edir

Azərbaycan Fransa hökumətindən təzminat tələb edir. Bu barədə rəsmi Bakının oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bir qrup radikal erməninin törətdiyi növbəti vandalizm aktı ilə bağlı Parisə ünvanladığı etiraz notasında öz əksini tapıb. Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
3-10-2022, 21:00
Azərbaycan Fransaya nota verdi


Azərbaycan Fransaya nota verdi

3 oktyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib və görüş zamanı 1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib. Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb. Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib. Qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. Fransa Respublikasının səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.
3-10-2022, 20:58
Ermənilər Xocalıda yanğın törətdi


Ermənilər Xocalıda yanğın törətdi

Ermənilər Xocalı rayonunun Naxçıvanlı kəndinin ərazisinə od vurublar. Butov.az xəbər verir ki, ermənilərin törətdiyi ekoloji terror Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə baş verib.
3-10-2022, 20:53
Avropa ölkələri 15 min Ukrayna hərbçisinə təlim keçəcək


Avropa ölkələri 15 min Ukrayna hərbçisinə təlim keçəcək

Avropa İttifaqına üzv ölkələr 15 000-ə qədər ukraynalı hərbçi üçün ən qısa zamanda təlim keçmək barədə razılığa gəliblər. Bu barədə "Spiegel" jurnalı məlumat yayıb. Təlim barədə detallar gələn həftə Brüsseldə müzakirə olunacaq. Plana əsasən, Polşa qərargah yaratmaq üçün Avropa İttifaqından vəsait alacaq. Nəşr bildirir ki, Almaniya döyüş simulyasiya mərkəzində əsgər hazırlığı təklif etməyi planlaşdırır, eyni zamanda ukraynalı mühəndislər, tibb işçiləri və digər mütəxəssislər də ölkədə təlim keçəcəklər.
3-10-2022, 20:47
Rasim Məmmədovun müavininə də cinayət işi açılıb


Rasim Məmmədovun müavininə də cinayət işi açılıb

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Butov.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda "Baku Steel Company"nin maliyyə direktoru, sonradan isə müşahidə şurası sədrinin birinci müavini olmuş Çingiz Həsənov dindirilib. Məhkəmədə məlum ki, cinayət işi ilə bağlı Rasim Məmmədovla birgə Çingiz Həsənov da həbs olunubmuş. Eyni maddələrlə ittiham olunan Çingiz Həsənov 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlandıldıqdan sonra azadlığa buraxılıb. Hazırda onunla bağlı cinayət işi ayrıca icraata götürülüb. Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatət qaldıraraq təqsirləndirilən şəxs kimi tanınmış şəxsin şahid qismində ifadə verməsinə etiraz ediblər:"Çingiz Həsənov da Rasim Məmmədovla birgə eyni maddələrlə ittiham olunur. Biz indi onun hansı ifadəsinə inanacağıq?" Məhkəmə vəsatəti əsasız hesab edərək rədd edib. Şahid, Rasim Məmmədovla eyni məktəbdə oxuduğunu, aralarında möhkəm dostluq münasibətləri olduğunu, sonradan isə onun şirkətində işləməyə başladığını deyib. Çingiz Həsənov işlə bağlı danışarkən deyib ki, "Baku Steel Company"dən qeyri-rəsmi metallar çıxıb, buna görə də sonradan kassada kəsir yaranıb: "O kəsirə görə mən 8 ay həbsdə yatdım. Rasimə dəfələrlə demişdim ki, buna görə bizim başımız ağrıyacaq. Hər dəfə də deyirdi ki, bağlanacaq". Dövlət ittihamçısı ilə sual-cavabı zamanı Rasim Məmmədova məxsus 3 ofşor şirkətin olduğu məlum olub. Təqsirləndirilən şəxslə şahidin üzləşməsi zamanı aralarında mübahisə yaranıb: "Sən deyirsən mənim dostum olmusan, amma elə olmadığını gördüm. Mən istintaq dövründə 22 milyon pul bağlamışam". Bu zaman şahid Rasim Məmmədovu işi düz qurmamaqda, hər şeyi başqalarının üstünə atmaqda ittiham edib: "Adam öz mənliyini, şərəfini qoruyar. Sən yaxşı dost olsaydın qoymazdın içəri düşək". Rasim Məmmədov isə şahidə "Danışığını bil, heç vaxt mənimlə belə danışa bilməmisən", deyə cavab verib. Prosesin davamında şahidin istintaq dövründə verdiyi ifadə elan olunub. Sabiq maliyyə direktoru həmin ifadəsində kassada yaranan kəsirlərin Rasim Məmmədovun şəxsi xərclərinə pullar xərcləməsi ilə əlaqələndirib. Rasim Məmmədov ifadəsini belə bitirib: "Mənim pulum gedib, zavodlarım gedib, özüm də gəlib oturmuşam burda. Kimsə kiminsə malını satıb göndərib N saylı mərkəzə. Problem məndədir ki, bu zavodu almışam"."Baku Steel Company"in tərkibindəki "Azəri Boru" şirkətinin 6 il rəhbəri olmuş Bahadur Əliyev də məhkəmədə ifadə verib. Şahidin sözlərinə görə, işlədiyi müddətdə "Baku Steel Company"ə 98 min 800 ton metal göndərilib. Şahidin ifadəsində ziddiyyətlər yarandığı üçün istintaq dövründəki ifadəsi elan olunub. O, istintaqdakı ifadəsində "Azəri Boru"dan çıxan metalın sadəcə, 10-15 faizinin rəsmiləşdirildiyini, şirkətin Vergilər Nazirliyinə 6 milyon manat borcu yarandıqdan sonra isə işdən çıxdığını deyib: "Rasimə dəfələrlə demişdim ki, şirkətin bu qədər borcu var. Buna görə neçə dəfə Vergilər Nazirliyinə gedib-gəldim. Axırda bezib işdən çıxdım". Şahid şirkətdən çıxan metalın 80-85 faizinin rəsmiləşdirilməməsi ilə bağlı dediklərini məhkəmədə boynuna almayıb:"Mən bilmirəm". Bu cavab isə prokuror Orxan Səmədovu qane etməyib: "İstintaqda başqa şey demisiz, burda başqa şey deyirsiz. Orda da deyərdiz ki, bilmirəm də". Təqsirləndirilən şəxs şahidin istintaq zamanı verdiyi ifadəsi ilə razılaşmayıb: "Mənim səhvimdir ki, 20 milyona "AzəriBoru"nu almışam. Möhtərəm hakim, bu işin axırını siz də bilirsiz, mən də. Gəlin, qurtaraq bu söhbəti". Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
3-10-2022, 20:41
Ermənilər Laçındakı evlərdə tələ-minalar quraşdırıb


Ermənilər Laçındakı evlərdə tələ-minalar quraşdırıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib. Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-G Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.“Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir. Tələ minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir”, - deyə məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!