5-10-2022, 20:54
Ermənistanda nazir istefa verdi Ermənistanın ədliyyə naziri Karen Andreasyan vəzifəsindən istefa verib. Bu barədə o, özü məlumat yayıb.“Bu gün mənim Ermənistanın ədliyyə naziri vəzifəsində son günümdür”, - Andreasyan yazıb. Lakin o istefasının səbəbini açıqlamayıb.
5-10-2022, 20:52
Kılıçdaroğlu Ərdoğana uduzdu - Təzminat ödəyəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu çıxışlarının birində şəxsi hüquqlarının pozulması iddiası ilə məhkəməyə verib.
Butov.az xəbər verir ki, məhkəmə bu gün keçirilib. İclasda Ərdoğan və Kılıçdaroğlunun vəkilləri iştirak ediblər. Kılıçdaroğlunun vəkili ittihamların əsassız olduğunu və rədd edilməsinin istəyib. Ancaq məhkəmə vəkilin qaldırdığı vəsatəti rədd edərək, Kılıçdaroğlunun Ərdoğana 50 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
5-10-2022, 20:50
Litvalı diplomat Rusiyadan qovulduRusiya cavab addımı olaraq litvalı diplomatı ölkədən çıxarıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş bəyanatda bildirilib ki, Litvanın qeyri-dost addımlarına cavab olaraq Rusiya əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.
5-10-2022, 20:48
Qaytarılan hərbçilərə işgəncə verilməyib - Ermənistan rəsmisi Azərbaycan tərəfindən Ermənistana qaytarılan hərbçilərdən 10-u hazırda müstəntiqlər tərəfindən dindirilir, digərlərinin müalicəsi davam edir. Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib. Onun sözlərinə görə, müalicəsi davam hərbçilər reabilitasiyadan sonra dindiriləcəklər. Tadevosyanın sözlərinə görə, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb, bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib. Xatırladaq ki, oktyabrın 4-də Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə 17 hərbçini Ermənistana qaytarıb.
5-10-2022, 20:47
Dilənçiyə qarşı kobudluq edən 2 polis işdən çıxarıldıSosial şəbəkələrdə paytaxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb. Görüntülərlə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər."Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər. Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək", - deyə DİN rəsmisi qeyd edib.
5-10-2022, 20:44
Türkiyədə yenidən meşə yanğınları başladıTürkiyənin Muğla vilayətinin Seydikemer rayonunda güclü meşə yanğını baş verib.
Butov.az xəbər verir ki, yanğının səbəbləri hələlik bəlli deyil. Yanğının söndürülməsinə xüsusi təyyarələr, helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.
5-10-2022, 20:42
Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMAHazırda azad olunmuş ərazilərdə 390 min 709 tank və piyada əleyhinə mina, partlamamış hərbi sursat barədə məlumatlar var. Bunu ANAMA sədrinin müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. "İşğaldan azad edilmiş torpaqlarda 148 min hektar ərazi xüsusilə təhlükəli hesab olunur. Çünki həmin ərazilərdə daha çox mina və digər partlayıcı sursatlar mövcuddur. Bu günədək cəmi 55 min hektar sahə minalardan təmizlənib", - deyə qurum rəsmisi bildirib.
5-10-2022, 20:40
Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edirErmənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb.
Butov.az xəbər verir ki, nazir bu il martın ortalarında İrəvana verilən və Ermənistanla münasibətlərin tənzimlənməsinə dair 5 prinsipi xatırladaraq deyib ki, həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət onlarla tanışdır."Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin. XİN rəhbəri qeyd edib ki, 5 prinsip gündəliyi tam əks etdirmir. Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir. Nazirin sözlərinə görə, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var.“Hazırda müzakirələr gedir. Sözsüz ki, bizim öz yanaşmamız, Azərbaycanın da öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə gələndə mütləq məlumat verəcəyik", - Mirzoyan söyləyib. Xatırladaq ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub.
5-10-2022, 20:35
Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındıErmənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.
5-10-2022, 20:33
Putin Kadırova general-polkovnik rütbəsi verdiRusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova general-polkovnik rütbəsi verib. Bu barədə Kadırov özünün teleqram kanalında bildirib.“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”,- deyə Kadırov vurğulayıb.