14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 19:30
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 16:56
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 16:50
Fransa Azərbaycanla dostdur və sülhü dəstəkləyir - Emmanuel MakronAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
14-01-2023, 16:45
Ukrayna Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığını qeyd etdiiRusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin olunması sübut edir. Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinin hazırlığına işarədir” – deyə məlumatda bildirilib. Kəşfiyyatçıların fikrincə, bu tədbirlər Rusiya silahlı qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin işğalçı qüvvələr tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır. “İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi Gerasimovun yeni komandan təyin olunması təkcə Rusiyanın hərbi uğursuzluqlarına dəlalət etmir, həm də Rusiya Federasiyasının genişmiqyaslı və uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına istiqamətlənib”, - deyə məlumatda qeyd olunub.
14-01-2023, 16:40
Sabahın hava proqnozu - Arabir yağış yağacaqYanvarın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
14-01-2023, 16:36
Türkiyəylə imzalanmış saziş təsdiqləndiPrezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib. Qeyd edək ki, 15 maddədən ibarət sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
14-01-2023, 16:31
Müharibə Ukraynanın infrastrukturuna 127 milyard zərər vurubMüharibə indiyədək Ukraynanın mülki infrastrukturuna 127 milyard dollardan çox zərər vurub. Bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Japarova BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında deyib. “Son hesablamalara əsasən, müharibənin Ukraynanın mülki infrastrukturuna vurduğu zərərin ümumi həcmi 127 milyard dolları ötüb”, - deyə Japarova bildirib. Onun sözlərinə görə, ölkənin bərpası böyük investisiya layihələrindən biri olacaq: “Ukrayna Avropanın ən iri tikinti sahəsinə çevrilib. Bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradacaq”.
14-01-2023, 16:25
İranın nazir müavini edam edildiBu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib. Bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb. Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb. "O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir. Xatırladaq ki, İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
14-01-2023, 16:19
Rusiyada çoxuşaqlı atalar da səfərbərliyə cəlb olunacaqRusiyada üç uşağı olan atalar üçün möhlət hüququ ləğv edilib. Bu barədə Rusiya parlamentinin deputatı Nina Ostanina məlumat verib. Onun sözlərinə görə, çoxuşaqlı atalar da səfərbərliyə cəlb ediləcək. Deputat deyib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb. Xatırladaq ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.