18-01-2023, 14:00
Diplomun rənginin dəyişməsi xüsusi önəm kəsb etmir - Deputat“Bu gün universitetlərdən verilən qırmızı diplomlar tələbələrə nə vəd verir? Bu yaxınlarda mənə bir xanım müraciət etmişdi, ali məktəbi qırmızı diplomla bitirmişdi. O tələbənin indi nə üstünlüyü var?”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri iclasında deputat Rauf Əliyev bildirib. “Biz bu məsələni araşdırdıq, gördük ki, qırmızı və göy diplomun heç bir fərqi yoxdur. Bu da o deməkdir ki, “3” alan da, “5” alan da eyni diploma sahiblənir. Bu məsələləri işləmək lazımıdır. Təhsil Nazirliyinə müraciət edirsən, deyir, bizlik deyil. Bəs bununla kim maraqlanmalıdır? Ən azı bununla bağlı ictimai dinləmə keçirilməlidir”,- deyə deputat bildirib. Komitə sədri Hicran Hüseynova isə bildirib ki, tələbələrə verilən qırmızı diplomun həqiqiliyi yoxlanılmalıdır: “Bu gün tələbələr müraciət edir, deyir, ali məktəbi qırmızı diplomla bitirmişəm. Amma araşdıranda görürsən ki, qırımızı diplomu hansı formada alıb, bilinmir. Ona görə də tələbələrin qırmızı diplomu necə almaları yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu tələbə qırmızı diplomluqdurmu?”.
18-01-2023, 13:56
Qarabağda yaşayan erməni ailələrinə ərzaq verilməyə başladıBu gündən Qarabağın dağlıq hissəsində yaşayan erməni əhaliyə ərzaq talonlarının verilməsinə başlanılıb. Bu barədə məlumatı erməni tərəfi yayıb. Xankəndidə toplaşan separatçı-terrorçu rejimin rəhbərləri bildiriblər ki, ərzaq koponları qida qıtlğı səbəbindən tətbiq olunur.
18-01-2023, 13:51
Arayik Laçın yolunun açılmasıyla bağlı bir neçə tələb irəli sürübQarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Xankəndidə öz ətrafı ilə qapalı görüş keçirib. Görüşdə Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycan tərəfinin tələblərindən bəhs olunub. Bu barədə “Hraparak” qəzetinin məlumatında qeyd edilib. Arayik Arutyunyan Xankəndidəki separatçılara məlumat verib ki, Azərbaycan Laçın yolunun açılması ilə bağlı bir neçə tələb irəli sürüb. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması, digəri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılmasıdır. Eyni zamanda rəsmi Bakı tələb edib ki, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində Qarabağa və Ermənistana gedən bütün yüklər və nəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycanın nümayəndəsi olmalıdır. Başqa bir tələb separatçılara məxsusu ağır hərbi texnikanın geri çəkilməsidir. Arayik Arutyunyan bildirib ki, əslində Azərbaycan tərəfi separatçılarla heç bir danışıqlar aparmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Vasitəçilərə gəlincə, bunun Ermənistanın səlahiyyətliləri güman edilir. Arutyunyan deyib ki, onlar bu tələbləri qəbul etməyiblər. “Çünki onlar yerinə yetirildikdən sonra Laçın dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur”, - deyə separatçıların başçısı qeyd edib. Arutyunyan yaxın ətrafına onu da deyib ki, çətin günlər hələ qarşıdadır, vəziyyət divara dirənib.
18-01-2023, 00:12
Ceyhun Bayramov Rusiyalı həmkarı ilə telefonda danışdı17 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb. Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18-01-2023, 00:04
Valeri Zalujnı ilk dəfə ABŞ generalı ilə görüşdüUkrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Millli ilə ilk dəfə təkbətək görüşüb. Bu barədə Zalujni özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Polşada Ukrayna ilə sərhəddə keçirilib. "Mən general Milliyə sarsılmaz dəstəyə və yardıma görə təşəkkür etdim. Ukrayna Silahlı Qüvvələrinin təcili ehtiyaclarını qeyd etdim" - ukraynalı general bildirib. Milli bir gün əvvəl Almaniyada ABŞ hərbçilərinin ukraynalılara təlim keçdiyi düşərgəyə baş çəkib. Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki ABŞ bazasında Ukraynanın müttəfiqlərinin növbəti görüşü keçiriləcək və onlar ukraynalılara gələcək hərbi yardım planlarını müzakirə edəcəklər.