Hadisəni törədənlərin tam cəzalandırılmasını tələb edirik - İrandakı səfirimiz
“Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik”. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı açıqlamasında bildirib. “Səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaş yaralanıb. Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir vurğulayıb.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
İran səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən qaçdılar
İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən sənədlərlə qaçıblar. Bununla bağlı görüntüləri Baku TV yayıb. İranın Azərbaycandakı səfirliyinin qarşısından birbaşa videobağlantısı zamanı səfirlikdən bir neçə şəxsin sənədlərlə birgə tələsik maşına minərək ərazidən uzaqlaşdığı görünür. Ətraflı videonu təqdim edirik:
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib. ANAMA-dan verilən məlumata görə, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 mm-lik 9M24F turbo reaktiv raket və 30 dan çox 120 mm-lik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb. Qeyd edilib ki, hər bir 120 mm-lik minaatan mərmisinin tərkibində 3 kq-dan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirir ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir. Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız bu kimi hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır. ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar”.
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Rəsmi açıqlamada deyilir: "27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilmişdir. Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı açıqlama verib. XİN rəsmisi basqın nəticəsində bir nəfərin həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib və İran hakimiyyətinin məsələ ilə bağlı ciddi araşdırmalara başladığını vurğulayıb. Nasir Kənani İran təhlükəsizlik qüvvələrinin basqın edən şəxsi yaxalamaq üçün çevik addım atdığını və onun hazırda istintaq altında olduğunu vurğulayıb. "Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu hərəkətin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır", - N.Kənani əlavə edib. O, ilkin araşdırmaların hücumçunun motivinin şəxsi olduğunu göstərdiyini, məsələ ilə bağlı araşdırmanın davam etdiriləcəyini, ittihamların mətbuata açıqlanacağını bildirib.
Tezliklə Tehrandakı səfirliyimizi boşaltmağı planlaşdırırıq -XİN
Biz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. "Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır", - deyə XİN rəsmisi əlavə edib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Tezliklə Tehrandakı səfirliyimizi boşaltmağı planlaşdırırıq -XİN
Biz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. "Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır", - deyə XİN rəsmisi əlavə edib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar twitterdə paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Tehrandakı səfirliyimzə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”.
Səfirliyə hücumda həyatını itirən şəxslə bağlı məlumat əldə olunub
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində həlak olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Rizvan oğlu Əsgərov bundan əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin başsağlığında deyilir: "Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və yaxınlarına, onun xidmət yoldaşlarına Səfir Polad Bülbüloğlunun və Səfirliyin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik. İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən sərt şəkildə alacaqlar! Allah rəhmət eləsin!". Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib.