22-05-2023, 13:13
Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan"Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyindəki seçkiqabağı vədlərə uyğundur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getmişik. İndi də müəyyən dərəcədə keçdiyimiz yolu nəzərdən keçiririk", - Paşinyan bildirib.
22-05-2023, 13:00
Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan"Mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab edirəm". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu görüşə çox az vaxt qalıb”, - o əlavə edib. Paşinyan daha sonra əsgər anası Qayane Akopyanın həbsinə münasibət bildirib. "Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Onun yoldaşını müharibədə öldürən qəlpə Aşota dəysəydi, o, qəhrəman olardı? Anna Akopyan da olacaqdı qəhrəman anası?", - deyə Paşinyan sual edib.
22-05-2023, 12:31
Sabahın hava proqnozuMayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
22-05-2023, 12:01
Azərbaycandan Ermənistana yeni təklifNaxçıvan ölkədə ən yaxşı radiasiya qəbul edən bölgəmizdir. Naxçıvan bizim üçün xüsusi bölgədir. Təəssüflər olsun ki, hazırda Naxçıvan ilə quru yolumuz yoxdur. Bu, Zəngəzur dəhlizi ilə təşkil olunacaq. Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib. “2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji koridoru haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Onu da qeyd edim ki, 90-cı illərin əvvəlində Azərbaycan davamlı sülh naminə Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edib. Amma təəssüf ki, Ermənistan bu fürsətdən istifadə etmədi. Biz yenidən Azərbaycan hökuməti olaraq qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təkliflərimizi edirik. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq”, - deyə nazir müavini qeyd edib.
21-05-2023, 22:54
Yunanıstanda parlament seçkilərinin ilkin nəticələri bəlli olduYunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilir ki, seçkidə istifadə edilən bülletenlərin yarıdan çoxu sayılıb və bu nəticələrə görə, hazırda hakimiyyətdə olan mühafizəkar Yeni Demokratiya partiyası 41%-ə yaxın səs toplayaraq qələbə qazanıb. Ancaq bu səs partiyanın təkbaşına hökumət qurmasına kifayət etməyəcək. 2015-2019-cu illərdə hakimiyyətdə olan radikal solçu Syriza partiyası 20,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb. Ölkənin daxili işlər nazirinin məlumatına görə, hakim partiya 300 mandatdan ibarət parlamentdə 145 deputat yeri qazanacaq.
21-05-2023, 22:19
Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldıldıABŞ-ın Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldılıb. Bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyindən bildirilib. Mərasim Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə keçirilib.
21-05-2023, 19:32
ABŞ Krımı Ukrayna ərazisi hesab etdiyi üçün hücumuna etiraz etmirABŞ Krımı Ukraynanın ərazisi hesab edir, buna görə də Kiyevin Amerika silahları ilə yarımadaya hücum etməsinə etiraz etmir. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN telekanalına açıqlamasında bildirib. “Bəli, biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”, - deyə Sallivan vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna da Krımdakı Rusiya mövqelərinə zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququnun olduğunu açıqlayıb.
21-05-2023, 19:07
İlham Əliyev xanımı ilə Litvada səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib. Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.
21-05-2023, 18:53
Ağstafada naməlum kişi meyiti aşkarlandıAğstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var. Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.
21-05-2023, 18:34
Yaponiyadan Ukraynaya 7,6 milyard dollarlıq maliyyə yardımıYaponiya Kiyevə 7,6 milyard dollar maliyyə yardımı ayırıb. Bu barədə bazar günü Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən Yaponiyanın Baş naziri Fumio Kişida ilə "G7" sammiti çərçivəsində keçirilən danışıqların yekunu üzrə məlumat verilib. “Prezident Fumio Kişidanın Ukraynaya, xüsusən Yaponiyanın G7-yə sədrliyi çərçivəsində beynəlxalq dəstəyin səfərbər edilməsində şəxsi rəhbərliyini yüksək qiymətləndirib. Prezident əvvəllər ayrılmış 7,6 milyard dollarlıq maliyyə yardımı paketinə görə Yaponiyaya təşəkkür edib”, - Ukrayna Prezidentinin ofisindən verilən məlumatda bildirilir. Bundan əlavə, Zelenski yaralı ukraynalı hərbçilərin müalicəsi və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 100 yük maşını şəklində əlavə yardıma görə Yaponiyaya təşəkkür edib.