Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
5-05-2023, 11:25
Ən çox mina basdırılan ərazilər müəyyənləşib


Ən çox mina basdırılan ərazilər müəyyənləşib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Agentlikdən bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb. Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır. Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.
5-05-2023, 11:00
ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov


ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov

"Rusiya Federasiyası Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum cəhdinə danışmaqla deyil, konkret addımlarla cavab verəcək". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Ukraynadakı problemləri yalnız Donbassdakı təmas xəttini “dondurmaqla” həll etmək olmaz. Zelenski hər şeyi edir ki, özünə hörmət edən hər hansı ölkə Ukrayna ilə ünsiyyət qurmaq istəməsin. ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutalardan istifadənin artırılması işi dayandırıla bilməz. İyun-iyul aylarında ŞƏT sammitinin keçirilməsi planlaşdırılır, qrafik yekunlaşdırılır. ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində həmsöhbətlərim Ukraynanın dronlarının Kremlə hücumunu pisləyib. Pakistan danışıqlar ərəfəsində birbaşa olaraq Kremlə hücumu pisləyib. ŞƏT Nazirlər Şurasında tərəflər ŞƏT-Əfqanıstan qrupunun işini aktivləşdirmək barədə razılığa gəliblər", - deyə Lavrov söyləyib. "ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır. Rusiya Federasiyası Vaşinqtonun Əfqanıstan ətrafındakı regiona ABŞ hərbi infrastrukturunu daxil etmək cəhdlərinə qarşı çıxacaq", - o əlavə edib. Qeyd edək ki, Kremlin iddiaları Ukrayna tərəfindən qəti şəkildə təkzib olunub. Rəsmi Kiyev Kremlə hücum barədə heç bir məlumata malik olmadığını bəyan edib.
5-05-2023, 10:40
Paşinyan çexiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi


Paşinyan çexiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Çexiyanın baş naziri Petr Fiala ilə Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə edib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Ermənistanın parlament fraksiyasının katibi Artur Hovanisyan sosial şəbəkədə bildirib ki, görüş zamanı həmçinin Ermənistan-Çexiya əməkdaşlığının dərinləşdirilməsinə dair bəyanat imzalanıb. Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti isə xəbər verir ki, Praqada Ermənistan-Çexiya hökumətlərarası komissiyasının protokolu da imzalanıb və ticarət-iqtisadi məsələlər müzakirə edilib. Qeyd edək ki, Paşinyan Çexiyada səfərdədir.
5-05-2023, 10:30
ABŞ-dan İrana tələb


ABŞ-dan İrana tələb

ABŞ İrandan neft tankerini dərhal sərbəst buraxmağı tələb edir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel açıqlama verib. “İranın gəmiləri təqib etməsi, regional və beynəlxalq sularda gəmiçilik hüquqlarına müdaxiləsi beynəlxalq qanunlara ziddir və region ölkələrinin sabitliyini və təhlükəsizliyini pozur”, - deyə o əlavə edib. Patel, ABŞ və dünya ictimaiyyətinin İranı ələ keçirdiyi gəmini azad etməyə çağırdıqlarını vurğulayıb. Xatırladaq ki, ABŞ mayın 3-də İranın İslam İnqilabı Keçikçiləri Korpusunun Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçirməsi barədə məlumat yaymışdı. Tanker Dubay limanını tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edərkən, bir neçə SEPAH gəmisi onu mühasirəyə alıb. Bundan sonra tanker İranın ərazi suları istiqamətində kursunu dəyişməyə məcbur edilib, Bəndər Abbas limanın yönəldilib.
4-05-2023, 14:49
XANIM – XATIN  RƏHİLƏ  XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!


XANIM – XATIN RƏHİLƏ XANIM, AD GÜNÜNÜZ MÜBARƏK!

Keçən yüzilliyin 80-ci illərində dünyaya gəldiyim Rustavi şəhərindəki 7 saylı orta məktəbin şagirdi olanda televiziyada “Lalə” qızlar ansamblının konsertinə baxırdıq. Sazlı-sözlü mühitdə böyüsəm də, Azərbaycan xalq və bəstəkar mahnılarını doymazlıqla dinləyərdik. Milli geyimli musiqiçi qızlar və müğənnilər elə ruh yüksəkliyi ilə ifa edirdilər ki, az qalırdıq onlarla birgə oxuyaq. Rəhilə Bəndəliyevanın o zamandan səsinin və səhnə mədəniyyətinin vurğunu olmuşam. Onun səsi oxuduğu mahnıdan, muğamdan asılı olaraq gah coşub-çağlardı - kükrəyən dağ çayı, şaqraq şəlalə kimi, gah kövrək olardı - bağların boynubükük bənövşəsi, zəmilərin gözəli qara xallı lalə kimi.
Bakıya gələndən sonra ulu yaradan mənim onunla tanış olmaq arzumu çin elədi. Görüşdük, həmsöhbət olduq, döğma münasibət yarandı, sirdaş olduq. Müxtəlif tədbirlərdə iştirak etdik, səfərlərdə olduq, bir-birimizi daha yaxından tanıdıq. Onun Azərbaycan qadınlarına xas xanım-xatınlığını, şəxsiyyətinin bütövlüyünü, dönməz əqidəsini hamımız örnək kimi qəbul etdik.
Onun 60 illik yubileyinin iştirakçısı oldum, təbrik etdim, arzularımı dilə gətirdim. Bu da taleyin xoş bəxşişi idi ki, gəncliyimdə televiziyada görüb sevdiyim insanın yubileyində ürək sözlərimi deyə bildim.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda Məclisə ilk xeyir-duanı verənlərdən biri də Rəhilə xanım olub. Mirvarid Dilbazinin 110 illiyi ərəfəsində ilk qadın Xalq şairimizin “Azərbaycan qızıyam” şeirinə bəstələnən mahnını ilk dəfə Rəhilə xanım ifa edib. Cəlilabad Rayon İcra Hakimiyyəti ilə “Mirvarid Dilbazı Poeziya Məclisi”nin birgə təşkilatçılığı ilə Cəlilabadda keçirilən Mirvarid Dilbazinin 110 illik yubiley tədbrində Rəhilə xanım Məclisin üzvləri ilə birlikdə iştirak etmiş, onun oxuduğu “Azərbaycan qızıyam” mahnısı alqışlarla qarşılanmışdır.

Köküm ulu torpaqda,
Haqqın yolu torpaqda,
Fikrim, hissim, xəyalım
Daim haqqı sormaqda,
Azərbaycan qızıyam.


“Azərbaycan kələğayısı – min illərin yadigarı” layihəsi çərçivəsində tədbirlərin birində Südabə İrəvanlının “Nə gözəl yaraşır kələğay bizə” şeirinə yazılmış mahnını Rəhilə xanım şövqlə oxudu. Həm səsinə, həm də başı kəlağayılı müğənninin xanım-xatınlığına, milli dəyərlərə xüsusi önəm verməsinə tamaşaçılar heyran qaldılar.
Rəhilə xanımın müğənni, musiqiçi olmaq istəyinin qarşısına çox səddlər çəkməyə, yolundan döndərməyə çalışsalar da, inadından dönməyib. Milli mentallığımızın bəzi “qayda-qanun”ları belə onun qarşısında aciz qalıb. Təkcə atası onu anlayıb, yolunda yaşıl işıq yandırıb, sevimli qızına uğurlu yol arzulayıb:
”Kim nə deyir, desin, özü üçün deyir, mənim qızımsansa, get, ağıllı ol.”
Həyat Rəhilə xanımın yoluna Vahid Abdullayev, Səkinə İsmayılova, Ceyran Haşımova kimi qayğıkeş, xeyirxah insanlar çıxarıb. Ustadların dərsləri, tövsiyələri muğam məktəbinin şagirdinin, “Lalə” qızlar ansamblının solistinin səsini cilalayır, Azərbaycan musiqisinin əsaslarını daha dərindən öyrənməsinə kömək edir.
Indi təkcə şou-biznesin yox, hətta ciddi muğam sənətinin nümayəndələri pul dalınca qaçdığından, bəzən sənət unudulur. Rəhilə xanım kimilərin bircə amalı var – sənətə xəyanət etməmək, işini mükəmməl öyrənmək!” O, Ceyran Haşımovanın diqqətini, qaygısını unutmur.
Rəhilə xanım 45 ildən çox səhnədə olsa da, hər an öyrənir, özünə qarşı çox tələbkardır, sənətdə mükəmməlliyi sevir. Ömrün keçən illərində əlinə düşən imkanlardan maksimum istifadə etmədiyinə görə özünü qınayır. Xalq artisti Səkinə İsmayılovanın Asəf Zeynallı adına Musiqi Texnikumunda (indi Musiqi Kolleci) müəllim olmaq təklifinə razı olmayıb. Dövlət imtahanında oxuduğu “Orta Mahur”u, daha sonralar “Mirzəhüseyn Segahı”, “Şahnaz” dəstgahlarını, “Qarabağ şikəstəsi”ni səsinin şaqraq vaxtında yazdırıb Azərbaycan musuqisi tarixinin səhifələrinə yerləşdirməyib. Vaxtında yazdırsaydı, inanıram ki, qızıl fondda saxlanılardı.
Rəhilə xanım “Lalə” qızlar ansamblı ilə Azərbaycanın bölgələrini, kəndlərini, tarlalarını, bir çox ölkələri diyar-diyar dolaşmış, Azərbaycan musiqisini tərənnüm və təbliğ etmişdir.
O, xoşbəxt anadı, nəvələrinin sevimli nənəsidi. Nəvələrinin körpə çağlarında mahnılarımızı laylay kimi zümzümə edərək onları mənəvi cəhətdən zəngin böyüdüb. Ömür-gün yoldaşı onu yaxşı anlayıb, uğurlarına qol-qanad verib. Övladları musiqi duyumlu olsalar da, ananın yolunu davam etdirməyiblər. Ancaq Rəhilə xanımın sənətinə sayğı ilə yanaşırlar.
Dövlətimiz onun sənətini yüksək qiymətləndirmişdir. 2007-ci ildən “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adını ləyaqətlə daşıyır.
Rəhilə Bəndəliyeva birinci Qarabağ və 44 günlük Vətən müharibəsi dövründə tez-tez cəbhə bölgələrinə gedən, əsgər və zabitlər qarşısında çıxış edən sənətkarlardandır. Onun ifasındakı musiqilər Vətən oğullarının döyüş ruhunu, qələbə inamını, Vətən, torpaq sevgisini coşdurub. O, zəfərimizə öz töhfəsini verən sənət adamıdır.
Azərbaycan musiqi sənətinin yorulmaz tərənnümçüsü ömrünün 65-ci baharını yaşayır, mahnıları, şirin səsi, mənəvi dünyası ilə Vətənə xidmət edən əsgərdi, bəşər övladlarını barışa çağıran anadır. Əmindir ki, yer üzündə barışı qoruyacaq ən etibarlı silah ana qəlbidir.
Yorulmayasınız, Rəhilə xanım. Daha uğurlu illər, sağlam yaşam arzulayıram. Daşların arasından özünə yol tapıb işıqlı dünyaya çıxan büllur bulağın suyu kimi dupduru səsiniz həmişə çağlasın!

Güllü Eldar TOMARLI,
“Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri,
Kəlağayı Muzeyinin direktoru
4-05-2023, 14:45
Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi


Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi

Çexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb. O, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub. O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir. "Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.
4-05-2023, 14:45
Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi


Çexiya İrəvana yardım göstərəcəyini vəd etdi

Çexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb. O, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub. O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir. "Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.
4-05-2023, 14:30
Qazaxıstan və Tacikistan arasında Bəyənnamə imzalandı


Qazaxıstan və Tacikistan arasında Bəyənnamə imzalandı

Qazaxıstan və Tacikistan arasında Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə imzalanıb. Bu barədə Qazaxıstan PA - Aqorda məlumat yayıb. Bildirilib ki, sənəd Tacikistan prezidenti Emomoli Rahmonun Qazaxıstana səfəri çərçivəsində onunla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında paytaxt Astanada imzalanıb. Ümumilikdə 25 maddədən və preambula hissəsindən ibarət olan Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə əlaqələrin bütün aspektlərini əhatə edir. Qeyd edək ki, Tacikistan prezidenti dünəndən Qazaxıstanda səfərdədir.
4-05-2023, 14:20
Rusiyanın bu əyalətində PUA-ların istifadəsi qadağan olundu


Rusiyanın bu əyalətində PUA-ların istifadəsi qadağan olundu

Rusiyanın Xabarovsk diyarında dronlardan istifadə ilə bağlı qadağa qərarı verilib. Bu barədə diyarın qubernatoru Mixail Deqtyarev məlumat verib. O, təhlükəsizliyi artırmaq üçün bölgədə PUA-lardan istifadənin məhdudlaşdırıldığını bildirib. İstisna kimi dövlət orqanları, Xabarovsk diyarının bələdiyyələri və yerli özünüidarəetmə orqanları, onların tabeliyində olan təşkilatlar, habelə dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar tərəfindən qanunla müəyyən edilmiş qaydada istifadə olunan pilotsuz uçuş aparatları nəzərdə tutulub. Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat xidməti Kremlə Ukrayna tərəfindən dronlarla zərbə endirilməyə cəhd edildiyi barədə iddialar yaymışdı. Rəsmi Kiyev belə bir hadisə barədə Ukrayna tərəfində məlumat olmadığını açıqlamışdı.
4-05-2023, 14:00
Aİ-dən Moldova və Gürcüstana hərbi yardım


Aİ-dən Moldova və Gürcüstana hərbi yardım

Avropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb. Bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib. Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar. "Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!