Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
3-05-2023, 15:00
Rusiya XİN Vaşinqton görüşünə münasibət bildirdi


Rusiya XİN Vaşinqton görüşünə münasibət bildirdi

"Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat brifinqində deyib. O qeyd edib ki, rəsmi Moskva danışıqların başa çatmasından sonra proses barədə öz şərhini verəcək. "Azərbaycan və Ermənistan XİN başçılarının Rusiyada görüşünün keçirilməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat veriləcək", - deyə Zaxarova vurğulayıb.
3-05-2023, 14:30
“Trendyol”dan Azərbaycan istifadəçilərinə yeni seçim imkanı


“Trendyol”dan Azərbaycan istifadəçilərinə yeni seçim imkanı

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq karqo şirkətinin deyil, öz ev ünavanı qeyd edərək, məhsulu birbaşa evdə təhvil ala bilər. Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi. Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi. Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də "təslim al" bölməsini seçə bilər.
3-05-2023, 14:00
Vaşinqtona görə mövzu təhlükə probleminə çevrilib - Rusiya XİN


Vaşinqtona görə mövzu təhlükə probleminə çevrilib - Rusiya XİN

"Son illərdə biotəhlükəsizliyin təmin edilməsi beynəlxalq gündəmdə xüsusilə aktuallaşıb". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu keçirdiyi brifinq zamanı bildirib. O, biotəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında KTMT Xartiyasına dəyişikliklər haqqında da danışıb. "Vaşinqtonun səyləri sayəsində bu mövzu təhlükəsizlik problemindən təhlükə probleminə çevrilib", - sözçü qeyd edib.
3-05-2023, 13:30
Şuşa həmişə Azərbaycan şəhəri olub - İlham Əliyev


Şuşa həmişə Azərbaycan şəhəri olub - İlham Əliyev

Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.
3-05-2023, 13:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
3-05-2023, 12:30
Mətbuat Şurası yeni bəyanat yaydı


Mətbuat Şurası yeni bəyanat yaydı

Mətbuat Şurası "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək" mövzusunda bəyanat yayıb. Bəyanatda deyilir: "Əsasını dahi mütəfəkkir Həsən bəy Zərdabinin qoyduğu Azərbaycan mətbuatının qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır. Müstəqillik illərində Azərbaycan mediası bu amalı rəhbər tutaraq fəaliyyət göstərib. Mediamız ötən müddətdəki inkişaf yolunda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün təsisi ilə bağlı prinsiplərə də sadiqlik xətti götürüb, çalışıb ki, plüralist fikir cəmiyyətin müxtəlif qütblərinin maraqlarının ifadəçisinə çevrilsin. Azad sözə müstəsna dəyərin verildiyi ölkəmizdə bu baxışın təminatçısı qismində çıxış edən Azərbaycan dövlətidir. Ulu öndər Heydər Əliyevin media siyasətini, onun jurnalistikaya diqqət və qayğı ənənəsindəki varislik prinsipini qoruyan, bu kursu fundamental əsaslarla zənginləşdirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, eləcə də reallaşdırdığı islahat proqramları onu deməyə əsas verir ki, ölkəmizdə müstəqil fikrin inkişafı üçün möhkəm təməl var. Dövlətimizin başçısının Ulu öndər Heydər Əliyevin senzuranın aradan qaldırılması iradəsinə söykənmiş islahatlarının tərkib hissəsi olaraq, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, redaksiyaların maddi- texniki bazasının möhkəmləndirilməsini və digər təşkilati dəstək mexanizmlərinin tətbiqini yüksək qiymətləndiririk. Sevindirici haldır ki, islahatçılıq ənənəsi məntiqi davamını çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsində, jurnalistika fəaliyyəti ile bağlı məsuliyyətin artırılmasına yönələn qanunvericilik təşəbbüsləri də tapır. Azərbaycan jurnalistləri isə genişlənən informasiya məkanının tələblərinə adekvat fəaliyyət əzmini bəyan edərək, inkişafın müasirləşmə xəttini hədəf seçirlər. Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası, həmçinin, Medianın İnkişafı Agentliyi və bu konfransın iştirakçıları hesab edirlər ki, həm milli mətbuatımızın ənənələrinə sadiqlik, həm də Azərbaycan dövlətinin gözləntilərini doğrultmaq peşəkarlığın daha da artırılmasını, mətbu sözün təəssübünü çəkməyi, sanbalını qorumağı mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Biz, Azərbaycan jurnalistlərinin fəaliyyətlərində bu meyarları nəzərə almağa, milli və ictimai maraqlar naminə jurnalist peşəsinin prinsiplərini ardıcıl surətdə yerinə yetirməyə, hadisə və proseslərə münasibətdə obyektivliyə, həssas davranışa, daim ümumvətəndaş mövqeyi prizmasından çıxış etməyə çağırırıq. Bu qənaətdəyik ki, azad sözün nüfuz dairəsinin genişlənməsində, ona ictimai münasibətlərin katalizatoru kimi hörmətlə yanaşılmasında davamlılığı təmin etmək üçün media sahəsindəki neqativ meyillərin və jurnalist adından sui-istifadələrin aradan qalxması son dərəcə vacibdir. Əmin olmaq istərdik ki, həqiqi jurnalistlər, əsl qələm sahibləri, özünü cəmiyyətə informasiya verilməsinə məsul sayan peşəkarlar bu məqama ciddi diqqət yetirəcək, mətbu məkanımızdakı neqativ tendensiyalara qarşı barışmaz, mövqe tutacaqlar. Biz, eyni zamanda, dövlət qurumlarının təmsilçilərini, ayrı- ayrı məmurları, ictimai şəxsləri və vəzifə sahiblərini medianın məlumatlandırma missiyasına hörmətlə yanaşmağa, jurnalistlərin cəmiyyəti obyektiv və operativ informasiyalarla təminatı ilə bağlı məsuliyyətini nəzərə almağa, bununla da azad sözün imkanlarının dövlətimiz və xalqımız naminə göstərməyə çağırırıq. Daimi səfərbər olmasına dəstək Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək" mövzusundaki konfransın iştirakçıları Azərbaycan jurnalistlərini 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır".
3-05-2023, 12:00
İrəvan bizi aldada bilməz - Türkiyə XİN


İrəvan bizi aldada bilməz - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlamalar verib. O, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub. Nazir bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində səmimiyyət nümayiş etdirir. "Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, - deyə XİN başçısı vurğulayıb. Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı çıxışı zamanı Avropa İttifaqını da tənqid edib.
3-05-2023, 11:30
ABŞ Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır - Petruşev


ABŞ Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır - Petruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qəribə iddia səsləndirib. O, ABŞ-ın Rusiyanın Sibir regionunu işğal etmək niyyətində olduğunu bildirib. "ABŞ Yellouston supervulkanının püskürəcəyi təqdirdə Sibirdə təhlükəsiz yer tapmaq üçün Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır", - deyə o söyləyib. Qeyd edək ki, Patruşev vaxtaşırı bu cür iddiaları gündəmə gətirir.
3-05-2023, 11:00
Heydər Əliyevin arzusunu reallaşdırdıq - Prezident


Heydər Əliyevin arzusunu reallaşdırdıq - Prezident

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar – təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qəbələmizlə fəxr edirlər. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.
3-05-2023, 10:30
Prezident 100 illik yubileyə həsr olunmuş konfransda iştirak etdi


Prezident 100 illik yubileyə həsr olunmuş konfransda iştirak etdi

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!