Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
1-05-2023, 16:00
Prezident TƏBİB-in Nizamnaməsini təsdiq etdi


Prezident TƏBİB-in Nizamnaməsini təsdiq etdi

Prezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.
1-05-2023, 15:30
Sabirabada maliyyə ayrılmasıyla bağlı Sərəncam imzalandı


Sabirabada maliyyə ayrılmasıyla bağlı Sərəncam imzalandı

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
1-05-2023, 15:00
İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olundu


İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olundu

İranın Ər-Riyaddakı səfirliyi, o cümlədən Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi fəaliyyətini bərpa edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani "IRIB" nəşrinə bildirib. “İran İslam Respublikasının üç nümayəndəliyi, Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi rejimdə fəaliyyətə başlayıb”, - deyə Kənani qeyd edib. O, vurğulayıb ki, bu, nümayəndəliklərin işinin bərpasının ilk mərhələsidir. XİN rəsmisi onların göstərilən müddətdə tam həcmdə işə başlayacağına ümid etdiyini qeyd edib.
1-05-2023, 14:30
Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”


Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”

Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib. Kaladze bunu müharibə ilə əlaqələndirib. "Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır", - deyə o qeyd edib. Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.
1-05-2023, 14:00
Güclü yağışın Tərtərə vurduğu ziyan açıqlanıb


Güclü yağışın Tərtərə vurduğu ziyan açıqlanıb

Güclü yağış və dolunun Tərtərə vurduğu ziyan açıqlanıb. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. "30 aprel 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonunun 8 yaşayış məntəqəsi üzrə 117 ev təsərrüfatına, 318 hektar taxıl, 267 hektar arpa, 94 hektar pambıq, 61 hektar günəbaxan, 129 hektar yonca, 32 hektar qarğıdalı, 3 hektar soğan, 300 hektar meyvə bağı, 4 hektar ting sahəsinə ağır və orta dərəcədə ziyan dəyib, 10 baş xırdabuynuzlu heyvan tələf olub" - deyə rəsmi açıqlamada bildirilib. Qeyd edək ki, ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələri, kənd yolları subasmaya məruz qalıb.
1-05-2023, 13:30
Stilistdən Aygün Kazımovaya təhqiredici ifadələr


Stilistdən Aygün Kazımovaya təhqiredici ifadələr

Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü təhqir edib. Bu barədə o, "Instagram" səhifələrinin birində müğənninin videosuna şərh yazıb. “Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın”, - stilist bildirib. Onun şərhi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
1-05-2023, 13:00
İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi


İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
1-05-2023, 12:30
Qarabağda yaşayan ermənilərdən sülhməramlılara etiraz


Qarabağda yaşayan ermənilərdən sülhməramlılara etiraz

Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Qarabağda yaşayan ermənilərin sürü olmadığını göstərmək üçün etiraz yürüşü keçirəcəyik", - erməni sakinlərdən biri deyib. Aksiya Xankəndidə təşkil olunub. Hazırda Rusiya əleyhinə şüarlar səsləndirilir. Etirazçıların fikrincə, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir. Separatçıların nümayəndələri Rusiya hərbçilərinin Xankəndidən çıxarılması tələbini irəli sürüblər. "Ruslar bizi satdılar. İndi bizdə onların getməsini tələb edirik" - etirazçı ermənilər bildiriblər. Qeyd edək ki, ötən həftə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişdirilib. Belə ki, Rusiya müdafiə naziri general-polkovnik Aleksandr Lentsovu Andrey Volkovun yerinə göndərib.

1-05-2023, 12:00
İrana qarşı mübarizə aparmaq hamının borcudur - İsrail


İrana qarşı mübarizə aparmaq hamının borcudur - İsrail

İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi əməliyyatlardır. Hökumət başçısı bu barədə "CNN" telekanalına müsahibəsində danışıb. Baş nazir İsraili, ABŞ-ı və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, İrana qarşı mübarizə aparmağın hamının borcu olduğunu söyləyib: “Bu, bizim hamımızın borcudur”. “Müşahidələrimiz göstərir ki, bizim iqtisadi və siyasi səylərimiz İranın ilkin planlarını alt-üst edib",- deyə Netanyahu vurğulayıb.
1-05-2023, 11:30
Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı


Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb. Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır. Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!