Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                        Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı .....                       
10-07-2023, 16:08
Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq - Kənani


Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq - Kənani

Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib. "İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq", - Kənani deyib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisədən sonra səfirlik əməkdaşları Bakıya təxliyə olunub. Səfirlik işini dayandırsa da, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyət göstərir.
10-07-2023, 15:57
23 nəfər günvurmaya məruz qalıb


23 nəfər günvurmaya məruz qalıb

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.
10-07-2023, 15:43
Türkiyənin Aİ-yə üzvlük hədəfini dəstəkləyirik - Stoltenberq


Türkiyənin Aİ-yə üzvlük hədəfini dəstəkləyirik - Stoltenberq

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərindən danışıb. Baş katib buna müsbət yanaşdıqlarını vurğulayıb. "Türkiyənin Aİ-yə üzvlük hədəfini dəstəkləyirik. İsveç üçün Vilnüs sammitində müsbət qərarın çıxması hələ də mümkündür", - o bəyan edib. Qeyd edək ki, Ərdoğan ölkəsinin İsveçin NATO üzvlüyünü dəstəkləmək üçün Ankaraya Aİ qapılarının açılması şərtini dilə gətirmişdi.
10-07-2023, 15:22
Daha bir futbolçu “Qarabağ” klubundan ayrılır


Daha bir futbolçu “Qarabağ” klubundan ayrılır

"Qarabağ"ın futbolçusu Kevin Medina karyerasını Türkiyə Superliqasına davam etdirməyə çox yaxındır. 30 yaşlı kolumbiyalı müdafiəçinin qardaş ölkə təmsilçisi "Rizəspor"a keçidi gözlənilir. Gələn məlumatlar arasında futbolçunun artıq klubdan ayrıldığı da var.
Qeyd edək ki, Kevin Azərbaycan Premyer Liqasında keçirdiyi üç mövsümdə 66 matçda 1 qol vurub.
10-07-2023, 14:12
Ərdoğan Putinlə görüşündə müzakirə olunacaq mövzunu açıqladı


Ərdoğan Putinlə görüşündə müzakirə olunacaq mövzunu açıqladı

Rusiya Prezidenti Vladimir Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir. Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Putinlə görüşdə əsasən “Taxıl sazişi” müzakirə olunacaq. “Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”. - Ərdoğan vurğulayıb.
10-07-2023, 14:05
Rus hərbiçilər Zaporojyeni atəşə tutdular - Ölən və yaralananlar var


Rus hərbiçilər Zaporojyeni atəşə tutdular - Ölən və yaralananlar var

Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yeri bombalayıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb. “Rusiya Silahlı Qüvvələri cəbhə bölgəsində yerləşən Orexovoda müharibə cinayəti törədib. Yaşayış məntəqəsinə humanitar yardım göndərərkən idarə olunan aviabomba ilə zərbələr endiriblər. Hücum nəticəsində üç qadın və bir kişi hadisə yerində ölüb”, - rəsmi açıqlamada qeyd olunub.
10-07-2023, 13:47
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 11-də havanın dəyişkən buludlu olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
10-07-2023, 13:30
Bayden Londonda səfərdədir


Bayden Londonda səfərdədir

ABŞ Prezidenti Cozef Bayden bazar günü axşam saatlarında Londona gəlib. Cozef Bayden Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Ukraynaya yardım məsələsini müzakirə edəcək və Kral III Çarlzla görüşəcək. İyulun 11-də və 12-də isə ABŞ Prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edəcək. Cozef Bayden və Rişi Sunak arasında danışıqların əsas mövzularından biri Ukraynaya kaset bombalarının tədarükü məsələsi olacaq. ABŞ-ın bununla bağlı qərarı NATO-dakı müttəfiqləri arasında narahatlıq doğurub. Britaniya hökumətinin başçısı bildirib ki, London Vaşinqtonun bu qərarını dəstəkləmir. Amerika lideri Britaniyaya səfəri ərəfəsində CNN telekanalına müsahibəsində deyib ki, Ukrayna hələ NATO üzvlüyünə hazır deyil. Onun sözlərinə görə, təşkilat Ukraynanın alyansa qəbulu məsələsinə yalnız müharibə başa çatdıqdan sonra baxa bilər, lakin Kiyevə yardımlar davam etdiriləcək.
10-07-2023, 13:17
Uzun ildən sonra Ağalıda ilk nişan mərasimi keçirildi


Uzun ildən sonra Ağalıda ilk nişan mərasimi keçirildi

Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib. Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub. Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.
Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.



10-07-2023, 13:09
Hərbiçimiz özünü güllələyərək öldürdü


Hərbiçimiz özünü güllələyərək öldürdü

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb. Bunu açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!