"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
12-07-2023, 11:33
Zelenski NATO sammitində çıxış etdi


Zelenski NATO sammitində çıxış etdi

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitinə qatılıb. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlətinin başçısı gələn kimi tədbirdə iştirak edən jurnalistlərə açıqlama verib.

12-07-2023, 11:24
Türkiyə spikeri Bakıya gəlişinin səbəbini açıqladı


Türkiyə spikeri Bakıya gəlişinin səbəbini açıqladı

Bu gün qardaş ölkəmiz Azərbaycandayıq. Türkiyədə fəaliyyətə başlayan rəsmi şəxslərin etdiyi kimi, ilk rəsmi səfərimizi Şimali Kiprə və Azərbaycana etdik. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlamasında deyib. Spiker Azərbaycanın Türkiyə üçün qardaş ölkə və yaxın müttəfiq olduğunu bildirib: "Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrdən biridir. Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa daha çox diqqət yetirir". Kurtulmuş Türkiyənin xarici siyasətindən və Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitində iştirakından da söz açıb.
"Cənab Prezident Ərdoğan Vilnüsdə NATO samimitində iştirak edərkən bizim burada olmağımızın səbəbi var. Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bakıya səfərimizin Türk dünyasına böyük töhfə verəcəyini düşünürük", - deyə spiker qeyd edib.
O vurğulayıb ki, TBMM heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır: “Türkiyə türk dövlətləri ilə olan münasibətləri çox əhəmiyyətli hesab edir, eyni zamanda Azərbaycanla. Bir qədər sonra Prezident İlham Əliyevlə, Milli Məclisin sədri və Baş nazirlə görüşəcəyik. Bugünkü görüşlərimiz olduqca əhəmiyyətlidir”.
"Önümüzdəki Türkiyə yüz ili üçün Türkiyənin əsas hədəflərindən biri də Türk dövlətləri ilə ortaq əməkdaşlığı genişləndirməkdir. Bizim əsas məqsədimiz Türk siyasətinin dünya siyasətində önəmli yer tutmasına nail olmaqdır", - deyə Kurtulmuş əlavə edib.
12-07-2023, 11:08
Türkiyə spikeri Şəhidlər xiyabanına ziyarət etdi


Türkiyə spikeri Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Şəhidlər xiyabanını ziyarət edib. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


12-07-2023, 10:49
İran generalından kürd təşkilatlarına xəbərdarlıq


İran generalından kürd təşkilatlarına xəbərdarlıq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edib. O, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib: “Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.
Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub.
12-07-2023, 10:30
Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov


Qərbin bölünməz hökmranlığının sonunu müşahidə edirik - Lavrov

"Aİİ, KTMT, MDB və ŞƏT kimi inteqrasiya birliklərinin çoxşaxəli əlaqələrinin dərinləşdirilməsi vəzifəsi bu gün gündəmə gətirilib". Bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Avrasiya ölkələrinin gənc diplomatlarının “Yeni çoxqütblü dünyanın diplomatiyası” forumunun iştirakçılarına video təbrikində bildirib. Lavrov qeyd edib ki, Aİİ, KTMT, MDB və ŞƏT çərçivəsində əməkdaşlıq müasir diplomatiyanın yaxşı nümunələridir: "Burada yaradıcı, gələcəyə hesablanmış, dövlətlərarası gündəm irəliləyir. Rusiya bu strukturların işində fəal iştirak edir. İndi onlar Böyük Avrasiya məkanında fəaliyyət göstərən müxtəlif inteqrasiya strukturları arasında çoxşaxəli əlaqələrin dərinləşdirilməsi vəzifəsini irəli sürüblər". Nazir iddia edib ki, indi kollektiv Qərbin bölünməz hökmranlığının sonunu müşahidə etmək olar: "Eyni zamanda, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni inkişaf mərkəzləri eyni vaxtda güclənir və geniş vüsət alır. Beləliklə, daha ədalətli, balanslaşdırılmış, çoxmərkəzli dünya nizamının formalaşması beynəlxalq kommunikasiyanın bütün iştirakçılarının hesablaşmalı olduğu geosiyasi reallıqdır". O, yaranan çoxqütblülüyün əsas oyunçuların hərbi-siyasi və iqtisadi qarşıdurmasına deyil, razılaşdırılmış maraqlar balansına əsaslanmasının vacibliyini vurğulayıb. “Bu baxımdan, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına - ilk növbədə, BMT Nizamnaməsinin prinsiplərinə, dünyanın mədəni və sivilizasiya müxtəlifliyinə hörmətə, beynəlxalq hüquqa əsaslanan klassik diplomatiyanın rolunu yüksək qiymətləndirmək önəmlidir", - Lavrov bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!