Davam edən müharibə martda dönüş nöqtəsi yarada bilər - Zelenski
Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər. Bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib. O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Bakıda 8 Noyabr prospekti-Zığ yolu istiqamətində yolda təmir işləri aparılır. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. “Sürücülərin nəzərə almaları xahiş edilir”, - məlumatda deyilir.
Naxçıvandakı məktəblərdə dezinfeksiya işləri başladılıb
Naxçıvanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib. Qeyd olunub ki, ümumi təhsil məktəblərində Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə tabe qurumlar tərəfindən dezinfeksiya işləri görülür.
Pakistanda keçmiş baş nazir İmran Xanın məhkəməsi açıq şəkildə davam etdirilib. Bu barədə ictimaiyyət nümayəndələrinin məhkəmə iclaslarında iştirakına icazə verilib. Məlumata görə, proses siyasətçinin saxlandığı həbsxanada keçirilir. "Dinləmələr İslamabaddakı federal məhkəmə kompleksinə köçürüldü, lakin sonradan bu qərar hakimiyyətin iğtişaşlar ehtimalı ilə bağlı narahatlığına görə ləğv edildi", - deyə məlumatda qeyd olunub.
İki SEPAH üzvü Suriyada İsrail tərəfindən öldürülüb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, İran İslam İnqilabı Keşikçisi Korpusunun (SEPAH) iki üzvü - Məhəmmədəli Ətai Şorçe və Pənah Tağızadə Suriya İslami Müqavimət Cəbhəsində məsləhət missiyasını yerinə yetirərkən İsrail ordusu tərəfindən öldürülüb.
Nazir: “Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var”
"Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir". Bunu Pakistan İslam Respublikasının Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib. "Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib.
“Kanal13”"ün aparıcısı Rüfət Muradlı saxlanılıb. Bu barədə onun dostu Bəhruz Bayramov məlumat verib. Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir. Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
İranda havanın çirklənməsi insanların sağlamlığını ciddi təhdid edir. Bu səbəbdən paytaxt Tehranda uşaq bağçaları və məktəblər bağlanılıb. Tehranın hakimiyyət orqanları uşaqları və qocaları ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, şəhərdə yük maşınlarının hərəkətinə müvəqqəti qadağa qoyulub. Paytaxt əhalisi şiddətli başağrılarından, ürəkbulanmadan, öskürəkdən və nəfəs darlığından şikayətlənir. Qeyd edək ki, İranda, xüsusən Tehranda havanın çirklənməsi ciddi problem olaraq qalmaqdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, çirkli hava hər il minlərlə insanın ölümünə səbəb olur. Havanın çirklənməsinin əsas səbəbi paytaxtda milyonlarla avtomobilin olmasıdır.
Orduda avtomobil texnikalarına baxış keçirildi - VİDEO
Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib. Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb.
Güləşçilərimiz dünya çempionatını 21 medalla başa vurdu
Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurub. “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıb. Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.