"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
30-03-2024, 17:12
Abşeronda Soyqırımı qurbanları anılıb


Abşeron rayonunda Soyqırımı qurbanları anılıb

30 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində "İnsanlıq əleyhinə cinayətlər və tarixin acı həqiqətləri" mövzusunda "31 mart azərbaycanlıların soyqırımı gününə" həsr edilmiş tədbir keçirildi. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi sükutla yad edildikdən sonra qanlı faciələr barədə məruzələr dinlənildi, fikir mübadiləsi aparıldı. Tədbirdə İcma nümayəndəsi Bilman Vəliyev, Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev, rayon ağsaqqalı Əbülfət Nuriyev, rayon ziyalısı Sədayət Qurbanov, həkim Maşallah Abışov, icma üzvü Elbrus Quliyev, rayon ziyalısı Vaqif Ələkbərov və b. tarixi faktlara əsaslanaraq ətraflı müzakirələr apardılar.
30-03-2024, 17:07
Baş Prokurorluq iddialara açıqlama verdi


Baş Prokurorluq iddialara açıqlama verdi

Bəzi sosial şəbəkə səhifələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
2023-cü il noyabrın 29-də Vüsal Mayılova həmin məcəllənin 126.2.4-cü və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilib, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunub, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmayıb, eləcə də, həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvarın 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.
“Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməməsi ibtidai istintaq müddətinin uzanmasına səbəb olub.
İstintaq zamanı, həmçinin Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktına görə cinayət işinin materiallarından cinayət işi ayrılaraq, hazırda istintaqı davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”- deyə məlumatda vurğulanıb.
30-03-2024, 16:42
Kəlbəcər və Ağdərədə artilleriya qurğuları aşkarlandı


Kəlbəcər və Ağdərədə artilleriya qurğuları aşkarlandı

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.
"Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir", - nazirliyin məlumatında vurğulanıb.
30-03-2024, 15:55
Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində


Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində

2024-cü il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, anbar və digər obyektlərə baxış keçirən nümayəndə heyəti burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin qonaqlar tibb məntəqəsində tibb xidmətinin təşkili ilə maraqlanıblar.
Sonra aparatın nümayəndələri hərbi qulluqçularla görüşüb, onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda mühazirələrlə çıxış ediblər.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
30-03-2024, 14:23
"Zəngəzur .Uzaq keçmişdən günümüzədək"monoqrafiyasının təqdimatı keçirilib

"Zəngəzur. Uzaq keçmişdən günümüzədək" kitabının təqdimatı keçirilib

Martın 30-da Qərbi Azərbaycan İcmasında İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” kitabının təqdimatı keçirilib.

Butov.az xəbər verir ki, təqdimat mərasimini açıq elan edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu günün hər kəs üçün tarixi gün olduğunu nəzərə çatdırıb. Hələ 1200 il əvvəl Cənubi Qafqazın ərəblər tərəfindən işğalı zamanı Zəngəzur uğrunda mübarizə getdiyini xatırladan İcma sədri deyib: “100 il bundan qabaq da Zəngəzur uğrunda mübarizə gedib. Bu gün də Zəngəzur dəhlizi uğrunda mübarizə gedir. Bu, bir daha sübut edir ki, biz bu bölgəyə xüsusi əhəmiyyət verməliyik. Bu bölgə Türk dünyasını birləşdirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən ərazidir".
Akademik Arif Həşimov kitabı ensiklopedik nəşr adlandıraraq monoqrafiyada qədim dövrlərdən günümüzədək olan dövrün əhatə edildiyini bildirib. Eyni zamanda nəşrdə işğaldan azad edilən ərazilərdə görülən bərpa işlərinin də öz əksini tapdığını bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında müəllifin ürək yanğısı ilə yaşadığı ərazinin tarixini qələmə aldığını vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova isə çıxışında kitabın bir çox dillərə tərcümə olunması, eyni zamanda, elektron formatda təqdim edilməsinin də geniş auditoriyaya çatması təklifini irəli sürüb.
Deputat, akademik Nizami Cəfərov çıxışında kitabda emosiyalar və təəssübkeşliyin kifayət qədər yüksək səviyyədə olduğunu, Zəngəzur sözünün etimologiyasının araşdırıldığını diqqətə çatdırıb.
Parlamentin Mədəniyyət komitəsinin sədri deputat Fazil Mustafa kitabın rusdilli auditoriya üçün hazırlanmasının xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.
Kitabın müəllifi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud çıxışında Zəngəzur bölgəsinin Azərbaycanın qədim tarixi mədəniyyət və dövlətçilik məskənlərindən biri olduğunu söyləyib. Zəngəzurun sovet hökumətinin qərarı ilə Ermənistana verildikdən sonra qəribçiliyə düşdüyünü bildirən müəllif qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tövsiyələrinə əsasən, Qərbi Azərbaycan torpaqlarının bizə aid olduğunu dünya ictimaiyyətinə sübut etmək üçün ölkəmizdə çoxlu elmi-tədqiqat əsərləri yazılıb. Müəllif monoqrafiyada tarixi xəritələrdən, xarici mənbələrdən götürülmüş faktların da yer aldığını diqqətə çatdırıb.

Nəzərə çatdıraq ki, kitab müəllifin Zəngəzurun tarixinin öyrənilməsinə həsr olunmuş tədqiqatları əsasında qədim və orta əsr mənbələri, eləcə də arxiv materialları əsasında yazılıb. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.
Nəşrin məqsədi XIX əsrin əvvəllərindən başlayaraq Zəngəzurda Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiya, soyqırımı və etnik təmizləmə siyasətini öyrənmək və qiymətləndirməkdir.
Müəllifin Zəngəzur bölgəsi haqqında sayca altıncı tədqiqat əsəri olan bu kitab dərin elmi axtarışların, tədqiqatların bəhrəsidir. Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın layihə və ideya rəhbəri sənətşünaslıq elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru tarix elmləri doktoru, professor Fəzail Ağamalıdır.
30-03-2024, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 31-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
29-03-2024, 23:50
Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi


Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi

Martın 29-da Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib.
Tərəflər Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunublar.
29-03-2024, 23:37
“Qalatasaray” “Qarabağ”ı mövsümün çempionu olması münasibətilə təbrik etdi


“Qalatasaray” “Qarabağ”ı mövsümün çempionu olması münasibətilə təbrik etdi

Türkiyənin “Qalatasaray” futbol klubu “Qarabağ” FK-nı Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu olması münasibətilə təbrik edib.
Bu haqda “Qalatasaray” FK “X”də paylaşım edib.
“Can Azərbaycanda çempion olan “Qarabağ” FK-nı təbrik edirik”, - deyə paylaşımda qeyd olunub.
29-03-2024, 23:13
Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub - İran KİV


Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub - KİV

Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub.
Bu barədə "Tasnim" agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
“Gündəliyə iki ölkə nümayəndələri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də daxildir”, - mənbə əlavə edib.
Nəşrin mənbəsi İranın Azərbaycandakı hazırkı səfiri Seyid Abbas Musəvinin fəaliyyət müddətinin başa çatdığını və yeni səfir təyin olunduğunu yazıb. Yeni səfirin kim olduğunu açıqlanmayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb
29-03-2024, 22:36
Belə matçlar futbolçuları daha peşəkar edir - Qurban Qurbanov


Belə matçlar futbolçuları daha peşəkar edir - Qurban Qurbanov

Belə matçlar futbolçuları daha peşəkar edir. Ölkədə gücümüzü saxlamalıyıq.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII turunun matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis Gəncə təmsilçisinə və rəqibin baş məşqçisi Adil Şükürova uğurlar arzulayıb: “Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”.
Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb: “İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalıyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.
Q.Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb: “İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.
Baş məşqçi çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb: “Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!