Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
10-06-2025, 15:02
Qazla əlaqədar yeni qanun - Aylıq sabit tariflər olacaq


Qazla əlaqədar yeni qanun - Aylıq sabit tariflər olacaq

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;
- qazın nəqli tarifləri;
- qazın saxlanması xidmətlərinin tarifləri;
- qazın paylanması tarifləri;
- istehlakçılara qazın pərakəndə satış tarifləri;
- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
- sabit tarif.

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.
Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.
10-06-2025, 14:50
Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA


Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub. Məsələylə əlaqədar sabiq nazirlə əlaqə saxlanılıb. O, hazırda xəstəxanada olduğunu təsdiqləyib.
"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".
M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
10-06-2025, 14:28
Türkiyədə 4.5 bal gücündə zəlzələ


Türkiyədə 4.5 bal gücündə zəlzələ

Türkiyənin Kütahya ərazisində 4.5 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
10-06-2025, 14:04
Prezident Gömrük Komitəsinin yeni binasının AÇILIŞINDA - FOTO


Prezident Gömrük Komitəsinin yeni binasının AÇILIŞINDA - FOTO

Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlət başçısına yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.
Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.
Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.
Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.
Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.
Dövlət başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.
Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.













10-06-2025, 13:38
Moskvada azərbaycanlıların çalışdığı bazara hücum edildi


Moskvada azərbaycanlıların çalışdığı bazara hücum edildi

Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.
İnsident iyunun 1-də Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.
Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.
Bazara silahlı hücumun və azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsinin görüntüləri ətrafdakı obyektlərin müşahidə kamerasından lentı alınıb.
Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.
“Bazara iki qardaş, Sergey və Aleksandr Qavrilovlar silahla hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım. Lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər”, - Svetlana Məmmədova bildirib.
Rusiyada yaşayan vəkil Ələkbər Qarayev Fryanovada yaşayan azərbaycanlıların ona bu videogörüntüləri göndərdiklərini söyləyib:
"Həmin videolardan görünür ki, həqiqətən də şəxs əlində "Vinçester" silahı ilə girir bazara, hətta silahı onların üstünə yönəldir. Bu silahla atəş açmaq istəyir. Bu, həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlindəyəm. Əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar bununla məşğul olsunlar. Çünki, konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar, heç kimin hüququ pozulmamalıdır".
Svetlana Məmmədova polisə baş vermiş insidentlə bağlı ərizə yazdığını bildirib:
“Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu, insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edir”.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.
10-06-2025, 13:26
İranda 9 İŞİD üzvü edam edildi


İranda 9 İŞİD üzvü edam edildi

İran 2018-ci ildə ölkə daxilində hücumlar təşkil etməkdə təqsirli bilinən İŞİD qruplaşmasının doqquz üzvünü edam edib.
Bildirilib ki, terror qruplaşmasının doqquz üzvünə dair edam hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. Onlar “İranda dinc sakinlərə qarşı terror aktları törətməyi planlaşdırırmaqda” ittiham olunub.
10-06-2025, 13:11
Hərbi Prokurorluğun idarə rəisi işdən çıxarıldı


Hərbi Prokurorluğun idarə rəisi işdən çıxarıldı

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
Bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.
10-06-2025, 13:09
Əli Əsədov Özbəkistanda - FOTO


Əli Əsədov Özbəkistanda - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.

10-06-2025, 13:09
Əli Əsədov Özbəkistanda - FOTO


Əli Əsədov Özbəkistanda - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.

10-06-2025, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!