Pakistan Taliban liderini öldürüb? .....                        Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu .....                        Tramp administrasiyası Nobel qərarından qəzəblidir .....                        İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                        Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT .....                        AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin .....                        Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA .....                        Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu .....                        Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü .....                       
Tarix : 15-09-2025, 13:12
Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik - Paşinyan


]Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik - Paşinyan

Ermənistan heç vaxt Azərbaycan ordusunu üstələyə bilməz.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən «Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025» konfransında bildirib.
O qeyd edib ki, Ermənistana ordu lazım deyil: "Ordu nə qədər güclü olursa olsun, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz".
“Biz daim deyirdik: bizə güclü ordu lazımdır. Amma bu da elə bir məqamdır ki, özümüzə sual verməliyik: “Güclü ordu” nə deməkdir? Bu, müttəfiqlərlə birgə olan ordu deməkdir, yoxsa müttəfiqsiz? Əgər müttəfiqlərlədirsə, bir sıra suallar yaranır. Əgər müttəfiqsizdirsə, yenə də suallar yaranır. İndi geriyə baxaraq anlayıram ki, anlayışları dəqiqləşdirmək həyati zərurətdir. Əsas sual isə budur: Ermənistan dövləti, Ermənistan Respublikası öz ordusu qarşısında hansı vəzifəni qoyur?”, - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir vəzifə və funksiya daşımır: “Ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsini təmin etməkdir. Burada daha bir mühüm məqam var. Ordumuz bizə həmişə birinci sədd və təhlükəsizliyin əsas dayağı kimi təqdim olunurdu. Yumşaq desək — birinci. Əslində həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü. Mən bir dəfə demişdim: biz heç vaxt düşünmədik ki, əsgərimizin çiyinlərinə nə qədər dözülməz yük yükləmişik. Təəssüf ki, sonra başa düşdük: əgər təhlükəsizliyin təmin olunmasında əsas alət yalnız ordudursa, deməli, təhlükəsizliyin yoxdur. Əgər təhlükəsizliyin əsas aləti ordudursa, bu formulu ümumiyyətlə işlətməmək daha yaxşıdır. Belə demək lazımdır: təhlükəsizlik ümumiyyətlə yoxdur. Çünki “güclü ordu” nə deməkdir? Yenidən soruşuram: kimdən güclü? Neçə potensial düşməndən? Hansı ÜDM və əhali sayına malik? Əhalisi yüz milyonlarla olan, ÜDM-i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan? Məsələ məhz vəzifənin düzgün qoyulmasındadır. Bu, elə bir haldır ki, adətən deyirik: “Axı bu aydındır. Bunu kim bilmir ki?” – Xeyr, bu, heç də aydın deyil. Daha da irəli gedərək deyirəm: ordu ikinci, üçüncü, dördüncü, beşinci təhlükəsizlik aləti də olmamalıdır. Ordu ən sonuncu olmalıdır. İş elə qurulmalıdır ki, ordu 15-ci, 20-ci, 50-ci, 100-cü yerdə olsun. Bu, ordunun rolunun kiçildilməsi demək deyil”.
Paşinyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq: “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”,.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!