13-06-2025, 22:44
Xamenei xalqa müraciət etdi - Əsas mesajlarİran ordusu “bütün gücü ilə” İsrailə hücum edəcək və onu “məhv edəcək”.
Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində deyib.
"İranın silahlı qüvvələri var güclə hərəkət edəcək və alçaq sionist rejimini məhv edəcək. Sionist rejim bu cinayətdən sağ-salamat xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu məsələdə heç bir güzəşt olmayacaq", - Xamenei deyib.
Xamenei xalqa müraciətində İsrailin İrana hücumlarını da cinayət kimi qiymətləndirib və yəhudi dövlətinin “acı və dəhşətli taleyi”ni proqnozlaşdırıb.
13-06-2025, 22:33
İrandan İsrailə CAVAB HÜCUMU İran İsrailə yüzlərlə ballistik raket buraxıb.
Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.
Məlumata görə, İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.
"İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", - deyə İran televiziyası bildirib.
13-06-2025, 22:26
Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİBİsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyinə işarə edib.
***
21:25
Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Rusiya prezidenti Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.
13-06-2025, 21:21
Daha bir SEPAH komandanı öldüİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir komandiri İsrailin hücumlarında ölüb.
SEPAH Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə komandanı general Davud Şeyxian ölüb.
Xəbər bir neçə saat əvvəl Korpusa yaxın mənbələr tərəfindən rəsmən təsdiqlənib.
13-06-2025, 21:06
İsrail Fordonu da vurduİsrail hərbçiləri İranın Fordodakı nüvə obyekti ərazisinə zərbələr endirib.
Bu haqda Fars xəbər agentliyi məlumat yayıb.
Bildirilir, hücum Fordodakı obyektin həyətində həyata keçirilib və iki partlayış səsi eşidilib.
13-06-2025, 18:55
İran bütün uçuşları dayandırdıİranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bildirib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.
13-06-2025, 18:20
ABŞ Yaxın Şərqə qoşun göndərirABŞ İsrailin hücumundan sonra İranın mümkün cavabına hazırlamaq üçün hərbi resurslarını Yaxın Şərqə köçürür.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Thomas Hudner” gəmisini Şərqi Aralıq dənizinə göndərib.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurası ilə görüşə hazırlaşır.
ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti adətən 30 min hərbçi olsa da, keçən ilin oktyabrında əsgər sayı 43 minə çatıb.
13-06-2025, 17:38
Türkiyə 4 ölkəyə uçuşları ləğv etdiİsrailin İrana hücumundan sonra "AJet", "Pegasus" və "Türk Hava Yolları" 16 iyuna qədər bəzi uçuşları ləğv edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İran, İraq, Livan və İordaniyaya uçuşlar ləğv olunub.
13-06-2025, 16:55
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədiErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.
A.Qriqoryan “Azadlıq” radiosunun sualınını cavablandırarkən görüşün gündəliyini açıqlamayıb.
Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.
İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.
Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
13-06-2025, 16:32
İranın daha bir yüksək vəzifəli generalı öldürüldüİran İsrail hücumları nəticəsində raket proqramına nəzarət edən general Əmir Əli Hacızadənin öldürüldüyünü təsdiqləyib. Bu barədə İran KİV-ləri xəbər verir.