Prokuror hakim sevgilisini güllələdi .....                        Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı .....                        Sabiq Prezidenti üçün edam cəzası tələb olunur .....                        Dövlət xidmətinə rəis müavini təyin edildi .....                        Qusarda məktəbli qızları maşın vurdu .....                        Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb .....                        Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı .....                        Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO .....                        Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb .....                       
2-09-2025, 16:58
Putinlə Zelenski təkbətək görüşə hazır deyillər - Ərdoğan


Putinlə Zelenski təkbətək görüşə hazır deyillər - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenski ilə təmaslardan sonra onların görüşə hazır olmadıqlarını bildirib.
Ərdoğan bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıdarkən bildirib.
O deyib ki, sammit çərçivəsində Putinlə görüşdə münaqişənin “ədalətli sülh”lə bitməsi yollarını müzakirə ediblər. Türkiyə lideri Ankaranın danışıqlar yolu ilə həllin tərəfdarı olduğunu vurğulayıb.
"Danışıqların səviyyəsini tədricən yüksəltmək istədiyimiz yoldur. Sülh ümidini həll yönümlü və konkret nəticələrə çevirmək lazımdır. Bunun üçün rəhbərlik səviyyəsində bu məsələni həll etməliyik", - Ərdoğan bildirib.
O qeyd edib ki, Putinlə onun ABŞ prezidenti Donald Trampla Alyaskada keçirdiyi sammitin nəticələrini müzakirə edib və Türkiyə lideri də Zelenski ilə təmaslar zamanı onun bu məsələyə münasibətini yüksək qiymətləndirib.
Lakin Ərdoğan Rusiya və Ukrayna liderlərinin bir-birilə görüşə hazır olmağıqlarını da qeyd edib: "Onlar hələ buna hazır deyillər", - Ərdoğan hesab edir.
Tramp avqustun 15-də Alyaskada, 18-də isə Ağ Evdə keçirilən sammitdən sonra (Ukrayna prezidenti və Avropa liderləri orada iştirak edib) Zelenski ilə Putin arasında görüşə hazırlıqlara başlandığını açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Putin Zelenski ilə görüşə hazırdır, lakin bir şərtlə ki, ən yüksək səviyyədə baxılmasını tələb edən bütün məsələlər yaxşı işlənsin. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov nümayəndə heyətlərinin səviyyəsinin artırılması ilə bağlı müzakirələrdən danışıb.
Zelenski öz növbəsində bildirib ki, Ukrayna danışıqlara hazırdır, lakin Trampın iştirakı ilə üçtərəfli formata üstünlük verilir.
“Politico” yazır ki, Amerika prezidenti Putinə Zelenski ilə görüşdə iştirak etməyi təklif edib, lakin Rusiya lideri cavab verib ki, Tramp bu görüşə gəlməməlidir.
Daha sonra Tramp Putin və Zelenski arasında görüş perspektivinə şübhə ilə yanaşıb, lakin üçtərəfli sammitin baş tutacağına əminliyini ifadə edib.
Avqustun sonunda Ağ Ev Ukrayna və Rusiya prezidentlərinin münaqişəyə son qoymağa hazır olmadığını bəyan edib. Daha sonra xarici KİV Ağ Ev nümayəndəsinə istinadən xəbər verib ki, Tramp və komandası Putin və Zelenski arasında mümkün görüş üzərində işləməyə davam edir.
Ən son Rusiya tərəfi Putin və Trampın Zelenski ilə görüşün keçirilməsi ilə bağlı hələlik konkret razılığa gəlmədiyini bildirib.
2-09-2025, 16:22
“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan


“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan sülh prosesində “son nöqtəyə çatıblar”.
Bunu Türkiyə prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdiyi Çindən qayıdarkən deyib.
O bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiona müsbət təsir göstərəcək.
"İnanıram ki, inşallah, Cənubi Qafqaz çoxdan gözlənilən sülhü tapacaq. Cənab İlham Əliyevlə görüşüm zamanı mən bu ümidi onun gözlərində gördüm. Ağ Evdə sazişin imzalanması, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan əngəlləri böyük ölçüdə dəf etdilər və hər iki ölkənin lideri mənimlə görüşdə sülh yolunda son nöqtəyə çatdıqlarını bildirdilər".
Ərdoğanın sözlərinə görə, o, Çində keçirilən sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar aparıb.
Ərdoğan Əliyevin və Paşinyanın eyni mövqedə olduğunu və eyni istiqamətə baxdıqlarını gördüyünü bildirib.
Ərdoğan Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını vurğulayaraq, Əliyevin bu məsələdə daha çox arxayın olduğunu qeyd edib.
"Çox vacib olan bölgəmizdə sülhün bərqərar olması ilə quru və dəmir yolları daha da fəallaşacaq, sərhəd qapıları açılacaq, bir çox sahələrə, xüsusən də ticarətə müsbət təsir göstərəcək. Yəqin ki, region ölkələri də bu əməkdaşlıqdan müsbət təsirlənəcək. Rusiya və İran da gələcəkdə narahatlıqlarının əsassız olduğunu başa düşəcəklər”.
2-09-2025, 15:43
Putin Şahbaz Şəriflə görüşdü


Putin Şahbaz Şəriflə görüşdü

Rusiya prezidenti Vladimir Putin Çində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.
Görüşdə Putin ölkəsinin Rusiya ilə Pakistan arasında inkişaf etmiş münasibətləri yüksək qiymətləndirdiyini söyləyib.
Putin Pakistanın Rusiyanın Asiyada ənənəvi tərəfdaşı olduğunu və belə qaldığını qeyd edib.
Şahbaz Şərif isə bildirib ki, Pakistan Rusiya və Hindistan arasında möhkəm münasibətlərə hörmət edir və oxşar qarşılıqlı əlaqələr qurmaq istəyir. O, həmçinin bildirib ki, payızda ŞƏT tədbirlərində iştirak etmək üçün Rusiyaya səfər etməkdən məmnun olacaq.
2-09-2025, 15:18
Ərdoğandan Zəngəzur dəhlizi mesajı: Fikir ayrılığı yoxdur!


Ərdoğandan Zəngəzur dəhlizi mesajı: Fikir ayrılığı yoxdur!

Zəngəzur dəhlizi məsələsində fikir ayrılığı yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi bölgədə quru və dəmir yollarını hərəkətə gətirəcək: "Zəngəzur dəhlizi sülhü ilə bölgəmizdə quru və dəmir yolları hərəkətə keçəcək, sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahəyə müsbət təsir göstərəcək”.
Ərdoğanın sözlərinə görə, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
"İnanıram ki, Cənubi Qafqaz inşallah, arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan sənədlər, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və yekun mərhələyə çatıblar. Mən o vaxt Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm. Paşinyan hər iki görüşdə də eyni istiqamətdə olduğunu gördüm aktivləşdiriləcək, sərhəd qapıları açılacaq və bir çox sahələr, xüsusən də ticarətə müsbət təsir edəcək. Bizə müsbət təsir etmək təhlükəsi var. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Rusiya və İran da gələcəkdə anlayacaqlar ki, onların narahatlıqları yersizdir", - Türkiyə Preidenti bildirib.
1-09-2025, 18:23
Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb


Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib.
Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.
Qeyd edək ki, bu günlərdə Pakistanla Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.
Onu da xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
1-09-2025, 17:50
Putin Pezeşkianla görüşdü


Putin Pezeşkianla görüşdü

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla ikitərəfli görüş keçirib.
Görüş Çinin Tiencin şəhərində Putinin müvəqqəti iqamətgahında, yəni Ritz-Carlton otelində baş tutub.
ŞƏT+ sammitində hadisələr başa çatdıqdan sonra Putin görüşlərini oteldə davam etdiri. Rusiya liderini səfərdə xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Prezidentin mətbuat katibi Dmitri Peskov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, və digər rəsmilər müşayiət edirlər.
1-09-2025, 17:38
Kremldən Putin-Əliyev görüşü barədə açıqlama


Kremldən Putin-Əliyev görüşü barədə açıqlama

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində hələ də bir-biri ilə danışmayıblar.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, bu gün ayrı-ayrılıqda heç bir əlaqə olmayıb”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, hər iki lider Çində keçirilən ŞƏT sammitində iştirka edir.
1-09-2025, 15:50
ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışladı


ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışladı

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olsan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupunun ləğv edilməsi haqqında Nazirlər Şurasının qərarını alqışlayıb.
Bu barədə ATƏT-in saytında məlumat dərc olunub.
“Bu diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Hətta, onilliklərlə davam edən münaqiş və etimadsızlığa baxmayaraq. Bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, - Baş katibi Feridun Sinirlioğlu vurğulayıb.
1-09-2025, 15:41
Rusiya Lyayenin təyyarəsinə müdaxilə etdi


Rusiya Lyayenin təyyarəsinə müdaxilə etdi

Rusiya Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS sisteminə müdaxilə edib.
Məlumata görə, Lyayenin təyyarəsi Bolqarıstanın Plovdiv şəhərinin hava limanında məcburi eniş edib.
Bildirilib ki, təyyarənin pilotları Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməyə məcbur olublar.
Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta Lyayenin təyyarəsinin GPS-ə müdaxilə yolu ilə hücuma məruz qalması barədə məlumatı təsdiqləyib.
"Biz təsdiq edə bilərik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib. Bu insident sədrin cəbhəyanı dövlətlərə hazırkı səfərinin əhəmiyyətini vurğulayır, burada o, Rusiya və onun əlaltılarının gündəlik təhdidlərini öz gözləri ilə gördü", - A.Podesta bildirib.
Xatırladaq ki, Lyayen avqustun 31-də Baltik ölkələri, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstana turne çərçivəsində Bolqarıstana səfər edib.
1-09-2025, 15:32
Ukrayna Krımda rus helikopterlərini məhv etdi


Ukrayna Krımda rus helikopterlərini məhv etdi[/size]

Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiyanın iki "Mi-8" helikopterini və bir yedək gəmisini vurub.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, sıradan çıxarılan helikopterlərin təxmini dəyəri 20-30 milyon dollar təşkil edir.
Eyni zamanda, Sevastopol körfəzində Rusiya yedək gəmisi, ehtimal ki, "BUK-2190" da vurulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!