7-04-2025, 16:01
Ermənistan prezidenti Birləşmiş Ərəb Əmirliklərinə getdiErmənistan prezidenti Vaaqn Xaçaturyan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Əbu-Dabidə keçirilən illik İnvestisiya Konqresində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.
"Armenpress"in məlumatına görə, Prezident Aparatı konfransın açılışında Vaaqn Xaçaturyanın çıxış edəcəyini bildirib.
Səfər zamanı Ermənistan prezidentinin BƏƏ-nin ali rəhbərliyinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
7-04-2025, 15:30
Ukrayna Vaşinqtona nümayəndə heyəti göndərirUkrayna ABŞ-a ölkənin mineral ehtiyatlarına çıxış imkanı verəcək yeni saziş layihəsi üzrə danışıqlara başlamaq üçün gələn həftə Vaşinqtona nümayəndə heyəti göndərəcək.
Bu barədə iqtisadiyyat naziri Yuliya Svırıdenko “Associated Press”ə bildirib.
“Yeni saziş layihəsi “fond yaratmaq və ya birgə investisiya qoymaq” niyyətini təsdiqləyir”, - Sviridenko deyib.
Agentlik yazır ki, Kiyevdən ABŞ-a gedəcək nümayəndə heyətinə İqtisadiyyat, Xarici İşlər, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri daxil olacaq.
Fevral ayında tərəflər çərçivə sazişi imzalamağa hazırlaşırdılar, lakin prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında Oval kabinetdəki mübahisəli görüşdən sonra plan pozulub.
6-04-2025, 18:56
Xameneidən göstəriş - Ordu hazır vəziyyətə gətirildiİran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, İranın Ali lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələrininin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib.
6-04-2025, 18:39
ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edidiABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Marko Rubio Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verildiyini bildirib. Buna səbəb Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi olub. Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.
6-04-2025, 18:10
Qəzzada son gün: 26 ölü, 113 yaralıSon 24 saat ərzində Qəzza sektorunda daha 26 nəfər ölüb, 113 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 1335 nəfər ölüb, 3 297 nəfər yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 50 695, yaralıların sayı 115 338 nəfərə çatıb.
6-04-2025, 17:05
ABŞ-də Trampa qarşı kütləvi etirazlarABŞ-də Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb.
Bu barədə CNN məlumat yayıb.
Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər.
Məlumata görə, ölkənin 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilib.
Onlar hazırkı administrasiyanın üzvlərini tənqid edən şüarlar səsləndiriblər.
Qeyd olunub ki, etirazçıları xüsusilə prezidentin tətbiq etdiyi rüsumlar, Maskın göstərişi ilə ABŞ hökumət idarələrində aparılan ixtisarlar, Trampın Qəzza zolağındakı münaqişə və Ukraynadakı müharibə ilə bağlı siyasətləri hiddətləndirib.
6-04-2025, 17:00
İranda zəlzələİranda zəlzələ olub.
Yerli vaxtla saat 10.17-də Fars əyalətinin Lamerd şəhərində 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
6-04-2025, 16:00
Özgür Özəl yenidən CHP sədri olduTürkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
“CHP-nin 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, – məlumatda bildirilib.
6-04-2025, 13:09
Ümit Uysal CHP başqanlığına namizədlikdən çəkildi
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib.
Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib:
"Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim".
Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb:
"CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik".
Qeyd edək ki, Uysal CHP daxilində yenilənmə və demokratikləşmə çağırışları ilə önə çıxan simalardan biri kimi tanınır. Onun bu qərarı partiya daxilindəki balanslara və başqanlıq yarışına necə təsir edəcəyi maraqla gözlənilir.
6-04-2025, 11:54
İran: ABŞ ilə birbaşa danışıqlar mənasızdırRəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – nazir söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istədiyini söyləmişdi.