Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
8-10-2023, 12:22
İsrailin Baş naziri: “HƏMAS hamımızı öldürmək istəyir”


İsrailin Baş naziri: “HƏMAS hamımızı öldürmək istəyir”

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumuna görə qisas alınacağını bildirib.
Baş nazir: "Onları məhv edəcəyik, İsrail dövləti və vətəndaşlarına yaşatdıqları bu qara günün qisasını alacağıq", - deyib.
İsrailin Baş naziri Netanyahu HƏMAS-ın israilliləri öldürmək istədiyini ifadə edib: “HƏMAS hamımızı öldürmək istəyir.
Uşaqlar, analar evlərində, çarpayılarında öldürülüb. Qocaları, uşaqları, gənc qadınları qaçırıblar. Bunlar vətəndaşlarımızı, o cümlədən bayram şənliyi üçün gəzməyə çıxan uşaqları qətlə yetirən düşməndir. Baş verənlər İsraildə indiyə kimi görünməmiş hadisədir və mən bunun bir daha baş verməməsi üçün əlimdən gələni edəcəyəm. Bu qərarın arxasında bütün hökumət dayanır. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz onları məhv edəcəyik və İsrail dövlətinə və onun vətəndaşlarına yaşatdıqları bu qara günə görə güclü intiqam alacağıq”.
8-10-2023, 00:53
İsrail ərazisində xüsusi vəziyyət tətbiq edildi


İsrail ərazisində xüsusi vəziyyət tətbiq edildi

Qəzza zolağından raket hücumları və HƏMAS yaraqlılarının İsrail ərazisini işğal etməsi ilə əlaqədar bütün ölkə ərazisində xüsusi vəziyyət tətbiq edilib.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirilir.
"The Times of Israel" yazır ki, bu rejim İsrail Müdafiə Qüvvələrinin logistika komandanlığına ictimai toplantıları məhdudlaşdırmağa və müəyyən əraziləri blokadaya almağa icazə verir.
Xüsusi rejimin nə qədər davam edəcəyi açıqlanmır.
7-10-2023, 23:14
İsrailin bir sıra şəhərləri güclü raket atəşinə tutuldu


İsrailin bir sıra şəhərləri güclü raket atəşinə tutuldu

İsrailin bir sıra şəhərləri - Təl-Əviv, Bat Yam, Yavna və Rişon LeZion güclü raket atəşinə tutulub.
Bu barədə "Haaretz" qəzeti yazıb.
Məlumata görə, hücumlar nəticəsində yaşayış binalarına və digər mülki infrastruktura birbaşa zərbələr endirilir.
Nəşr bildirir, Təl-Əvivdə raket hücumu nəticəsində azı 7 israilli, Rişon-Lezionda isə 3 nəfər isə ağır yaralanıb. Bat Yam və Yavkaya hücumda ölənlərin sayı hələ dəqiqləşdirilməyib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri də öz növbəsində HƏMAS hərəkatının Qəzza zolağında bir sıra hədəflərinə cavab zərbələri endiriblər. “Reuters”in məlumatına görə, İsrail təyyarələri HƏMAS-ın Qəzza zolağında rəhbəri Yəhya Sinvarın evini bombalayıb. CNN-in məlumatına görə, HƏMAS-ın hərbi qanadı “Qəzza şəhərinin mərkəzindəki yaşayış qülləsinə vurulan zərbəyə” cavab olaraq Təl-Əvivə daha 150 raket atdığını bildirib.
Ümumilikdə İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.
İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.
7-10-2023, 20:40
Rusiya sülhməramlıları daha bir müşahidə məntəqəsini bağladı


Rusiya sülhməramlıları daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları Əsgəran bölgəsində daha bir müşahidə məntəqəsini bağlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.
Bundan əvvəl oktyabrın 5-i və 6-da Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəranda müşahidə məntəqələri bağlanıb.
7-10-2023, 19:19
Bayden İsrailin Baş naziriylə telefon danışığı apardı


Bayden İsrailin Baş naziriylə telefon danışığı apardı

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bu barədə İsrail hökuməti məlumat yayıb.
Bayden vurğulayıb ki, ABŞ İsraili və onun özünümüdafiə hüququnu dəstəkləyir. İsrailin baş nazirinin ofisi X sosial şəbəkəsində bildirib ki, Netanyahu Baydenə dəstəyə görə təşəkkür edib və bildirib ki, İsrailin “uzun və güclü kampaniyaya ehtiyacı var, İsrail qalib gələcək”.
7-10-2023, 17:43
İran HƏMAS-ı dəstəklədiyini bildirdi


İran HƏMAS-ı dəstəklədiyini bildirdi

İranın ali dini lideri Əli Xamneyinin müşaviri, general Rəhim Səfəvi Fələstinin HƏMAS hərəkatının hərəkətlərini dəstəklədiyini bildirib.
Bu barədə "Isna" agentliyi məlumat yayıb.
O, HƏMAS-ın hücumunu Əl-Əqsa Tufanı əməliyyatı adlandırıb və fələstinli döyüşçüləri bu əməliyyatın başlaması münasibətilə təbrik edib.
General İranın fələstinlilərin yanında olacağını vurğulayıb.
İranın sabiq xarici işlər naziri Cavad Zərif də fələstinliləri, eləcə də bölgədəki bütün “antisionist müqavimət hərəkatlarını” İsraildə “hərbi əməliyyata” başlaması münasibətilə təbrik edib.
7-10-2023, 16:57
Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi


Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri seçilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, o, nümayəndələrin hamısının səsini qazanıb.
7-10-2023, 16:14
İsraildə fövqəladə vəziyyət elan olundu


İsrail fövqəladə vəziyyət elan etdi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.
Nazir, həmçinin hüquq-mühafizə orqanlarına könüllülərin cəlb edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, ordu tam döyüş hazırlığındadır.
Ben-Qvir əlavə edib ki, Qəzza zolağından hücumlar başlayandan bəri ən azı 22 nəfər ölüb, 500-dən çox insan yaralanıb və daha bir neçə mülki şəxs əsir götürülüb.
7-10-2023, 14:37
HƏMAS-ın hücumu 20 nəfərin həyatına son qoydu


HƏMAS-ın hücumu 20 nəfərin həyatına son qoydu

HƏMAS hərəkatının raket hücumları nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə İsrailin Milli Xilasetmə Xidməti məlumat yayıb.
“HƏMAS-ın qəfil hücumu nəticəsində həm raket zərbələri, həm də ətrafdakı yaşayış məntəqələrinə sızan terrorçularla toqquşma nəticəsində ən azı 20 israilli həlak olub. Bu dəqiq rəqəm deyil, çünki indiki mərhələdə xilasetmə qüvvələri terrorçuların hələ də olduğu bəzi məskunlaşmış ərazilərə daxil ola bilmir”, - Xidmət bildirib.
İsrail Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tov zərərçəkənlərə kömək etmək üçün tələb oluna biləcək bütün xidmətləri xəbərdar etmək əmri verib. İdarənin hesablamalarına görə, artıq 545 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
7-10-2023, 13:59
Paşinyan Putinə zəng etdi


Paşinyan Putinə zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bir sıra məsələlər müzakirə olunub.
Paşinyan Rusiya prezidentini ad günü münasibətilə təbrik edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!