Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
6-10-2023, 15:07
Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü


Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü

Rusiyanın baş naziri Mixail Mişustin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Görüş Mirziyoyevin Moskvaya səfəri çərçivəsində baş tutub.
Görüşdə Mirziyoyev qeyd edib ki, Özbəkistan “bu çətin zamanda” Rusiya ilə əməkdaşlıq etməlidir, əməkdaşlıq yaxşı nəticələr verir.
Qeyd edək ki, Özbəkistan prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulur.
5-10-2023, 21:54
Hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil - Makron


Hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil - Makron

Azərbaycana qarşı sanksiyalar əks nəticə verəcək, Bakı ilə işləmək lazımdır.
Bunu Fransa prezidenti Emmanuel Makron İspaniyanın Qranada şəhərində keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib.
"Onlar imkan verməyəcəklər ki, Ermənistanın ərazisi və əhalisi daha yaxşı müdafiə olunsun. Zaman Fransanın elan etdiyi kimi aydınlıq və tələbkarlıq, dəstək, o cümlədən hərbi dəstək zamanıdır, amma sanksiya vaxtı deyil. Çünki Azərbaycanla dialoqu davam etdirmək lazımdır. ", - Makron qeyd edib.
5-10-2023, 19:28
Putin sülhməramlılardan danışdı


Putin sülhməramlılardan danışdı

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.
Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi.
"Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur, Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.
5-10-2023, 18:50
Vardanyan Rusiya vətəndaşlığından imtina edib - Putin


Vardanyan Rusiya vətəndaşlığından imtina edib - Putin

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.
Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
Putin separatçıların keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.
5-10-2023, 16:15
Abdullahian: “Qafqazdakı gərginlik sülhün bərpası ilə əvəzlənməlidir”


Abdullahian: “Qafqazdakı gərginlik sülhün bərpası ilə əvəzlənməlidir”

“Qafqazdakı gərginlik təhlükəsizik və sülhün bərpa olunması ilə əvəzlənməlidir”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla Tehranda baş tutmuş görüşlə bağlı “X”də yazıb.
O bildirib ki, müzakirələr zamanı ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin balanslaşdırılmasının zəruriliyi qeyd olunub: “Bakı və Tehran ikitərəfli münasibətlərin fəal inkişafı ilə bağlı razılığa gəliblər”.
Qeyd edək ki, X.Xələfov dünən Tehranda H.Ə.Abdullahianla görüşüb.
5-10-2023, 16:00
Paşinyan Ukrayna prezidentiylə görüşdü


Paşinyan Ukrayna prezidentiylə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ermənistan hakimiyyətinə yaxın "bagramyan" kanalı məlumat yayıb.
Görüş İspaniyanın Qranada şəhərində keçirilib. Danışıqlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Qeyd edək ki, Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti keçirilir.
4-10-2023, 22:47
İraqın müdafiə naziri Türkiyəyə gəlir


İraqın müdafiə naziri Türkiyəyə gəlir

İraqın müdafiə naziri Sabit Məhəmməd Əl Abbasi sabah Ankaraya gələcək.
Bu barədə TRT kanalı məlumat yayıb.
Abbasi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcək.
Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
4-10-2023, 22:04
İranda məhbus dar ağacından asıldı


İranda məhbus dar ağacından asıldı

Məşhəd şəhərində yerləşən Vəkilabad
həbsxanasında daha bir məhbus dar ağacından asılıb.
Edam olunan məhbus qəsdən adam öldürməkdə ittiham edilib.
Qeyd edək ki, bir sıra ölkələrdə edam hökmü ləğv edilsə də, müasir dövrdə İranda ölüm hökmü hələ də qüvvədədir.
4-10-2023, 20:12
ABŞ İrandan müsadirə etdiyi silahları Ukraynaya verir


ABŞ İrandan müsadirə etdiyi silahları Ukraynaya verir

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya təhvil verməyi planlaşdırır.
Bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika komandanlığı qərarı bu həftə açıqlayacaq.
CNN qeyd edir ki, BMT müsadirə edilmiş silahların məhv edilməsini və ya saxlanmasını tələb edir, ABŞ prezidenti Co Baydenin administrasiyası isə silahları Ukrayna hərbçilərinə göndərməyə çalışır. Hazırda silahlar ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının obyektlərində saxlanılır.
2023-cü ilin yanvarında ABŞ ordusu İrandan Yəmənə göndərilən silahları müsadirə edib.
Bu silahlara 3 min avtomat, 578 min patron və 23 tank əleyhinə idarə olunan raket daxildir.
4-10-2023, 17:39
Paşinyan hansı halda istefa verəcəyini açıqladı


Paşinyan hansı halda istefa verəcəyini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
Baş nazir ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə istefa verə biləcəyini vurğulayıb.
"Analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - Paşinyan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!