İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
9-10-2025, 13:21
Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski


Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski

"Ağ Evin hazırkı rəhbəri Ukraynada atəşkəsi təmin edərsə, biz prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyik".
Bunu oktyabrın 9-da jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdən qorxur, çünki onun üçün atəşkəsdən müharibəyə qayıtmaq çətindir.
"Geniş miqyaslı müharibədən atəşkəsə keçmək, sonra yenidən irimiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyət baxımından çətindir, sülh baxımından çətindir. Və hələ də əlini sıxan ölkələrə münasibətdə bu, əlbəttə ki, asan deyil", - Zelenski bildirib.
Onun sözlərinə görə, amerikalılar üçün Rusiya prezidentini real danışıqlar aparmağa məcbur etməyin bu qədər çətin olmasının səbəbləri bunlardır və buna görə də Putin hələlik müharibəni seçir.
Zelenski vurğulayıb ki, Rusiyaya təzyiqlər artarsa, müharibə bitə bilər.
Donald Tramp müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə açıq şəkildə bəyan edib.
Avqust ayında Ağ Ev ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərərək onu “sülhün prezidenti” adlandırıb.
Xatırladaq ki, bu mötəbər mükafata Ermənistan və Azərbaycan da Ağ Ev rəhbərinin namizədliyini irəli sürüb.
9-10-2025, 13:16
Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ


Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ

Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Məlumatı Misirin “Al Qahera News” telekanalı yayıb.
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə açıqlayıb ki, atəşkəs razılaşması yalnız bu axşam İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Baş nazirin ofisindən bildirilib ki, sənədin təsdiqi üçün bu gün saat 17:00-da (Bakı vaxtı ilə 20:00) Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək. Kabinetə ölkənin müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində qərar qəbul edən əsas nazirlər daxildir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb.
Tramp bəyan edib ki, “bütün girovlar çox yaxın zamanda azad ediləcək” və İsrail qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkiləcək.
Qəzza atəşkəsi ABŞ, Qətər, Misir və Türkiyənin birgə diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.
8-10-2025, 19:31
Türk Dünyası Mediatorlar Birliyi təsis edildi


Türk Dünyası Mediatorlar Birliyi təsis edildi

Türk Dünyası Mediatorlar Birliyi Ankarada təsis edilib.
Müvafiq sərəncam Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Təşəbbüs Mediasiya Şurasının təklifi və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) dəstəyi ilə irəli sürülüb.
Qurumun yaradılması Türk dövlətləri arasında mediasiya, diplomatiya və hüquqi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.
8-10-2025, 19:03
Ersin Tatar Qəbələ zirvəsindən danışdı


Ersin Tatar Qəbələ zirvəsindən danışdı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib.
Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair Lefkoşada keçirdiyi mətbuat konfransında bildirib. Şimali Kipr lideri xatırladıb ki, ŞKTC nümayəndələri son üç ildə dəfələrlə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak ediblər.
E.Tatar Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib. “Azərbaycan lideri ilə şəxsi görüşdə ŞKTC ilə yaxınlıq bir daha vurğulanıb”, - deyə dövlət başçısı bildirib.
ŞKTC Prezidenti Türk Dövlətləri Təşkilatını “birlik və həmrəyliyin təmin edilməsi yolunda güc amili” adlandırıb. “Kipr türklərinin ədalətli mübarizəsinin türk dövlətləri tərəfindən dəstəklənməsi bizim üçün dəyərlidir”, - deyə E.Tatar əminliklə ŞKTC-ni “Şərqi Aralıq dənizində Türk dünyasının qalası” adlandırıb.
Türk dövlətləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Prezident E.Tatar bildirib: “ŞKTC-nin limanları və logistika imkanları türk ölkələri üçün faydalı ola bilər. Türkiyənin dəstəyi ilə biz TDT bazarlarına məhsullarımızın ixracı həcmini artırmağa hazırıq”. O, həmçinin Şimali Kipr universitetlərində TDT ölkələrindən, xüsusən də Azərbaycandan olan tələbələrin sayının iki dəfə artaraq 10 minə çatacağına ümid etdiyini ifadə edib.
8-10-2025, 17:30
Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı


Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp Ankaradan HƏMAS-ı Fələstin münaqişəsinin həlli prosesində iştirak etməyə razı salmasını istəyib.
Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib:
"ABŞ-a səfərimiz və son telefon danışığımız zamanı prezident Trampa Fələstin məsələsinin mümkün həll yollarını müzakirə etdik. O, bizdən xüsusi olaraq HƏMAS ilə görüşməyi və onları danışıqlara razılıq verməyə inandırmağı xahiş etdi. Bu məsələ ilə bağlı dərhal tərəfdaşlarımızla əlaqə saxladıq".
O, Türkiyənin Trampın münaqişəni sülh yolu ilə həll etmək səylərini dəstəklədiyini və HƏMAS-ın mübahisəli ritorika olmadan danışıqlara hazır olduğunu bildirib.
“Hesab edirəm ki, bu, çox dəyərli addımdır”, - deyə prezident əlavə edib.
Ərdoğan həmçinin vurğulayıb ki, İsrail hələ də prosesə konstruktiv yanaşma nümayiş etdirməyib. "İsrail-Fələstin münaqişəsini iki dövlətli həll əsasında həll etməyə çalışacağıq. Bütün fələstinlilər bilir ki, Türkiyə Fələstinin maraqlarını müdafiə edir. Biz öz hüquqlarımızı müdafiə etdiyimiz kimi, Qəzzanın məzlum xalqının da hüquqlarını müdafiə edəcəyik".
Qeyd edək ki, bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlar keçirilir.
R.T.Ərdoğan deyib ki, Türkiyə Misirdə radikal HƏMAS qruplaşmasının nümayəndələri ilə İsrail arasında aparılan danışıqlarda müsbət nəticəyə ümid edir.
"HƏMAS Trampın sülh planına müsbət cavab verməklə sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi. Şarm əl-Şeyxdəki danışıqlar vacibdir. Biz yaxşı xəbər alacağımıza ümid edirik",- prezident deyib.
Türkiyə lideri vurğulayıb ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün atəşkəs lazımdır.
Ərdoğan Donald Trampın təklif etdiyi sülh planına toxunaraq, "Sülh tək qanadlı quş deyil. Sülhün bütün yükünü fələstinlilərin və HƏMAS-ın üzərinə qoymaq ədalətsiz, yanlış və real deyil. Atəşkəs və ədalətli sülh ən ağlabatan variantlardır" deyib.
O, həmçinin qeyd edib ki, bu gün ən böyük problem İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrdir.
8-10-2025, 17:22
Tramp Çikaqonu “işğal edəcək”?


Tramp Çikaqonu “işğal edəcək”?

ABŞ Prezidenti Donald Tramp ölkə gündəmini silkələyən yeni açıqlamalarla çıxış edib.
O İllinoys ştatının qubernatoru Cey Bi Pritsker və Çikaqo meri Brendon Consonun həbsini tələb edib.
Bununla yanaşı, Tramp administrasiyası Çikaqoya hərbi qüvvələrin göndərilməsinə hazırlaşır.
"Reuters" bildirir ki, ABŞ rəhbəri Çikaqo və İllinoys rəhbərliyini immiqrasiya məmurlarını qorumaqda aciz olduğunu bildirib. O, sosial şəbəkədə yazıb: “Çikaqo meri ICE zabitlərini qorumadığına görə həbs olunmalıdır! Qubernator Pritsker də!”
Məlumatlara görə, yüzlərlə Texas Milli Qvardiya hərbçisi artıq Çikaqo ətrafındakı hərbi bazada toplaşıb. Bu addım həm ştat rəhbərliyi, həm də şəhər meri tərəfindən sərt tənqid olunub. Onların sözlərinə görə, Tramp “qanunsuzluğu bəhanə edərək şəhərləri hərbiləşdirməyə çalışır”.
Tramp isə bildirib ki, məqsədi “Amerikada cinayəti dayandırmaqdır”. O, eyni zamanda, Milli Qvardiyanın Los-Anceles, Vaşinqton və Portlendə yerləşdirilməsini də müdafiə edib və bu şəhərləri “ordunun təlim meydanları” adlandırıb.
"Reuters/Ipsos" sorğusu göstərib ki, amerikalıların əksəriyyəti xarici təhlükə olmadan ordunun şəhərlərə yeridilməsinə qarşıdır.
Ekspertlərin fikrincə, Trampın bu addımı seçkiqabağı siyasi gediş sayıla bilər. Çünki son aylarda ölkədə cinayət göstəriciləri azalmaqdadır və etirazlar əsasən sülh xarakteri daşıyır.
İllinoys qubernatoru Pritsker isə prezidentin addımlarını “zorakılığı qızışdırmaq və hərbiləşməni legitimləşdirmək cəhdi” adlandırıb. Dövlət artıq bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət edib.
Hazırda federal məhkəmə Çikaqoya qoşun göndərilməsini müvəqqəti olaraq qanuni sayıb, lakin Portlend üçün eyni qərar bloklanıb.
Tramp administrasiyası isə “üsyan əleyhinə qanun”u (Insurrection Act) tətbiq etməklə istənilən məhkəmə qərarını yan keçə biləcəyini bəyan edib. Sözügedən qanun sonuncu dəfə 1992-ci ildə Los-Anceles iğtişaşları zamanı qüvvəyə minmişdi.
Beləliklə, ABŞ-da siyasi qarşıdurma daha da dərinləşir, bir tərəfdə ordunu şəhərlərə göndərmək istəyən prezident, digər tərəfdə isə bu addımı “demokratik qaydaların pozulması” kimi dəyərləndirən ştat rəhbərləri dayanır.
Müşahidəçilər xəbərdarlıq edirlər ki, Trampın “Çikaqonu qaydaya salmaq” planı faktiki olaraq ölkə daxilində yeni bir böhranın başlanğıcı ola bilər.
8-10-2025, 15:38
Paşinyan MDB görüşündən əvvəl Brüsselə gedir


Paşinyan MDB görüşündən əvvəl Brüsselə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 8-9-da Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazir “Global Gateway” adlı ikinci beynəlxalq konfransda iştirak edəcək.
Səfər çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 10-da MDB-yə üzv ölkələrin liderlərinin toplantısı keçiriləcək. Paşinyanın sammitdə iştirak edib-etməyəcəyi məlum deyil.
8-10-2025, 13:39
Kimya üzrə Nobel mükafatı bu şəxslərə verildi


Kimya üzrə Nobel mükafatı bu şəxslərə verildi

2025-ci ildə kimya üzrə Nobel mükafatı laureatları kimlərdir?
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub.
Susumu Kitavaga, Richad Robson və Omar M. Yaghi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.
2024-cü ildə kimya üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?
Xatırladaq ki, ötən il kimya üzrə Nobelə David Beyker, Demis Hassabis və Con M. Camper layiq görülüblər.
7-10-2025, 16:55
Paşinyan da Putinə zəng etdi


Paşinyan da Putinə zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və onu 73 yaşının tamam olması münasibətilə təbrik edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilib.
Ermənistanın baş naziri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Paşinyan Putinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsini qeyd edib.


7-10-2025, 16:28
Roma Papası ilk dəfə xarici səfərə çıxır - Türkiyəyə


Roma Papası ilk dəfə xarici səfərə çıxır - Türkiyəyə

Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Bu barədə Reuters Vatikana istinadən məlumat yayıb.
Bu, 1,4 milyard üzvü olan Katolik Kilsəsinin yeni liderinin İtaliyadan kənarda ilk səfəri olacaq.
Papa Leo noyabrın 27-dən 30-dək Türkiyəyə, daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livanda olacaq.
Səfər zamanı onun Yaxın Şərqdəki xristianların problemlərinə toxunacağı və bütün regionda sülhə çağıracağı gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!