Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
30-12-2022, 15:26
Fransa Ukrayna üçün yardım fondu yaradır

Fransa Ukrayna üçün yardım fondu yaradır

Fransa Ukraynaya yardım üçün 200 milyon avro məbləğində fond yaradır. Bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat verib. O bildirib ki, Fransa vəsait hesabına yerli şirkətlərdən silah və hərbi texnika alacaq. Qeyd edək ki, fransalı nazir dünən Ukraynaya səfər edib. O, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və həmkarı Oleksey Reznikovla görüşüb.
29-12-2022, 23:22
İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni

İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni

İtaliyanın baş naziri Corciya Meloni Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ölkəsinin rolundan danışıb. Meloni İtaliyanın tərəflər arasındakı razılaşma əldə olunması üçün zəmanətçi rolunu oynamağa hazır olduğunu bildirib. "İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır", - deyə İtaliya baş naziri söyləyib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 23:14
İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı

İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı

İranda Şimali Tehran universitetinin Bəsic ofisi naməlum şəxs tərəfindən yandırılıb. Tələbə Səfərbərlik İdarəsinin ətrafındakı kameralar naməlum şəxsin görüntülərini lentə alıb. Hücum edən şəxs universitetin səfərbərlik ofisinə "molotov kokteyli" atıb. Bəsic qüvvələrinin ofisinin bir hissəsi və ofisin çöl hissəsi yanıb.
29-12-2022, 22:58
Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi

Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi

Serbiyada ordunun döyüş vəziyyətinə gətirilməsi ilə bağlı qərar ləğv olunub. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç göstəriş verib. O, silahlı qüvvələrin bölmələrində döyüş vəziyyətinin ləğvi barədə tapşırıq verib. Qeyd edək ki, Kosovada vəziyyətin gərginləşməsindən sonra Serbiya ordusu döyüş vəziyyətinə gətirilmişdi.
29-12-2022, 22:52
Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb. O, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib. Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".
29-12-2022, 22:30

29-12-2022, 22:24
Zaxarova vasitəçilik missiyasından danışdı

Zaxarova vasitəçilik missiyasından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ölkəsinin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik missiyasından danışıb. Sözçü bu barədə keçirdiyi mətbuat konfransında danışıb. "Rusiya elə mövqe tutur ki, bu funksiyanı effektiv şəkildə yerinə yetirir. Rusiya ölkələr arasında dialoqun baş tutmasını təmin edir. Moskva İrəvan və Bakı arasındakı münasibətlərin normallaşması üçün fundament rolunu oynayan yüksək səviyyəli üçtərəfli danışıqlar üçün kompleks addımlar atır", - Zaxarova qeyd edib. "Əgər Ermənistan KTMT-nin köməyinə ehtiyac duyursa, Ermənistan tərəfi maraqlı olsaydı, təşkilat monitorinq missiyası göndərməyə hazır olardı", - deyə XİN rəsmisi əlavə edib.
29-12-2022, 16:05
Ermənistanda suverenliyə qarşı etirazlar cinayət əhəmiyyəti daşıyacaq

Ermənistanda suverenliyə qarşı etirazlar cinayət əhəmiyyəti daşıyacaq

Ermənistanda suverenlikdən imtina ilə bağlı çağırışlar cinayət tərkibi yaradacaq. Bununla bağlı cinayət məcəlləsinə düzəlişlər edilməsi nəzərdə tutulur. Hökumət artıq bununla bağlı təşəbbüslə çıxış edib. Bildirilib ki, suverenlik əleyhinə çağırışlar 2 aydan 3 ilədək azadlığın məhdudlaşdırılması, buna yönəlik fəaliyyət 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə, çağırışlar mətbuatda yayımlanarsa, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Məlumata görə, sözügedən düzəlişlərlə bağlı layihə artıq parlamentə göndərilib.
29-12-2022, 15:46
Azərbaycan və Ermənistana sülh yolunda hər cür yardım göstəririk - Rusiya XİN

Azərbaycan və Ermənistana sülh yolunda hər cür yardım göstəririk - Rusiya XİN

İrəvan və Bakı təmasların dinamikasını və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti” agentliyinə müsahibəsində Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayıb-imzalamayacağı və onun Qarabağın statusunu ehtiva edib-etməyəcəyi barədə suala cavabında deyib. O, məsələnin danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlanmasını məntiqli hesab edib. "Məhz onlar təmasların dinamikasını müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür köməklik göstərir”, - rusiyalı nazir bildirib.
29-12-2022, 15:33
Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - Çavuşoğlu

Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!