Erməni rəsmilərlə görüşüb nəyi müzakirə edəcəyik? - Elmar Məmmədyarov .....                        Daha bir məktəbdə "Son zəng"ə pul yığlır? - AÇIQLAMA .....                        Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü .....                        II və III ixtisas qruplarının imtahanı keçiriləcək .....                        II və III ixtisas qruplarının imtahanı keçiriləcək .....                        II və III ixtisas qruplarının imtahanı keçiriləcək .....                        Tramp Qətərdə səfərdədir .....                        ABŞ, Suriya, Türkiyə və Səudiyyə liderləri görüşdülər .....                        72 qəpiyə görə 4 min manat cərimələndi .....                       
2-02-2025, 16:50
Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb


Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb

Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “RBK-Ukraina” Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, qismən dağılmış beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Ölənlər arasında iki uşaq var.
Bundan başqa, qurumun məlumatına görə, raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. FVDX əməkdaşları 22 nəfəri xilas ediblər. Raket zərbəsi yerində axtarış işləri davam edir.
Əvvəllər yeddi nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 dron və 42 müxtəlif növ raket buraxmaqla kombinə edilmiş zərbə endirib. Poltavada raket beşmərtəbəli binaya düşüb, nəticədə bütöv bir giriş dağılıb.
2-02-2025, 16:15
Egey dənizində ardıcıl zəlzələlər


Egey dənizində ardıcıl zəlzələlər

Egey dənizində Türkiyə vaxtı ilə saat 11:37-də 3,6, saat 12:14-də 3,6, 12:26-da isə 3,5 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
2-02-2025, 15:30
NATO Baş katibindən çağırış - Müharibəyə hazırlaşın!
[hide][/hide]

NATO Baş katibindən çağırış - Müharibəyə hazırlaşın!

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
O, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.
M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.
"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - Rutte deyib.
Bir müddət əvvəl amerikalı aparıcı Taker Karlson NATO-nun aktuallığını itirdiyini bildirmişdi.
2-02-2025, 15:09
Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatdı


Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatdı

Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, çadır və yorğanlardan ibarət humanitar yardımı daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya çatıb.
“Dövlətimizin gücü və millətimizin dəstəyi ilə Fələstinin yanındayıq”, – paylaşımda bildirilib.
2-02-2025, 14:33
Türkiyə Ordusundan Suriyada yeni əməliyyat - 23 terrorçu öldürüldü


Türkiyə Ordusundan Suriyada yeni əməliyyat - 23 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
2-02-2025, 10:51
Ukraynanın danışıqlardan kənarlaşdırılması çox təhlükəlidir - Zelenski


Ukraynanın danışıqlardan kənarlaşdırılması çox təhlükəlidir - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukraynanın ABŞ-Rusiya arasındakı danışıqlardan kənarlaşdırılması “çox təhlükəlidir”.
Bu barədə Zelenski “Associated Press“ agentliyinə müsahibəsində deyib.
O, ABŞ prezidenti Donald Trampın administrasiyasının artıq Rusiya ilə müharibəyə son qoymaq üçün “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edib:
“Onların öz münasibətləri ola bilər, amma bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”.
O, öz komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin bu müzakirələrin “ümumi səviyyədə” olduğunu söyləyib. Zelenski yaxın vaxtlarda daha ətraflı razılaşmaların hazırlanması üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır.
1-02-2025, 18:30
Məşhur erməni keşiş öldürüldü


Məşhur erməni keşiş öldürüldü

Livanda erməni keşiş öldürülüb.
Bu barədə Livan Erməni Yeparxiyası məlumat yayıb.
Hadisə Bsalim şəhərində baş verib. Belə ki, erməni keşiş Anania Qujanyan öz evində öldürülüb.
Keşişin evində oğurluq zamanı öldürüldüyü bildirilir.
1-02-2025, 17:48
Pakistan sərhədində 18 əsgər öldürüldü


Pakistan sərhədində 18 əsgər öldürüldü

Pakistanın cənub-qərbində gedən döyüşlərdə 18 əsgər və 24 yaraqlı öldürülüb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, silahlılar gecə saatlarında iğtişaşların yaşandığı Bəlucistan əyalətində yollarda maneələr qurmağa cəhd ediblər.
Hücum edənlərin hansı qruplaşmaya aid olduğu məlum deyil.
İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyaləti on ildir ki, Bəluc separatçı etnik qrupların iğtişaşlarına səhnə olub və burada islamçı yaraqlılar da fəallıq göstərir.
1-02-2025, 17:15
Sudanda bazarda partlayış - 40 nəfər öldü


Sudanda bazarda partlayış - 40 nəfər öldü

Sudanın Omdurman şəhərindəki bazarda baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub.
Mənbələr partlayışın arxasında Çevik Dəstək Qüvvələrinin durduğunu bildiriblər.
Digər təfərrüatlar hələlik açıqlanmır.
Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttah əl-Bürhan ilə Çevik Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında yaranmış fikir ayrılığı səbəbindən gərginləşib.
Onlar arasındakı əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması müddəti və metodları, həmçinin baş komandan vəzifəsini peşəkar hərbçinin yoxsa seçilmiş mülki prezidentin icra etməli olması məsələləri ilə bağlıdır.
1-02-2025, 15:36
İsrail 183 fələstinli məhbusu azad etdi


İsrail 183 fələstinli məhbusu azad etdi

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib.
Daha əvvəl Fələstin yaraqlıları üç israilli girovu azad ediblər.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Hərəkat fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovları azad etməyi öhdəsinə götürüb. Üçüncü mərhələdə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!