Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
12-12-2022, 22:40
Fransa səfirliyinə “qeyri-adi hədiyyə” göndərilib


Fransa səfirliyinə “qeyri-adi hədiyyə” göndərilib

Fransanın Rusiyadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib. Bu haqda "RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, paket səfirliyə keçən həftə gəlib. Bağlamanı göndərən şəxs Krımdan olan Notariani adı ilə siyahıya salınıb. Səfirlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.
12-12-2022, 22:30
Avropa Komissiyasından Türkiyəyə yardım


Avropa Komissiyasından Türkiyəyə yardım

Avropa Komissiyası Türkiyənin şərq sərhədində nəzarəti yaxşılaşdırmaq üçün 220 milyon avro yardım göstərilməsinə razılıq verib. Bu barədə Komissiyanın saytında məlumat yerləşdirilib. Beləliklə, təşkilatın 2022-ci ildə Türkiyədəki qaçqınlara dəstəyinin ümumi məbləği 1,235 milyard avro təşkil edib. Qeyd edək ki, Avropa İttifaqı 2021-ci ildən 2023-cü ilə qədər Türkiyədəki qaçqınlara 3 milyard avro yardım ayırıb.
12-12-2022, 22:28
Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım


Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər. Bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib. Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq. "Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstəyi davam etdirməyə imkan verəcək", - Borrel bildirib. Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb.
12-12-2022, 18:36
Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi


Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. Bu gün səhər saatlarında Laçın-Şuşa yolunda təşkil olunan aksiyaya qardaş Türkiyədən reaksiya gecikməyib. Aksiya barədə danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, Rusiyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi hərbi qüvvələr tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Azərbaycan iki il bundan əvvəl parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Rusiya sülhməramlı adı ilə Qarabağa ordusunu yerləşdirməklə özünün bölgədə olduğunu göstərməyə çalışdı. Bu gün rusların iki il ərzində sülhməramlı missiyasını düzgün yerinə yetirə bilmədiklərini görürük. Hətta xəbərlər var ki, ruslar Qarabağda yaşayan emənilərə Rusiya pasportu verirlər. Bununla da belə təəssürat yaratmaq istəyirlər ki, Qarabağda etnik ruslar çoxdur. Məncə, Rusiya Ukraynada olduğu kimi, burada da referendum keçirib Qarabağı rus torpağı elan edə bilər". Cihad Yaycı hesab edir ki, Rusiyanın bölgəyə yerləşməsi əslində Azərbaycanı dayandırmaq, Ermənistanı isə müdafiə etmək məqsədi daşıyır: "Ona görə də tezliklə rusların ərazidən çıxarılmasını tələb etmək lazımdır. Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir, ruslara burada ehtiyac yoxdur. Sülhməramlıların düzgün fəaliyyət göstərməməsi isə hegomon dövlət üçün utancverici haldır. Ruslar iki il bundan əvvəl razılaşdırılan ictimai asayişin təmin olunmasını Türkiyə həvala etməyib. Türklər sadəcə burada müşahidə etmək hüququna malikdir. Amma artıq buna göz yummaq olmaz. Ruslar orada istədikləri hərəkəti etdiyi halda türklər sakit durub baxmayacaq. Mütləq şəkildə tez bir zamanda Türkiyə hərbi qüvvələri də Qarabağa yerləşdirilməlidir. Eyni zamanda Rusiya ilə birlikdə Türkiyənin bərabər hüquqda fəaliyyət göstərməsi təmin olunmalıdır”.

12-12-2022, 18:31
İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama


İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani deyib ki, Moskva və Tehran arasında müdafiə sahəsində əməkdaşlıq heç bir üçüncü dövlətə, xüsusən də Kiyevə qarşı yönəlməyib. O, bunu bazar ertəsi mətbuat konfransında bildirib. Kananinin sözlərinə görə, Tehran Ukrayna münaqişəsinin tərəfi deyil və hərbi əməliyyatlarda iştirak etmir: “İran və Rusiya arasındakı əməkdaşlıq müxtəlif sahələrdə ortaq maraqlara əsaslanır və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı hər hansı üçüncü ölkə əleyhinə deyil". "Bu böhranın həlli siyasi dialoqdur, sülhü bərqərar etmək və müharibəni dayandırmaq lazımdır. Biz dəfələrlə demişik ki, bu münaqişə tərəflərinin heç birinə nə silah, nə də hərbi yardım göstərmirik", - iranlı diplomat əlavə edib. Kanani deyib ki, İrana qarşı iddialar siyasi motivlidir və müharibənin bir tərəfinə silah göndərən ölkələr tərəfindən irəli sürülür. Qərb ölkələri isə bildirir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran bu cür ittihamları dəfələrlə rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Rusiya Federasiyasını pilotsuz təyyarələrlə təmin edib, lakin bnu, Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış baş verib. İranın xarici işlər naziri Rusiyaya raketlərin tədarükü ilə bağlı məlumatı “tamamilə yalan” adlandırıb. Avropa İttifaqı Tehrana qarşı sanksiyalar tətbiq edib. İran da cavab olaraq Avropa Birliyinə qarşı sanksiyalarını genişləndirib.
12-12-2022, 18:25
Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı


Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı

“Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq”. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. “Daxildəki neft istehsalımızı gələn il 100 min barelə çatdırmağı hədəfləyirik. Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq. Heç kimin köməyinə ehtiyac duymadan kəşfiyyat-axtarış işlərini özümüz gördük”, - Ərdoğan deyib. O, bundan sonra da ölkənin iqtisadi inkişafı üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
12-12-2022, 18:23
Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski


Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski

Rusiyanın raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50 faizi məhv edilib. Bu barədə Prezident Vladimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefon söhbətində deyib. Ukraynanın dövlət başçısı, həmçinin ölkənin enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusilə vurğulayaraq bu sahədə əməkdaşlığın dərinləşəcəyinə ümidini ifadə edib. O, eyni zamanda Cozef Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb. Qeyd edək ki, Cozef Bayden bir müddət öncə Ukrayna prezidenti ilə telefon danışığında ABŞ-ın Kiyevə iqtisadi və humanitar yardım göstərmək, həmçinin ona təhlükəsizlik sahəsində kömək etmək öhdəliyini bir daha təsdiqləyib.
12-12-2022, 18:19
Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı


Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı

Bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmini baxımından bir-birinə lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 12-də İrəvandakı çıxışı zamanı deyib. O, Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyasını xatırladıb. "Mən həmişə bu ideyanı dəstəkləmişəm. Lakin platformadan ilk növbədə regionda nifrət sözünün kökünü kəsmək üçün istifadə etməliyik. Ölkələrin liderləri nifrətin qızışdırılmasının qarşısını almaq üçün əməkdaşlığa razı olduqlarını rəsmən bəyan etməlidirlər”, - Baş nazir deyib. Paşinyan sonda Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərini çox vacib adlandırıb.
12-12-2022, 17:56
Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı


Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: "Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq", - Türkiyə prezidenti deyib. “Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, - deyə Ərdoğan əlavə edib.
12-12-2022, 17:29
Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi


Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır. Paşinyanın sözlərinə görə, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə söylənilən yumşaq nitqi tərəflər arasında atmosferin yaxşılaşdırılması üçün mühüm element hesab edir. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq kimlərinsə “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib. Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır. Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib. "İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm - Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda "nifrət nitqi"ni istisna etmək üçün istifadə edilməlidir", - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!