Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
16-06-2025, 21:47
İranın iki qırıcısı belə məhv edildi


İranın iki qırıcısı belə məhv edildi

İsrail Ordusu İranın iki döyüş təyyarəsini vurub.
İsrail zərbənin görüntülərini paylaşıb.
Yayımlanan videoda ABŞ istehsalı olan F-14 "Tomcat" qırıcısının vurulma anı əks olunub.
16-06-2025, 21:36
Trampdan İranın danışıqlar təklifinə reaksiya


Trampdan İranın danışıqlar təklifinə reaksiya

“İran danışıqlarda maraqlıdır. Lakin Tehran belə bir təşəbbüslə daha əvvəl çıxış etməli idi.”
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Mən vasitəçilərdən mesajlar almışam ki, İran danışıqlar aparmaq və gərginliyi azaltmaq istəyir. Amma bunu 60 gün bitməmiş etməli idilər. Onların 60 günü var idi və 61-ci gündə dedim ki, bizim heç bir razılaşmamız yoxdur. Onların razılaşmaya ehtiyacı var və bu, hər iki tərəf üçün ağrılıdır. Amma mən deyərdim ki, İran bu müharibədə qalib gəlmir və onlar danışıqlara indi, çox gec olmadan başlamalıdırlar. İran həqiqətən də danışıqlar aparmaq istəyirsə, indi vaxtıdır. Biz İsraili dəstəkləyirik və onlar indi yaxşı işlər görürlər.", - Tramp bildirib.
16-06-2025, 20:50
Netanyahu Xameneiyə sui-qəsdi istisna etmir


Netanyahu Xameneiyə sui-qəsdi istisna etmir

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali lideri Əli Xameneiyə sui-qəsdi istisna etmir.
Bu barədə o, ABC telekanalına müsahibəsində deyib.
Netanyahu qeyd edib ki, bu addım münaqişəni gücləndirməyəcək, əksinə onu sakitləşdirəcək.
16-06-2025, 20:10
Lazım olan hər addımı atmağa hazırıq - Ərdoğan


Lazım olan hər addımı atmağa hazırıq - Ərdoğan

Türkiyə İranla İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatik səylər göstərir.
Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:
“Cümə günündən bəri həm şəxsən, həm də xarici işlər nazirimiz qarşıdurmaları dayandırmaq üçün sıx diplomatik hərəkətlər həyata keçiririk”.
O qeyd edib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, lazım olan hər addımı atmağa hazırdır.
16-06-2025, 19:21
İran televiziyası canlı yayımda vuruldu


İran televiziyası canlı yayımda vuruldu

İsrail İranın Dövlət Televiziyasının binasını vurub.
Hücum canlı yayım zamanı baş verib.
Görüntülər teleqram kanallarında paylaşılıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Tehranın Dövlət Televiziyasının binasının və bir sıra hərbi obyektlərin də yerləşdiyi 3-cü dairənin sakinlərini dərhal öz evlərini tərk etməyə çağırıb.
16-06-2025, 18:51
Tehranda binalar boşaldılır - İsrail zərbə endirəcək


Tehranda binalar boşaldılır - İsrail zərbə endirəcək

İsrailin ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik", - İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib.
K.Penhasi vurğulayıb ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək.
İsrailin müdafiə naziri İsrael Katz isə Tehranın Dövlət Televiziyasının binasının və bir sıra hərbi obyektlərinin də yerləşdiyi 3-cü dairəsinin sakinlərini dərhal öz evlərini tərk etməyə çağırıb.
Bu xəbərdarlıqdan sonra sakinlərin təxliyəsinə başlanılıb.
Qeyd edək ki, həmin ərazidə 330 min nəfər dinc sakin yaşayır.
16-06-2025, 18:32
Britaniya kəşfiyyatına o rəhbərlik edəcək


Britaniya kəşfiyyatına o rəhbərlik edəcək

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6 ilk dəfə olaraq qadın rəhbər tərəfindən idarə ediləcək.
1999-cu ildən xidmətin tərkibində çalışan Bleys Metreveli bu ilin sonunda Sir Riçard Murun yerinə MI6-in 18-ci rəhbəri olacaq.
Hazırda texnologiya və innovasiyalar üzrə direktor vəzifəsini tutan B.Metreveli təyinatı ilə bağlı qürur duyduğunu deyib. Böyük Britaniyanın Baş naziri Kir Starmer bu təyinatı “tarixi” adlandıraraq, kəşfiyyat xidmətlərinin işinin heç vaxt bu qədər əhəmiyyətli olmadığını vurğulayıb. 47 yaşlı Metreveli hazırda MI6-in “Q” adlanan texnologiya və innovasiya departamentinə rəhbərlik edir. Bu bölmə agentlərin kimliyini gizli saxlamaq və Çin kimi rəqib dövlətlərin biometrik nəzarət sistemlərindən yayınmaq üçün yeni üsulları inkişaf etdirir.
MI6 əsasən Britaniyanın xarici təhlükəsizliyi üçün informasiya toplayır və fəaliyyətini terrorizmin qarşısını almaq, düşmən dövlətlərin fəaliyyətini pozmaq, kibertəhlükəsizliyi gücləndirmək üzərində qurur.
Qeyd edək ki, Bleys Metreveli MI6-in 116 illik tarixində qurumun rəhbəri vəzifəsinə təyin olunan ilk qadındır.
16-06-2025, 18:23
Türkiyə və Ermənistan nazir müavinləri görüşdü


Türkiyə və Ermənistan nazir müavinləri görüşdü

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ankara şəhərində görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Naziliyindən bildirilib.
Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.
16-06-2025, 17:51
Ermənistanda hərbi maşın aşdı - Yaralanan var


Ermənistanda hərbi maşın aşdı - Yaralanan var

Ermənistanın Lori rayonunda avtomobil qəzası baş verib.
Bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Müdafiə Nazirliyinə məxsus "Ural" markalı avtomobili hərəkət zolağından çıxararaq aşıb. Qəza nəticəsində sərnişin, Şirak rayon sakini 35 yaşlı T. H. yaralanıb.
Qəza ilə bağlı cinayət işi başlanıb.
16-06-2025, 17:42
İyirmiqat dünya çempionu qəzada öldü


İyirmiqat dünya çempionu qəzada öldü

Rusiyanın məşhur idmançısı Nikolay Krasnikov Rusiyanın Ufa şəhəri yaxınlığında avtomobil qəzasında dünyasını dəyişib.
Rusiya mətbuatında yer alan məlumata görə, Krasnikovun idarə etdiyi avtomobil əks istiqamətdə hərəkət edən iki yük maşını ilə toqquşub. Xilasedicilər və təcili tibbi yardım briqadaları gələnə qədər 40 yaşlı idmançı hadisə yerində keçinib.
Nikolay Krasnikov motosiklet üzrə iyirmiqat dünya çempionu olub. O, Rusiyada ən çox təltif edilmiş və titullu avtoidman idmançısı sayılırdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!