“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
16-05-2025, 17:17
Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi...


Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi...

Beynəlxalq aləmdə etimad böhranını aradan qaldırmaq üçün qlobal idarəçiliyin ədalətli arxitekturasını formalaşdırmaq lazımdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı sammitində çıxışı zamanı deyib.
Türkiyə liderinin sözlərinə görə, Avropa qitəsi bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan transformasiyaya və faydaların ölkələr arasında daha ədalətli bölüşdürülməsinə başlamalıdır.
Türkiyə dövlətinin başçısı Avropanın təhlükəsizliyinin gələcəyinin müzakirə olunduğu belə kritik bir dövrdə Aİ-nin öz müdafiə sənayesini inkişaf etdirmək səylərini məqsədəuyğun adlandırıb.
Prezident Ərdoğan Türkiyə-Aİ Gömrük İttifaqının yenilənməsinin tədarük zəncirlərinin təhlükəsizliyinə töhfə verəcəyini də qeyd edib.
Prezident Ərdoğan Şengen zonası daxilində vətəndaşların, malların, xidmətlərin və kapitalın hərəkətini məhdudlaşdıran viza təcrübələrinə yenidən baxmağa çağırıb.
Dövlət başçısı Rusiya ilə Ukrayna arasında münaqişənin həlli perspektivlərinə də toxunub.
“Prosesin həssaslığına görə tərəflər üçün ədalətli və davamlı sülhün əldə olunması son dərəcə vacibdir”.
Prezident Ərdoğan Qəzza zolağında daimi atəşkəsin və humanitar yardımın təmin edilməsi üçün bütün resursları səfərbər etməyə çağırıb.
O, Aİ-nin Qəzzada atəşkəsin yaradılmasında lazımi fəaliyyət və maraq göstərəcəyinə ümid etdiyini bildirib.
Prezident Ərdoğan Suriyadakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Ankara Aİ-nin keçmiş rejim dövründə Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların dərhal ləğvini və ölkənin bərpası üçün maliyyə dəstəyinin göstərilməsini gözləyir.
16-05-2025, 16:49
Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi


Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış fürsətdən istifadə etməyə çağırıb.
Türkiyə diplomatiyasının rəhbəri bunu İstanbuldakı Dolmabağça iqamətgahında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün açılışında deyib.
"Biz sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik", - nazir bildirib.
O qeyd edib ki, bu görüş “2022-ci ilin martından bəri tərəflər arasında ilk birbaşa yüksək səviyyəli təmasdır”.
Nazir həmçinin Türkiyənin dialoqun asanlaşdırılmasındakı aparıcı rolunu vurğulayıb və hər iki tərəfi “tarixi fürsətdən” istifadə etməyə çağırdığını təkrarlayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın sülh çağırışlarının prezidentlər Vladimir Putin və Vladimir Zelenski tərəfindən dinlənilməsini çox vacib hesab edirik.
Başa düşdüyünüz kimi, biz indi iki yol olduğu bir nöqtəyə çatmışıq. Yollardan biri bizi sülhə aparacaq bir prosesə başlayacaq, digəri isə daha böyük dağıntılara və insan tələfatına səbəb olacaq", - nazir əlavə edib.
O xatırladıb ki, Türkiyə münaqişənin lap əvvəlindən qarşı tərəfi danışıqlar masasına oturtmaq üçün aktiv səylər göstərib. Fidanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna nümayəndələrinin İstanbulda qəbulu “Ankaranın müharibəni bitirmək üçün qəti iradəsini” əks etdirir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada dərhal atəşkəs zərurəti mülki əhali arasında itkilərin davam etməsi ilə bağlıdır.
“Müharibənin insan tələfatı davam etdiyi üçün sürətli atəşkəs vacibdir”, - Hakan Fidan bildirib.
Nazir həmçinin tərəfləri liderlər arasında gələcək sammitə zəmin yarada biləcək konstruktiv yanaşmaya çağırıb.
"Növbəti mərhələ, etdiyimiz seçimlər və atdığımız addımlar vasitəsilə kollektiv şəkildə müəyyən ediləcək. Biz səmimi şəkildə inanırıq ki, sülhə konstruktiv danışıqlar yolu ilə nail olmaq olar", - deyə o, yekunlaşdırıb.
16-05-2025, 16:21
Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB


Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB

İstanbulda keçrilən Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Nümayəndə heyətlərinin görüşü iki saata yaxın daavm edib.
Görüş İstanbulun Dolmabaxça sarayında baş tutub və danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Rusiyadan olan danışıqlar qrupuna Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edib.

***

İstanbul şəhərində tarixi danışıqlar başlayıb.
Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçirilir.
Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Görüş İstanbulda yerləşən Dolmabağça sarayında baş tutur.
15-05-2025, 21:20
Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək


Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Bəli, danışıqlar mayın 16-sı başlayacaq”, - danışıqların təşkilinə yaxın mənbə müvafiq suala cavab verərkən söyləyib.
15-05-2025, 20:24
Zelenskidən danışıqlarla bağlı yeni format


Zelenskidən danışıqlarla bağlı yeni format

Ukrayna ilə bağlı danışıqlar hətta onlayn aparıla bilər.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna prezident aparatının YouTube kanalında yayımlanan mətbuat konfransında deyib.
O qeyd edib ki, media var, internet var: “Qarşılaşmaq və bütün prosesləri çətinləşdirməyə ehtiyac yoxdur”.
15-05-2025, 19:21
Marko Rubio Türkiyədə


Marko Rubio Türkiyədə

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Antalyada keçirilən görüşü çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
15-05-2025, 19:02
Zelenski Ərdoğanla bağlı paylaşım etdi


Zelenski Ərdoğanla bağlı paylaşım etdi

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib.
O, “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb.
O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik olduğunu qeyd edib.
15-05-2025, 18:18
İstanbulda Ukraynanı o təmsil edəcək - Zelenski TƏSDİQLƏDİ


İstanbulda Ukraynanı o təmsil edəcək - Zelenski TƏSDİQLƏDİ

İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçiriləcək görüşdə prezident Volodimir Zelenski iştirak etməyəcək.
Zelenski Ukrayna nümayəndə heyətini İstanbula göndərdiyini təsdiqləyib.
O, bu barədə Türkiyə prezidenti Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov olacaq.
Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyətinin atəşkəs məsələsini müzakirə etmək mandatı var.
15-05-2025, 18:03
Putinin köməkçisi: Ukrayna ilə danışıqlarda kompromisə hazırıq


Putinin köməkçisi: Ukrayna ilə danışıqlarda kompromisə hazırıq

İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən prezidentin köməkçisi Vladimir Medinski mümkün kompromislərə və onların müzakirəsinə hazır olduqlarını bildirib.
Bu barədə "RİA Novosti"nin məlumatında bildirilib.
O, həmçinin qeyd edib ki, nümayəndə heyəti işgüzar münasibət saxlayır.
Hazırda Rusiya nümayəndə heyəti İstanbul danışıqları üçün Ukrayna tərəfini gözləyir.
15-05-2025, 11:56
İstanbulda tarixi danışıqlar: Ukrayna, Rusiya və ABŞ-ı kim təmsil edir... - SİYAHI


İstanbulda tarixi danışıqlar: Ukrayna, Rusiya və ABŞ-ı kim təmsil edir... - SİYAHI

Bu gün İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçiriləcək.
Danışıqların birbaşa liderlər arasında keçiriləcəyi gözlənilsə də, Rusiya Prezidenti Vladimir Putinin dünən gecə saatlarında İstanbula getməyəcəyi məlum olub.
Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Ekspertlərin sözlərinə görə, Putinin bu qərarı onu göstərir ki, Moskva bu görüşü üç il əvvəl İstanbulda başlayan danışıqlar prosesinin davamı kimi qiymətləndirir.
Keçmiş mədəniyyət naziri Medinski həm də Putin Rusiyasının əsas ideoloqlarından biri kimi tanınır.
Nümayəndə heyətinə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Ukrayna nümayəndə heyətinə isə Prezident Volodimir Zelenski rəhbərlik edir. O, İstanbul görüşlərində iştirak etməyəcək. Görüşdən əvvəl Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
İstanbuldakı Dolmabaxça sarayında keçiriləcək danışıqlarda Ukraynanı ölkənin xarici işlər naziri Andriy Sıbiqa, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın müdafiə naziri Rustem Umerov, Ukrayna prezidentinin müşaviri İqor Yovkva və bir çox digər rəsmi şəxslər təmsil edəcək.
ABŞ Prezidenti Donald Tramp isə İstanbula gedə biləcəyini istina etməyib. "Mən getməsəm Putin gəlməyəcək dedim və haqlı idim. Lazım olsa, cümə günü İstanbula gedə bilərəm", - Ağ Ev lideri bu gün deyib. Ancaq mətbuat onun görüşlərdə iştirak etməyəcəyini yazıb.
ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Uitkoff da Türkiyəyə səfər edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!