Avropa dəstək verməyə hazırdır! .....                        ABŞ raketi Rusiyanı təşvişə saldı .....                        Bu gün Super Ay hadisəsi müşahidə olunur .....                        “Qarabağ” “Çelsi”yə uduzdu .....                        Azərbaycanlı tələbə Türkiyədə həbs edildi .....                        Ov qaydalarını pozan əcnəbilər saxlanıldı .....                        Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək .....                        Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                       
9-08-2022, 21:21
Rusiya Avropa ölkələrinə neft nəqlini dayandırdı


Rusiya Avropa ölkələrinə neft nəqlini dayandırdı

Rusiyanın dövlət neft gəmiçiliyi şirkəti "Transneft" Ukraynanın neft daşıma şirkəti "Ukrtrasnafta" ilə ödəniş problemi səbəbilə Drujba boru kəmərinin cənub hissəsi ilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlinin dayandırıldığını açıqlayıb. Bu barədə "Transneft"in sözçüsü İqor Demin bildirib. "Ukrtransnafta avqustun 4-də saat 06.10-da Drujba neft kəmərinin cənub qolundan Macarıstan, Çexiya və Slovakiyaya nəqli tamamilə dayandırıb. Bununla belə, Belarus vasitəsilə Polşa və Almaniyaya daşımalar davam edir", - Demin deyib. Ukrayna şirkətinin ödənişi 100% qabaqcadan aldıqdan sonra neft nəqli xidmətləri təklif etdiyinə diqqət çəkən Demin, "ancaq tranzit ödənişi Ukrayna ərazisindən həyata keçirilərkən pul Transneftin hesabına qaytarılıb. Qazprombank bizə bildirdi ki, Aİ qaydalarının, yəni 7-ci sanksiya paketinin qüvvəyə minməsi ilə əlaqədar ödəniş geri qaytarılıb” - deyə söyləyib.
9-08-2022, 20:57
Ərdoğan illər sonra Əsədlə danışa bilər - Putin təklif edib


Ərdoğan illər sonra Əsədlə danışa bilər - Putin təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsəd arasında telefon danışığı ola bilər. Bu barədə "Türkiye" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. İki lider sonuncu dəfə 2011-ci ildə təmas qurub. Telefon danışığı ilə bağlı müzakirələr Ərdoğanın Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra başlayıb. Görüşdən sonra Türkiyə Prezidenti jurnalistlərə bildirib ki, rusiyalı həmkarı ona Suriyadakı problemləri Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edərək "həll etmək yolunu seçməyi" təklif edib. Nəşrin məlumatına görə, Ankara hesab edir ki, Türkiyə və Suriya prezidentləri arasında şəxsi görüşün keçirilməsi hələ tezdir, ona görə də onlar telefon danışığı ilə başlaya bilərlər.
9-08-2022, 20:54
Bayden NATO-nun gözlədiyi qərarı verəcək


Bayden NATO-nun gözlədiyi qərarı verəcək

ABŞ Prezidenti Co Bayden bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmasını təsdiq edən sənədləri imzalayacaq. Bu barədə Ağ Ev məlumat yayıb. Keçən həftə ABŞ Senatı səs çoxluğu ilə dövlətlərin NATO-ya üzv olmasına razılıq verib. Həm Demokrat, həm də Respublikaçı senatorlar iki şimali Avropa ölkəsinin üzvlüyünü qətiyyətlə təsdiqləyib. NATO-nun 30 müttəfiqi ötən ay İsveç və Finlandiyanın üzvlük protokolunu imzalayıb və bütün üzv dövlətlər qərarı ratifikasiya etdikdən sonra iki ölkə təşkilata tam üzv ola biləcək.
9-08-2022, 20:43
Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi


Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi

Rusiya və Ukrayna beşinci dəfə ölən hərbçilərin cəsədlərini mübadilə ediblər. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Rusiya tərəfi mübadilə barədə məlumat verməyib. Qeyd olunur ki, Ukrayna tərəfi həlak olan hərbçilərdən 17-nin cəsədini qaytarmağa nail olub. Ukraynanın Rusiyaya nə qədər cəsəd verdiyi barədə məlumat verilmir. Bundan əvvəlki mübadilə iyulun 19-da, digər mübadilələr isə 4, 14 və 28 iyunda baş tutub.

9-08-2022, 20:29
Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama


Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyi ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsindəki hərbi aerodromda baş verən partlayışla bağlı açıqlama yayıb. Butov.az xəbər verir ki, nazirlik Saki aerodromunda saxlanma anbarında bir neçə aviasiya sursatında detonasiya baş verdiyini bildirib. Qeyd olunub ki, partlayış nəticəsində heç kəs xəsarət almayıb. Nazirlik hazırda yanğının söndürülməsinə cəhd edildiyini açıqlayıb.
9-08-2022, 20:19
Krımda hərbi aerodromda partlayış


Krımda hərbi aerodromda partlayış

Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda partlayış olub. Məlumatı UNIAN agentliyi yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarələri oradakı aviabazadan Xerson, Nikolayev və Zaporojye vilayətlərini bombalayıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib.
9-08-2022, 20:00
Zelenski Putinə görə bunu etməyə razıdır


Zelenski Putinə görə bunu etməyə razıdır

Ukrayna Prezidenti Volodimir Zelenski G20 ölkələrinin İndoneziyada keçiriləcək payız sammitinə gedə bilər. Bu barədə BBC-yə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, əslində, Zelenski sammitə onlayn qoşulmaq niyyətindədir. "Ancaq Rusiya Prezidenti Vladimir Putin iclasa gələrsə, Ukrayna nümayəndə heyəti birbaşa sammitdə iştirak imkanlarını nəzərdən keçirməli olacaq", - deyə Podolyak vurğulayıb.
8-08-2022, 22:00
İranda bir gündə minlərlə yoluxma olub


İranda bir gündə minlərlə yoluxma olub

İranda ötən sutka ərzində 3379 nəfər koronavirusa yoluxub, 54 nəfər dünyasını dəyişib. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib. İranda virusdan ölənlərin sayı 142 515 nəfərə çatıb, yoluxanların sayı 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1493 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə indiyədək 7,1 milyonda çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib. Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.
8-08-2022, 21:44
Meymunçiçəyi bu ölkəyə də çatdı


Meymunçiçəyi bu ölkəyə də çatdı

Moldovada meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb. Butov.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Qeyd edək ki, Avropada 30-dan çox ölkədə 15 minə yaxın şəxs meymunçiçəyinə yoluxub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!