Avropa dəstək verməyə hazırdır! .....                        ABŞ raketi Rusiyanı təşvişə saldı .....                        Bu gün Super Ay hadisəsi müşahidə olunur .....                        “Qarabağ” “Çelsi”yə uduzdu .....                        Azərbaycanlı tələbə Türkiyədə həbs edildi .....                        Ov qaydalarını pozan əcnəbilər saxlanıldı .....                        Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək .....                        Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                       
8-08-2022, 21:41
ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı


ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb. Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:
- HIMARS raket sistemləri üçün sursatlar
- 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi
- "Javelin" tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket
- 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi
- NASAMS zenit-raket kompleksləri üçün sursatlar
- 50 ədəd tibbi zirehli maşın
- Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular
- Tibbi avadanlıqlar və s.
8-08-2022, 21:38
Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir


Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasında iştirak etməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin BMT-də çıxış etməyi planlaşdırmır.
Qeyd edək ki, BMT Baş Assambleyası bu ilin sentyabr ayında Nyu-Yorkda keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında (BA) Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
8-08-2022, 21:33
Yaşayış binasını tankla vuran rus əsgər həbs edildi


Yaşayış binasını tankla vuran rus əsgər həbs edildi

Ukrayna məhkəməsi Rusiya ordusunun hərbi qulluqçusunu 10 il azadlıqdan məhrum edib. Bu barədə Ukraynanın daxili işlər nazirinin köməkçisi Anton Qeraşenko məlumat verib. Rusiyalı hərbçi Ukraynada çoxmərtəbəli yaşayış binasını tankla atəşə tutaraq müharibə qanunlarını pozmaqda təqsirli bilinib. Çerniqovun şimal-şərqindəki məhkəmə döyüş zamanı əsir düşən Mixail Kulikov Rusiyanın Ukraynaya müdaxiləsindən iki gün sonra, fevralın 26-da yaşayış binasını vurmaqda ittiham olunur. Ukrayna Baş Prokurorluğu bildirib ki, Kulikov məhkəmədə təqsirli olduğunu etiraf edib və əmrlərə əməl etdiyini bildirərək daha yüngül cəza istəyib. Çerniqov şəhərində vurulan yaşayış məhəlləsinin hərbi hədəf olmadığı və ya hərbi məqsədlər üçün istifadə olunmadığı bildirilib.
8-08-2022, 21:23
Rusiyanın nüvə sektoruna qarşı sanksiya planı


Rusiyanın nüvə sektoruna qarşı sanksiya planı

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları müzakirə edib. Butov.az xəbər verir ki, bu barədə Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerba bildirib. Avqustun 7-də Zelenski Rusiyanın “nüvə terroru”na daha sərt cavab verməyə çağırıb. Ukrayna tərəfi bildirir ki, avqustun 5-i və 7-də Zaporojye AES-in atəşə tutulmasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya tərəfi insidentdə Ukrayna silahlı qüvvələrini günahlandırır. Zelenskinin sözlərinə görə, Zaporojye AES-dəki vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar tətbiq etməlidir. Avropa İttifaqının Rusiya uranına və nüvə sənayesinin digər məhsullarına qarşı sanksiyalar tətbiq etmək planları barədə aprel ayında "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb. Bununla belə, nə altıncı, nə də yeddinci məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın nüvə sənayesi sanksiyalara məruz qalıb. Bu müzakirələr fonunda mart ayında uranın qiyməti rekord səviyyəyə qalxıb.
7-08-2022, 20:02
Ukrayna qarğıdalısını daşıyan ilk gəmi təyinat yerinə vaxtında çatmayıb


Ukrayna qarğıdalısını daşıyan ilk gəmi təyinat yerinə vaxtında çatmayıb

İstailbulda imzalanan “Taxıl müqaviləsi” çərçivəsində Ukrayna limanından yola çıxan ilk gəmi əvvəlcədən planlaşdırıldığı tarixdə, avqustun 7-də Livana çatmayıb. Bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb. Syerra Leone bayrağı altında üzən “Razoni” yük gəmisi avqustun 1-də 26,5 min ton qarğıdalı ilə Odessadan yola düşüb. Livanın nəqliyyat naziri Əli Hamiya gəminin statusunu dəyişdiyini bildirib. Ukraynanın Livandakı səfirliyindən "Reuters" agentliyinə bildiriblər ki, gəmi gecikib və bu gün Livana çatmayacaq. Səfirlik gəminin nə vaxt çatacağı və gecikmənin səbəbi ilə bağlı məlumat verməyib. Açıq mənbələr "Razoni"nin avqustun 7-də səhər saatlarında Türkiyə sahillərində olduğunu göstərir. "Razoni2 iyulun 22-də İstanbulda əldə olunan razılaşmaların icrası çərçivəsində toyuqlar üçün yem kimi istifadə olunacaq qarğıdalı daşıyır.
7-08-2022, 19:59
9 nəfəri ildırım vurub öldürdü


9 nəfəri ildırım vurub öldürdü

Hindistanın Madhya Pradeş əyalətinin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində 9 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, güclü yağışlarla bərabər, ölkənin bir çox şəhərləri ildırım vurub. Belə ki, Satna şəhərində işləmək üçün tarlaya gedən 3 nəfəri ildırım vuraraq öldürüb. Yenə həmin şəhərdə bir qadın ildırım vurması nəticəsində həyatını itirib.
7-08-2022, 19:57
Qəzzada tərəflər atəşkəsə razılıq verdi


Qəzzada tərəflər atəşkəsə razılıq verdi

İsrail və Fələsrin muxtariyyəti arasında Qəzzada atəşkəsin elan olunması barədə razılıq əldə olunub. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, atəşkəsin əldə olunmasına Misir vasitəçilik edib. Mənbələr atəşkəsin Bakı vaxtı ilə saat 21:00-da qüvvəyə minəcəyini bildirir. Tərəflər rəsmi olaraq atəşkəs barədə məlumat yaymayıb. Qeyd edək ki, cümə günü İsrail ordusu Qəzzadakı “İslami Cihad” təşkilatına qarşı əməliyyata başlayıb. Zərbələr nəticəsində Qəzzada 30-a yaxın şəxsin öldüyü qeyd olunur. Məlumata görə, Qəzzada qruplaşmanın yüksək rütbəli üzvü Xaled Mənsur İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

7-08-2022, 19:45
900 illik körpü yandı


900 illik körpü yandı

Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Wan'an yanğın nəticəsində çöküb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Mənbənin sözlərinə görə, yanğın əvvəlcə körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. "Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb", - Çin Mərkəzi Televiziyası bildirib. Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğına ən çox ehtimal olunan səbəb insan faktorudur: "Düşünürəm ki, bu, təbii fəlakət insan tərəfindən törədilib, körpünün su üzərində kortəbii alışması nadir haldır". Xatırladaq ki, körpü 960-1279-cu illərdə Sonq sülaləsi dövründə tikilib.
7-08-2022, 19:40
Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi


Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi

Bu gün günorta saatlarında İstanbulda Ukraynadan gələn qarğıdalı yükü olan “Polarnet” gəmisinə iki saat baxış keçirilib. Bu barədə Türkiyə Mili Müdafiə Nazirliyi məlumat yayıb. Quru yük gəmisi icazə aldıqdan sonra Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin “Derince” limanına yol alacaq. Məlumata görə, İstanbul Birgə Koordinasiya Mərkəzi yoxlamadan sonra Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərinin Bosfor boğazından keçməsinə icazə verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!