29-08-2017, 13:56
Butov.az xəbər verir ki, Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatrımız mükafatla qayıdıb.
29-08-2017, 13:26
Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Qurumun mətbuat xidmətindən Trend.az - a bildirilib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
29-08-2017, 13:17
Arıqlamanın yolları arasında gündə çoxlu miqdarda maye qəbulu, istəyə uyğun faydalı meyə-tərəvəzlərdən bol miqdarda istifadə, axşam saatlarında pəhriz tutmaq, maddələr mübadiləsini sürətləndirməyə təsirli olan idman məşqlərini nəzərə almaq lazımdır.
29-08-2017, 13:08
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-dan verilən məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:
29-08-2017, 11:59
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub.
29-08-2017, 11:47
Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu avqustun 28-də Beytül-Müqəddəsə səfər edən BMT-nin baş katibi Antonio Quterreşlə görüşərək İranın bu ölkəyə qarşı təhdidindən və onun Suriya və Livanda İsrailə qarşı apardığı fəaliyyətindən danışıb.
29-08-2017, 11:18
Butov.az xəbər verir ki, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
29-08-2017, 11:13
Butov.az xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
28-08-2017, 21:11
İllər necə tez keçir...
Ötən günə gün çatarmı calasan da günü günə?
28-08-2017, 21:01
Orxan Zeynallı: “Hər kəs öz həyatını süpürsə, Bakı gül - çiçək olar”.
Azərbaycan xalqı qədim olması ilə eyni zamanda öz mədəniyyəti ilə seçilən bir xalq olub. Tarixin müxtəlif dövrlərində müxtəlif dövlətlər bir-birlərinin əsarəti altına düşüblər. Qaynaqlardan məlumdur ki, işğala məruz qalan xalqlar “ağa”larının mədəniyyətini öyrənməklə yanaşı, eyni zamanda müəyyən qədər öz adət-ənənələrini də qorumağa hətta yaymağa müvəffəq olublar. Bu gün bir çox sahələrdə Avropaya sürətlə inteqrasiya edən Azərbaycan da, xüsusilə, orta əsrlərdə və ondan sonrakı dövrdə daha güclü dövlətlərin vassalına çevrilib(məsələn ərəblərin, monqolların, rusların). Amma bizim millətin irədəsinin bəhrəsidir ki, heç bir xalqdan mədəniyyətsizlik öyrənməyib, əksinə, mədəniyyət öyrədib.