22-08-2017, 10:44
Fevralın 26-sı... Bəli, hamımız xatırladıq: Xocalı faciəsi... O faciə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmişdi. O faciə ki, 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynindən birin itirib. Hələ mən yaralıları, əsir götürülənləri və bu günə kimi taleyi məlum olmayan girovları demirəm...
22-08-2017, 10:32
Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.
22-08-2017, 10:26
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
21-08-2017, 17:01
ABŞ alimləri bildirirlər ki, barmaqdan qan analizi heç də özünün doğrultmur. Çünki təhlil üçün lazımi qədər qan olmur. Bu da səhv nəticələrə gətirib çıxarır.
21-08-2017, 16:28
Elxan Abdullayev bu gün baş məşqçi vəzifəsindən istefa verib. İstefa ərizəsi ilə "Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.
21-08-2017, 15:57
Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa.
21-08-2017, 14:54
Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.
21-08-2017, 14:23
Şah İsmayıl Xətai - Səfəvi dövlətinin banisi, görkəmli dövlət xadimi, istedadlı sərkərdə və şairdir. 1501-ci ildən 1722-ci ilə qədər mövcud olan imperiyanın qurucusudur. Və təsadüfi deyil ki, məhz onun hakimiyyəti illərində mədəniyyət, incəsənət, memarlıq və ictimai-siyasi həyatın digər sahələri inkişaf etmişdir.
21-08-2017, 13:16
Butov.az Oxu.az - a istinadla xəbər verir ki, “Peterburq siyasəti” fondu Rusiya prezidenti Vladimir Putinin 20 ən mümkün xələfinin reytinqini tərtib edib.
21-08-2017, 13:06
Sabah Rusiyada “Ordu-2017” sərgi-forumu işə başlayacaq. Eurasia Diary “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sərgi-forumda ilk dəfə xarici mütəxəssislərə S-500 “Prometey” və “Antey-4000” zenit-raket kompleksləri nümayiş etdiriləcək. Bundan əlavə sərgiyə yenilənmiş raketlə təchiz edilmiş “Buk-M3” zenit-raket kompleksi də ilk dəfə çıxarılacaq. Hərbi ekspertlər hesab edir ki, bu komplekslər xarici alıcıların böyük marağına səbəb olacaq.
[center]