Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 27-09-2016, 19:58
Rövnəq Abdullayev Çiprasla görüşdü


SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstan Baş naziri Aleksis Çiprasla görüşü başa çatıb.

Butov.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

Onun sözlərinə görə, bir saatdan çox davam edən görüş gərgin, lakin səmimi atmosferdə keçib.

“Cənab Çipras bildirib ki, Azərbaycan və Yunanıstan iki tərədaş ölkədir, SOCAR isə rəsmi Afina tərəfindən strateji tərəfdaş kimi qəbul olunur”, - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, görüşün yekununda SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılması barədə qərar qəbul olunub: “İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin aparıcı iqtisadi müşaviri Dmitrios Lyakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın “Snam” və Avropa Komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!