Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 31-01-2019, 12:41
Həkim məsləhəti: Valideynlər uşaqlarını dispanserizasiyadan yayındırmasınlar
Dövlətimizin başçısının müvafiq sərəncamına əsasən həyata keçirilən uşaqların icbari dispanserizasiyası növbəti 5 il müddətinə qüvvədə qalacaq. Hazırda Gəncədə 4 poliklinika və 2 birləşmiş uşaq xəstəxanasında uşaqların icbari dispanserizasiyası aparılır. Bununla yanaşı, təhsil müəssisələrində səyyar tibbi briqadalar uşaqların dispanserizasiyasını təşkil edirlər. Müayinələrdə bütün ixtisas həkimləri - lor, akulist, nevropatoloq, terapevt, həkim laborantlar iştirak edir. Təhsil alan yeniyetmələr isə vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə flüroqrafiq müayinələrə cəlb olunurlar.
Gəncə Şəhər Səhiyyə İdarəsinin baş pediatoru Azerma Dadaşova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hər il dispanserizasiya nəticəsində müəyyən xəstəliklər aşkarlanır. Həmin xəstəliklər üzrə uşaqlar nəzarətə götürülür. Hər bir uşaq üzərində sağlamlaşdırıcı tədbirlər aparılır və sağaldıqdan sonra dispanser qeydiyyatından çıxarılır.
“Bunun nəticəsidir ki, ilin sonunda qeydiyyatda olan uşaqlarımızın sayı ötən illə müqayisədə nisbətən azalıb. Valideynlərə tövsiyəm odur ki, uşaqları dispanserizasiyadan yayındırmasınlar. Həm həkimlər, həm də valideynlər uşaqların dispanser müayinədən keçirilməsində məsuliyyət daşıyırlar”, – deyə Azerma Dadaşova qeyd edib.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!