Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
25-09-2025, 19:03
Ebru Gündeş boşanır


Ebru Gündeş boşanır

Türkiyəli məşhur müğənni Ebru Gündeşlə həyat yoldaşı Murat Özdemir ayrılıq qərarı alıb.
O, bu barədə instaqram hesabında yazıb.
“Böyük sevgi və qısa müddətdə başlayan evliliyimizdən zamanla yaşadığımız fikir ayrılıqlarına görə təəssüf ki, ayrılmaq qərarına gəldik. Evliliyimizi bitirsək də, hörmətimiz və dostluğumuz dəyişməz qalacaq. Bu proses boyu bizə dəstək olan və həssaslıqla yanaşan hər kəsə sonsuz təşəkkürümü bildirirəm”.
25-09-2025, 18:56
İlham Əliyev Quterreşlə görüşdü - FOTO


İlham Əliyev Quterreşlə görüşdü - FOTO

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.
Əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.




25-09-2025, 17:58
Bakıda avtobuslar gücləndirilmiş rejimdə çalışacaqlar


Bakıda avtobuslar gücləndirilmiş rejimdə çalışacaqlar

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə AYNA-dan bildirilib.
Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.
Oyunlarda çıxış edəcək idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi həyata keçirilir.
III MDB Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanlarına üz tutur. Nümayəndə heyətlərinin hava limanlarından daşınması təşkil edilmiş şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus ayrılıb.
Sentyabrın 24 və 25-də oyunlarla əlaqədar AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbirlərin keçiriləcəyi şəhərlərə rahat və təhlükəsiz şəkildə aparılıb.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb. Bu avtobuslardan 10-u bu gündən Qəbələdə başlayan oyunlar üçün iştirakçıların yarış məkanlarına çatdırılmasını təmin edir.


25-09-2025, 17:37
Güclü külək əsəcək - XƏBƏRDARLIQ


Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
25-09-2025, 15:23
Orta dəhlizin yeni geosiyasi reallıqları


Azərbaycanın strateji yüksəlişi

və Orta dəhlizin yeni geosiyasi reallıqları

Son beş ildə Cənubi Qafqazda müşahidə olunan strateji transformasiya - regionun nəqliyyat, tranzit və enerji sahəsində əməkdaşlıq coğrafiyasına çevrilmə prosesi birbaşa olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji təşəbbüslərinə, düzgün seçimlərinə, yüksəksəviyyəli diplomatiyasına və qlobal vizioner liderliyinə əsaslanır. Bu transformasiya təsadüfi deyil, əksinə, uzunmüddətli strateji planlaşdırmanın məntiqi nəticəsidir.
İlham Əliyev prezidentliyinin ilk illərindən etibarən regionun strateji potensialını üzə çıxarmaq, Azərbaycanın geosiyasi mövqeyindən maksimum dərəcədə faydalanmaq məqsədilə ardıcıl və sistemli addımlar atmışdır. Onun liderliyi altında Azərbaycan yalnız milli maraqlarını qorumaqla kifayətlənməmiş, eyni zamanda regional sabitliyin və rifahın əsas təminatçısı rolunu da öz üzərinə götürmüşdür.
Prezident İlham Əliyevin siyasəti sayəsində Cənubi Qafqaz sülh, əməkdaşlıq və sabitlik məkanına çevrilib
Bu yanaşma barədə daha əvvəl - 10 fevral 2023-cü ildə mediada dərc olunmuş "Orta dəhlizin qlobal perspektivi - Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin növbəti nümunəsi" sərlövhəli analitik məqalədə ətraflı bəhs olunmuşdu. Həmin məqalədə Orta dəhlizin yeni geosiyasi reallıq formalaşdırmaq potensialı təhlil edilmiş və Prezident İlham Əliyevin strateji baxışının geniş coğrafiyaya proyeksiya ediləcəyi qənaəti irəli sürülmüşdü. Məqalədə bu fikirlər xüsusi vurğulanırdı: "Orta dəhliz layihəsinin ideyadan cəlbedici konsepsiyaya, oradan isə real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional konteksti obyektiv təhlili, transmilli layihələrin uğurlu icrası, həmçinin təcrübəli siyasi lider intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynamış və çoxtərəfli səylərin bünövrəsini formalaşdırmışdır".
Dünyada, xüsusən də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş verən dərin geosiyasi dəyişikliklər və onların yaratdığı yeni dinamika bir daha sübut etdi ki, Prezident İlham Əliyev nüfuzlu qlobal liderlər sırasında xüsusi yer tutur. Onun siyasi cəsarəti və strateq kimi ustalığı Cənubi Qafqazın taleyini köklü surətdə dəyişdirmiş, bölgəni uzun illər müharibə təhlükəsi ilə yaşayan məkan statusundan çıxararaq sülh, əməkdaşlıq və sabitlik platformasına çevirmişdir.
Orta dəhlizin Avrasiyanın əsas tranzit arteriyasına çevrilməsi perspektivi Azərbaycanın təşəbbüslərinin geniş coğrafiyada strateji nəticələr doğurduğunu nümayiş etdirir. Bununla yanaşı, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə olunmuş razılaşmalar regionun geosiyasi koordinatlarını yenidən müəyyənləşdirərək həm regional güclər, həm də qlobal aktorlar arasında maraqların balanslaşdırılmasına imkan yaradır.
Bu proseslərdə Azərbaycan-Çin əməkdaşlığının yaratdığı imkanlar xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyevin 1994-cü ildə Çinə səfərləri zamanı imzalanmış əməkdaşlıq sənədləri və həmin ilin sentyabrında bağlanmış "Əsrin müqaviləsi" Azərbaycanın geosiyasi yüksəlişinin strateji bünövrəsini qoymuşdur. İlham Əliyev bu xətti müasir geosiyasi çağırışlara uyğun şəkildə davam etdirərək, Azərbaycanın rolunu təkcə region çərçivəsində deyil, həm də qlobal nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq mərkəzi səviyyəsinə yüksəltmişdir.
Avrasiya tranzitinin yeni ünvanı
Orta dəhliz Qazaxıstan və Xəzər dənizi (Azərbaycan limanları) üzərindən Çin yüklərinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınmasında 2021-ci ildən etibarən nəzərəçarpacaq dərəcədə sürətli artım nümayiş etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 33,258 min tona çatmışdır. Dəmir yolu, dəniz və avtomobil nəqliyyatı komponentlərinin hər biri əhəmiyyətli artım dinamikası göstərmişdir. Müstəqil təhlillər də təsdiq edir ki, 2024-cü ildə Orta dəhliz üzərindən daşımalarda 60 faizdən çox artım qeydə alınmışdır ki, bu da yük axınlarının intensivliyinin davamlı olaraq yüksəldiyini nümayiş etdirir.
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təqdim etdiyi statistik göstəricilərə əsasən, 2024-cü ildə Qazaxıstan və Azərbaycanın dəniz limanları ilə daşınan yüklərin həcmi 2023-cü illə müqayisədə 20 faiz artaraq 3,3 milyon tona yüksəlmişdir. Xüsusilə konteyner daşımalarının həcmi 176 faiz artaraq 56,5 min TEU təşkil etmiş, Çindən yola salınan konteyner qatarlarının sayı isə əvvəlki illə müqayisədə 33 dəfə artmışdır. Bu göstəricilər, həm islahatların səmərəliliyini, həm də dəhlizin artan strateji əhəmiyyətini təsdiq edir.
Mövcud dinamika göstərir ki, Orta dəhliz yalnız iqtisadi marşrut deyil, həm də əməkdaşlıq üçün yeni siyasi arxitekturanın formalaşmasına zəmin yaradır. Bu layihədə böyük güclərin və beynəlxalq qurumların iştirakı iqtisadi stimulları siyasi təminatlarla möhkəmləndirir. Azərbaycan strategiyasının əsas məqsədi məhz regionun bu perspektivdə fəal iştirakını təmin etmək olmuşdur. Bu hədəflərə nail olmaq üçün Prezident İlham Əliyev xarici sərmayələri cəlb etmiş, dəhliz üzrə çoxtərəfli danışıqlar aparmış və vaxtında atılmış infrastruktur addımları ilə Azərbaycanın tranzit gücünü əhəmiyyətli dərəcədə artırmışdır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitindən sonra Orta dəhlizin cəlbediciliyinin və strateji əhəmiyyətinin daha da gücləndiyi bir daha təsdiqlənmişdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin intensivləşməsi yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də regional nəqliyyat-logistika sisteminin formalaşmasında Bakının aparıcı mövqeyini möhkəmləndirmişdir. Orta dəhliz marşrutu, "Cənub qaz dəhlizi" və digər strateji layihələr Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirir. Prezident İlham Əliyevin təşəbbüsləri regional iqtisadi inteqrasiyanın dərinləşməsində həlledici rol oynayır. Onun siyasi iradəsi əsasında yaradılan çoxşaxəli əməkdaşlıq mexanizmləri Mərkəzi Asiya enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında alternativ imkanlar formalaşdırır.
Beləliklə, Orta dəhliz artıq sadəcə alternativ nəqliyyat marşrutu deyil, həm də regional sabitlik, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlığın əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycanın Qazaxıstan, Türkmənistan və Özbəkistanla enerji və nəqliyyat sahəsində imzaladığı razılaşmalar, Xəzər üzərindən artan tranzit həcmi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişlənmiş imkanları bu yeni mərhələnin praktiki nəticələrini nümayiş etdirir.
Azərbaycan təkcə tranzit ölkə funksiyasını yerinə yetirmir, eyni zamanda regional əməkdaşlığın memarı kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsləri yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həm də siyasi müstəvidə etimadın, dialoqun və təhlükəsizlik zəmanətlərinin gücləndirilməsinə xidmət edir.
Nəticə etibarilə 25-ci ŞƏT sammitindən sonra formalaşan yeni reallıq göstərir ki, Orta dəhliz və Azərbaycan üzərindən keçən marşrutlar artıq qlobal geosiyasi və iqtisadi gündəliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu inkişaf yalnız region dövlətləri üçün dayanıqlı iqtisadi yüksəliş perspektivləri yaratmır, həm də bütövlükdə Avrasiya məkanında sülh, təhlükəsizlik və sabitliyə töhfə verir.
Çin-Azərbaycan əlaqələri: dostluqdan strateji tərəfdaşlığa
Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə fəal inteqrasiyası və ölkənin Orta dəhliz layihəsində mərkəzi rolunun möhkəmləndirilməsi bu baxımdan xüsusi strateji əhəmiyyət kəsb edir. Çin-Azərbaycan münasibətləri son illərdə dinamik inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İkitərəfli ticarət dövriyyəsinin davamlı artımı, enerji sektorunda əməkdaşlığın genişlənməsi, həmçinin infrastruktur layihələrində Çinin iştirakının güclənməsi bu tərəfdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını təsdiq edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən diplomatiya, eləcə də Çin ilə qurduğu etimada əsaslanan münasibətlər Azərbaycanın Pekin üçün Cənubi Qafqazdakı əsas tərəfdaş mövqeyinə yüksəlməsini təmin etmişdir. Xüsusilə Prezident İlham Əliyevin 2025-ci ilin 22 aprelində Çin Xalq Respublikasına dövlət səfəri və bu çərçivədə imzalanan strateji sənədlər ikitərəfli münasibətləri yeni keyfiyyət mərhələsinə qaldırmışdır. Azərbaycan-Çin Strateji Tərəfdaşlıq Sazişi təkcə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə deyil, həm də regional inteqrasiya proseslərində Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə güclənməsinə xidmət edir.

Çin tərəfi Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Cənubi Qafqazda Bakının regional lider statusunu qəbul edir. Pekin üçün Azərbaycan balanslı, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlığın güclü iqtisadi əsasları mövcuddur: Çin Milli Neft Korporasiyası (CNPC) artıq Xəzər hövzəsində bir sıra layihələrdə iştirak edir. Bununla yanaşı, Çinin "Asia Infrastructure Investment Bank"ı Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun maliyyələşdirilməsində mühüm potensial partnyor kimi çıxış etmək imkanına malikdir.
Rəsmi məlumatlara görə, 2024-cü ildə yalnız Azərbaycan üzərindən daşınan Çin mənşəli yüklərin həcmi 4,5 milyon tona çatmışdır ki, bu da 2021-ci illə müqayisədə beşqat artım deməkdir. Bu nəticə Çinin Rusiya üzərindən keçməyən sabit və etibarlı alternativ marşruta sahib olmasını təmin edir. Azərbaycan üçün isə bu, həm strateji əhəmiyyətli tərəfdaşlığın dərinləşməsi, həm də əlavə iqtisadi gəlir mənbəyinin formalaşması baxımından mühüm nailiyyətdir.
Azərbaycan enerji bazarının şaxələndirilməsi strategiyasında Çini həm potensial iri istehlakçı, həm də investisiya mənbəyi kimi nəzərdə tutur. Bu baxımdan Bakı ilə Pekin arasında formalaşan strateji əməkdaşlıq yalnız iqtisadi sferanı deyil, bütövlükdə regional təhlükəsizlik və inteqrasiya proseslərini dəstəkləyən mühüm amillərdən biri kimi çıxış edir.
Burada xüsusi fikir verilən məqam ondan ibarətdir ki, Azərbaycan üçün qardaş türk dövlətləri ilə imzaladığı Naxçıvan Sazişi və Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması Orta dəhliz layihələrinin strateji çərçivəsini tamamlayan önəmli mərhələ olmuşdur. 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə TDT yaranmış, bugünkü formatda inteqrasiyanın əsası qoyulmuş və üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq üçün institusional baza təmin edilmişdir. Bu təşəbbüs Azərbaycanın regional inteqrasiya proseslərində liderlik rolunu və uzaqgörən diplomatik siyasətini bir daha göstərir.
6 müstəqil türk dövləti birlikdə 4,7 milyon kvadrat kilometr ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadrat kilometrdır. Türkdilli xalqların iqtisadi göstəricilərinə, o cümlədən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək, türkdilli müstəqil dövlətlər birlikdə 3,4 trilyon dollardan daha çox göstəriciyə sahibdir. Bütün bu parametrlər TDT-nin gerçək Avrasiya gücünə çevrilməsi imkanlarını göstərir. Bu perspektiv ilk olaraq Bakıdan irəli sürülmüşdür. Hazırda təşkilatın instituisonal inkişafı impulslarının mərkəzi də Azərbaycandır.
TDT vasitəsilə Azərbaycan, Orta dəhliz, Zəngəzur dəhlizi (TRIPP) və digər regional layihələrdə strateji tərəfdaşları ilə əməkdaşlığını gücləndirmiş, türk dünyasının inteqrasiyasını və regional sabitliyi təmin etmişdir. Bu əməkdaşlıq həm geosiyasi, həm də iqtisadi üstünlüklər yaradır və Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirir, həmçinin Orta dəhliz və Zəngəzur dəhlizi (TRIPP) layihələrinin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Bu istiqamətdə TDT üzv dövlətləri ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın strateji təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Zəngəzur dəhlizinin (TRIPP) yeni geosiyasi trendləri
2025-ci ilin avqustunda ABŞ-nin fəallığı və təşəbbüsləri Azərbaycan və Ermənistan arasında "Zəngəzur dəhlizi"nin açılması üçün əlverişli geosiyasi fon yaratdı. Vaşinqtonun yaxından iştirakı etibarlı təhlükəsizlik zəmanətləri sisteminin formalaşmasına imkan verir və ABŞ-nin Cənubi Qafqazda strateji mövcudluğunu dərinləşdirmək istiqamətində seçilmiş siyasət kursunu təsdiqləyir. Marşrutun inşası və idarə olunmasında ABŞ-nin iştirakı, Rusiyanın dominant mövqe uğrunda cəhdlərinin və İranın regional ambisiyalarının fonunda yeni balanslaşdırıcı element kimi çıxış edir.
Qərb analitikləri bu təşəbbüsü Cənubi Qafqazda Qərblə infrastruktur bağlantılarının möhkəmləndirilməsi, regionun qlobal iqtisadi inteqrasiyasına töhfə verən düşünülmüş addım kimi dəyərləndirirlər. Sövdələşmə Rusiya, İran, Türkiyə və Qərb aktorları arasında geosiyasi balansın yenidən kalibrasiyasına səbəb olmuşdur. Zəngəzur dəhlizinin (TRIPP) balanslaşdırıcı funksiyası xüsusilə Ermənistan üçün önəmlidir: bu, yeni iqtisadi imkanlar yaradaraq regional inteqrasiyanı təşviq edir, Rusiyadan strateji asılılığı zəiflədir və Türkiyə ilə əməkdaşlığı bərpa etməyə şərait yaradır. Nəticədə, İran və Rusiyanın ambisiyaları məhdudlaşdırılır, Avropa İttifaqı və Çin kimi aktorların regional iqtisadi layihələrdə daha fəal iştirakı üçün zəmin formalaşır. Bu proses davamlı sülhün, çoxformatlı əməkdaşlığın və bölgənin iqtisadi transformasiyasının təmin edilməsinə xidmət edir.
Zəngəzur dəhlizinin (TRIPP) bu perspektivdə reallaşması Prezident İlham Əliyevin Cənubi Qafqazın strateji dəyərini artırmaq, böyük güclərin maraqlarını tarazlaşdırmaq və münaqişə gündəliyini iqtisadi əməkdaşlıqla əvəzləmək siyasətinin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu baxımdan ABŞ administrasiyasının, o cümlədən Prezident Trampın şəxsən prosesə maraq göstərməsi, Azərbaycanın dövlət başçısının transformativ və vizioner baxışını qəbul etməsinin göstəricisidir. İlham Əliyevin sülh gündəliyini ardıcıl və güzəştsiz şəkildə irəli aparması, regionun gələcək təhlükəsizliyini təmin etməkdə göstərdiyi qətiyyət onun liderliyinin və uzaqgörənliyinin real təzahürüdür.
Müasir dövrdə Azərbaycanın tranzit və enerji mərkəzinə çevrilməsi eyni zamanda strateji ənənənin, həm də Ulu Öndər Heydər Əliyevin 1990-cı illərdə əsasını qoyduğu strateji kursun məntiqi davamıdır. 1994-cü ilin martında Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı imzalanmış dostluq və əməkdaşlıq bəyannaməsi, eləcə də hava nəqliyyatı, elm, mədəniyyət, turizm və səhiyyə sahələrində razılaşmalar Azərbaycanın Şərqlə yeni inteqrasiyasının təməlini qoydu. Elə həmin ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" isə ölkənin enerji siyasətini beynəlxalq səviyyəyə çıxardı, xarici sərmayələrin cəlb olunmasına və nəqliyyat-ixrac infrastrukturunun inkişafına zəmin yaratdı.
Prezident İlham Əliyev bu strateji xətti yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirərək, Zəngəzur dəhlizi (TRIPP) və Orta dəhliz təşəbbüslərini reallığa çevirir. Beləliklə, Azərbaycanın Avrasiya məkanında artan rolu həm bugünkü diplomatik fəaliyyətlərin, həm də Heydər Əliyevin uzaqgörən siyasətinin tarixi mirasının nəticəsidir. Bu amil nəzərə alınmadan regionla bağlı diskursun aparılması mümkün deyil.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


25-09-2025, 11:30
"Qarabağ" 5 min manat cərimələndi


"Qarabağ" 5 min manat cərimələndi

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.
Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilsin (maddə 17.7);
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" klubu 5000 manat cərimə edilsin (maddə 52.5);
20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Sabah" – "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah" klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
25-09-2025, 11:22
Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR


Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək.
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, stansiyalardan biri "Nizami" metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa "Nizami"yə keçid olacaq. “Avtovağzal” stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək.
Bəxtiyar Məmmədov qeyd edib ki, dövlət layihəsində 10 stansiya nəzərdə tutulub.
"Digər 4-ü "Xətai" stansiyasınsan sonra "Yaşıl xətt" üzrə olacaq. "Nizami" parkı yaxınlığında, NZS-ə dönən ərazidə 1 stansiya olacaq. "Nargilə" adlanan ərazidə mütləq 1 stansiyanın olması ərazinin inkişafı baxımdan önəmlidir”.
25-09-2025, 11:16
Evlərdən 12 min manatlıq qızıl oğurlandı


Evlərdən 12 min manatlıq qızıl oğurlandı

Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.
Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
25-09-2025, 11:10
“28 May”la “Nizami” arasında hərəkət yanvardan DAYANDIRILIR


“28 May”la “Nizami” arasında hərəkət yanvardan DAYANDIRILIR

“28 May”la “Nizami” stansiyaları arasında hərəkət müvəqqəti olaraq dayandırılacaq.
Bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.
O qeyd edib ki, xətlərin ayrılmasında əsas komponenti tunellərin inşa edilməsidir.
"Uzunluğu 200 metrə qədər olan tunellər inşa olunacaq. "Yaşıl xət"lə "Qırmızı xətt" sərbəst hərəkəti təmin olunacaq. Hər iki tunelin inşası zamanı “28 May”la “Nizami” arasında müvəqqəti olaraq hərəkat dayandırılacaq. Dayanma müddətinin uzun olmaması üçün “28 May”da iki ədəd yanaşma tunelinin tikintisini önə saldıq. Gələn ilin yanvar ayından başlayaeaq tunellərin inşası zamanı hərəkət dayanacaq”.
25-09-2025, 11:05
Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlandı


Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlandı

Bakının Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon sakini polisə müraciət edərək 17 min manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!