Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-07-2022, 21:48
Gürcüstanda matəm elan edildi


Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan olunub. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar verib. Qərara əsasən, iyunun 30-u ölkədə matəm olacaq. Matəmə səbəb Qudauri dağ kurortu ərazisində Daxili İşlər Nazirliyinə məxsus helikopterin qəzaya uğraması və nəticədə 8 nəfərin ölməsidir. Matəm zamanı bayraqlar endiriləcək.
29-07-2022, 21:23
Ukrayna ordusu daha bir kəndi azad etdi


Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna ordusu məlumat yayıb. Konkret olaraq hansı kəndin azad edildiyi açıqlanmayıb. Əməliyyat Donetsk istiqamətində keçirilib. Kəndin azad edilməsində 24-cü “Aydar” batalyonunun əsgərləri iştirak edib.
29-07-2022, 21:17
Ermənistan sülhün təmin edilməsində çətinliklər yaradır


Ermənistan sülhün təmin edilməsində çətinliklər yaradır

Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları var. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edərkən deyib. Nazir qeyd edib ki, Ermənistan tərəfi sülhün təmin edilməsi istiqamətində çətinliklər yaradır. XİN rəhbəri səfirə azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə də məlumat verib.
29-07-2022, 21:02
Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi


Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyəti müzakirə edib. Nazirlər texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildiriblər.
29-07-2022, 20:59
İran və Çin liderləri danışıqlar apardı


İran və Çin liderləri danışıqlar apardı

İran prezidenti İbrahim Rəisi və Çin Xalq Respublikasının sədri Si Cin Pinlə arasında telefon danışığı baş tutub. Butov.az xəbər verir ki, telefon danışığı bir saata yaxın davam edib. Liderlər beynəlxalq və regional hadisələri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar. İran prezidenti ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini bildirib.
29-07-2022, 20:55
Polşada 350 min ukraynalı işlə təmin olunub


Polşada 350 min ukraynalı işlə təmin olunub

Polşada prosedurların sadələşdirilməsi nəticəsində 358 min ukraynalı işlə təmin olunub. Bu barədə Polşanın Sosial Siyasət Nazirliyi məlumat yayıb. Fevralın 24-dən sonra Polşaya gələn Ukrayna vətəndaşları xüsusi iş icazəsi üçün müraciət etmədən işə başlaya bilərlər. Eyni zamanda ukraynalı qaçqınlara polyak dilini öyrənmə imkanları yaradılıb və məşğulluqla bağlı digər prosedurlar da sadələşdirilib.
29-07-2022, 20:55
Elə bilirdik ki, "Qarabağ" kənd klubudur...


Elə bilirdik ki, "Qarabağ" kənd klubudur...
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Qarabağ” barədə fikirlərini bildirib.
O, həmyerlisi Stanislav Çerçesovun baş məşqçisi olduğu “Ferenstvaroş”un (Macarıstan) ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olması barədə danışarkən deyib.
“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyətini təsdiq etdi.
Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar bizim komandanı silkələmişdilər (söhbət Avstriyada “Zenit”lə (Sankt-Peterburq) 2016-cı ilin iyunundakı yoxlama oyunundan gedir - red.). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, bu, kənd klubudur, amma gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram”, – deyə Koloskov bildirib.
29-07-2022, 20:50
Almaniya Ukraynaya tank körpüləri verəcək


Almaniya Ukraynaya tank körpüləri verəcək

Almaniya Ukraynaya 16 ədəd "Biber" adlı tank körpüsü verəcək. Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, bu maşınlar müvəqqəti körpülərin tikintisi və ya zədələnmiş körpülərin bərpası üçün istifadə oluna bilər. Nazirliyin açıqlamasında bildirilir ki, "Biber" sistemləri Ukrayna qoşunlarına sudan keçməyə və ya maneələrlə mübarizə aparmağa imkan verəcək. İlk altı sistem bu payızda, daha 10 sistem isə gələn il təhvil veriləcək.

29-07-2022, 20:16
Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilir

Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilir

Azərbaycan Milli Karate Federasiyası 2-4 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Karate 1 – Premyer Liqa yarışları üçün könüllü proqramı elan edir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, iki gün davam edəcək yarışlarda 80-a dək ölkədən 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. “İdman dostluqdur” şuarı ilə keçiriləcək turnirdə 100-ə yaxın beynəlxalq hakimin iştirakı nəzərdə tutulur. Yarışın əsas tərəfdaşları Dünya Karate Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Milli Karate Federasiyası və “İrəli” İctimai Birliyidir.
Qeyd edək ki, ilk dəfə Premiyer Liqa yarışları 2011-ci ildə Dünya Karate Federasiyasının təşəbbüsü ilə keçirilib. Liqa özü ilə beynəlxalq dərəcəli karateçilərin iştirak etdiyi bir sıra mötəbər yarışları birləşdirir. Yarışlar bu il Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Mərakeş, Amerika Birləşmiş Ştatlarında da keçiriləcək.
İki gün davam edəcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3oqfyyP
29-07-2022, 20:06
Konstitusiya Məhkəməsi sədrinin maaşı 3550 manat oldu


Konstitusiya Məhkəməsi sədrinin maaşı 3550 manat oldu

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!