Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
4-08-2022, 19:17
Mirzoyanın söylədiyi yalanlara ciddi diplomat inanmaz

Mirzoyanın söylədiyi yalanlara ciddi diplomat inanmaz

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda akreditə olunmuş xarici ölkə səfirləri ilə görüş keçirib və Azərbaycanın Qarabağda müvəffəqiyyətlə həyata keçirdiyi anti-terror əməliyyatından narahat olduğunu bildirib.
Görüş haqqında yayılan məlumatlardan belə anlaşılır ki, dünənki anti-terror əməliyyatının nəticələri erməni naziri elə qorxudub ki, o təlaşlı bir şəkildə xarici diplomatları toplayaraq Azərbaycan haqqında onlara şikayət edib. Lakin, Mirzoyan şikayətlə kifayətlənməyib, 10 noyabr Bəyannaməsinin müddəalarını, xüsusilə, Laçın şəhərindən yan keçən alternativ marşurutun istifadəyə verilməsi, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı ünsürlərinin paralel olaraq çıxarılması, Azərbaycanla Naxçıvanın dəmir və avtomobil yolları vasitəsilə maneəsiz əlaqələrinin yaradılması haqqında Ermənistanın götürdüyü məcburi öhdəliyi təhrif etməyə, ATƏT-in “ölmüş” minsk qrupunu yenidən “diriltməyə” çalışıb.
Hamının az qala əzbər bildiyi Ermənistanın imzaladığı kapitulyasiya aktının müddəalarının açıq şəkildə təhrif olunması çox təhlükəli tendesiyadan xəbər verir. Mirzoyanın bugünkü açıqlaması, həm də Paşinyanın 44-günlük müharibədən əvvəlki ritorikasını və davranışını xatırladır. Bununla, Ermənistan sülh danışıqlarını nəinki risk altına atır, eyni zamanda Azərbaycanın anti-terror əməliyyatlarını davam etdirməsi və Üçtərəfli Bəyannamənin bütün maddələrinin icrasını təkbaşına təmin etməsi (BMT TŞ-nın 4 qətnaməsini icra etdiyi kimi) üçün legitim əsaslar yaradır.
Bununla yanaşı, mən inanmıram ki, özünə hörmət edən hər hansı bir diplomat Mirzoyanın söylədiyi bu cür cəfəng fikirlərə inansın və ya onları ciddi qəbul etsin. Digər tərəfdən, hamı bilir ki, Ermənistan götürdüyü öhdəliyi sona qədər pozmaq və ya yerinə yetirməmək gücündə deyil.
Azərbaycan avqustun 3-də keçirdiyi anti-terror əməliyyatı ilə bir daha sübut etdi ki, Ermənistanın şıltaqlığı və “söz oyunu” ilə barışmaq fikri yoxdur və özünün suveren ərazisində qayda-qanun yaratmaq üçün hər addımı atmağa hazırdır və bundan sonra da qarşısında duran bütün vəzifələri yerinə yetirmək əzmindədir. Necə deyərlər, “Dəmir Yumruq” yerindədi.
Əminəm ki, bu reallığı həm beynəlxalq təşkilatlar, həm də Ermənistanı müdafiə edən ölkələr çox yaxşı anlayırlar.
Azay Quliyev
Milli Məclisin deputatı
4-08-2022, 18:53
Ən qəzəbli ölkələr - Ermənistan dünyada üçüncüdür


Ən qəzəbli ölkələr - Ermənistan dünyada üçüncüdür

“Gallup International” təşkilatının 100 ölkədə apardığı sorğular əsasında dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı hazırlanıb. Butov.az xəbər verir ki, hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub. Belə ki, bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər. Ermənistan ən qəzəbli ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə qarşı qəzəblidir. Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Sierra-Leone də yer alıb.
4-08-2022, 18:50
Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı


Ərdoğan Ali Hərbi Şuranın iclasını çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurası toplanıb. Butov.az xəbər verir ki, toplantıya Şura üzvlərindən vitse-prezident Fuad Oktay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli təhsil naziri Mahmut Özer, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz qatılıblar. Toplantıdan əvvəl Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura heyətinin üzvləri Anıtkabiri ziyarət edib. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
4-08-2022, 18:46
“Qarabağdakı hadisələr Zəngəzur tərəfə keçəcək” – Sabiq nazir


“Qarabağdakı hadisələr Zəngəzur tərəfə keçəcək” – Sabiq nazir

“Ermənistanın əvvəlki mövqeyində qalmaq istədiyi hamıya bəlli idi. Yəni Ermənistan köhnə siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir. Bu işğalçılıq siyasətidir. İndi bunu yeni formada həyata keçirirlər”. Bunu açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Son günlər Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyə münasibət bildirən eks-nazir hesab edir ki, bundan öncə Moskvada və Brüsseldə keçirilən görüşlər nəticəsiz yekunlaşıb: “Təbii ki, Azərbaycan vasitəçi olan dövlətdən istəyirdi ki, 2020-ci ilin 10 noyabr bəyannaməsində nəzərdə tutulan müddəalar həyata keçirilsin. Biz görürük ki, bunun nəticəsində təxribatlar silsiləsi baş verir. Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər”. Sabiq XİN başçısının sözlərinə görə, “Qisas” əməliyyatı Qarabağla bağlı əsas mövzuları yenidən gündəmə gətirib: “Birinci tələb Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və tez bir zamanda çıxarılmasıdır. İkinci tələb regionda təhlükəsizliyi təmin edən rus sülhməramlıları ilə bağlıdır. Hazırda onların nəzarəti altında olan ərazilərdə konstitusiyamıza zidd olan hərbi birləşmələr fəaliyyət göstərir. İndi bilinmir onlar ruslara yardımçıdırlar, yoxsa nədirlər? Başa düşmək olmur. Sülhməramlıların vəzifəsi 5 il ərzində sülhü təmin etməkdir. Bunu təmin etməlidirlər. Onlara imkan verməli deyillər ki, bizə qarşı təxribat törətsinlər. Burada 3-cü məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bütün bunların hamısı həll olunmalıdır. Azərbaycan zərbələri ilə həm ermənilərə, həm də bu məsələdə 3-cü tərəf kimi çıxış edən oyunçulara öz siyasi iradəsini göstərib”. “Onu da qeyd etmək lazımdır ki, hadisələr Ermənistandakı gərgin qarşıdurmaların fonunda baş vermişdi. Yəni söhbət Rusiya-Qərb qarşıdurmasından gedir. Biz görürük ki, Ermənistanı ardıcıl şəkildə yüksək səviyyəli Rusiya və Qərb siyasətçiləri ziyarət edir. Həm Ermənistan siyasi elitası, həm də ictimaiyyəti Qərbyönümlü siyasəti seçmək istəyir. Məqsədləri Rusiyadan uzaqlaşmaqdır. Rusiya da bunu görür. Zəifləyən imkanları göstərir ki, Rusiya gec, ya tez uduzacaq”,- deyə keçmiş nazir vurğulayıb. T.Zülfüqarov Zəngəzur dəhlizi layihəsinin aqibətinə də toxunaraq, proqnozlarını dilə gətirib: “Astana üçlüyünün Tehranda görüşündən sonra bəlli olub ki, Rusiyanın strateji maraqları sanksiyalar dövründə cənub istiqamətində iqtisadi fəallığı artırmaqdan ibarətdir. Bunu təmin etmək üçün həm Türkiyə, həm İran, həm də o istiqamətdə olan Fars körfəzi dövlətləri, Pakistan və Hindistanla dəmiryolu bağlantısı lazımdır. Bunu nəzərə alanda gündəmə Zəngəzur dəhlizi gəlir. Çünki məhz bu bölgədə həm İran, həm Ermənistan, həm də Türkiyə ilə dəmiryolları bağlantısı mövcuddur. Söhbət ondan gedir ki, Rusiya əgər Ermənistanı Qərbə buraxsa, bunu Zəngəzurla edəcək, yoxsa yox? Çox maraqlı məsələdir. Hesab edirəm ki, gələcək dövrdə artıq Qarabağdakı əsas siyasi hadisələr Zəngəzur tərəfə keçəcək. Əslinə qalsa, Rusiyaya Zəngəzur dəhlizi sərf edir. Bu dəhliz nəinki Rusiyaya, həm də Azərbaycan, Türkiyə və İrana sərf edir. Ancaq Ermənistan Qərbə yönəlsə, Zəngəzur dəhlizi Qərbə lazım deyil. Qərbin Rusiya ilə qarşıdurması bu cür əlaqələrə təbii ki, mənfi təsir göstərəcək. Hər halda zaman proseslərin necə olacağını göstərəcək”.
4-08-2022, 18:40
Blinken Bakı və İrəvana təklif göndərdi


Blinken Bakı və İrəvana təklif göndərdi

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Butov.az bildirir ki, ABŞ Dövlət Departamenti telefon danışığı barədə məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ikitərəfli əlaqələrlə yanaşı, Qarabağdakı vəziyyət də müzakirə olunub. Blinken Azərbaycan və Ermənistan arasında dialoqa və uzunmüddətli razılığın əldə olunmasına kömək etmək üçün səy göstərməyə hazır olduğunu qeyd edib.

4-08-2022, 18:35
Daha 150 qaziyə birdəfəlik ödəmə veriləcək


Daha 150 qaziyə birdəfəlik ödəmə veriləcək

Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: "Bu barədə hər birinə SMS göndəriləcək".
4-08-2022, 18:33
Putin Qarabağa görə Təhlükəsizlik Şurasını topladı


Putin Qarabağa görə Təhlükəsizlik Şurasını topladı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. “İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib. Bundan əlavə, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-nə planlaşdırılan Rusiya səfəri müzakirə olunub.
4-08-2022, 18:05
İslam oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı


İslam oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı

Türkiyənin Konya şəhərində keçiriləcək V islam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib. Butov.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, aşağıdakı idmançılar Konyada Azərbaycanı təmsil edəcək:

Ağır atletika
1) Anastasiya Moum
2) Nazilə İsmayılova
3) Kamran İsmayılov
4) İsa Rüstəmov
5) Dadaş Dadaşbəyli
6) Əli Şükürlu
7) Füqan Əliyev
8) Paşa İbrahimli
9) Tehran Məmmədov
10) Elnurə Abbasova

Atıcılıq

1) Tamerlan Məmmədov
2) Cavid Həsənov
3) Alina Rəfixanova
4) Aydan Babayeva
5) Aydan Camalova
6) Ramil Rüstəmzadə
7) Əli Hüseynli
8) Sevda Nəcəfova
9) Regina Meftahətdinova
10) Nurlana Cəfərova
11) Fuad Qurbanov
12) Niyaz Ağazadə

Atletika


1) Nazim Babayev
2) Aleksis Kapello
3) Anna Skidan
4) Əlhəm Nağıyev
5) Yelena Pextireva
6) Yekaterina Sarıyeva

Basketbol (3x3) (qadınlar)

1) Renara Hayes
2) Tatyana Deniskina
3) Ulyana Dina
4) Aleksandra Mollenhoyer

Basketbol (3x3) (kişilər)

1) Orxan Hacıyev
2) Zaur Paşayev
3) Endər Poladxanlı
4) Amil Həmzəyev

Cüdo

1) Könül Əliyeva
2) Nərgiz Hacıyeva
3) Günel Həsənli
4) Telman Vəliyev
5) Südabə Ağayeva
6) Səbinə Əliyeva
7) Gültac Məmmədəliyeva
8) Leyla Əliyeva
9) İmran Yusifov
10) Elmar Qasımov
11) Zelim Tckayev
12) Nəriman Mirzəyev
13) İbrahim Əliyev
14) Balabəy Ağayev

Futbol

1) Rəhman Hacıyev
2) Ozan Can Kökçü
3) Bəxtiyar Həsənəlizadə
4) Rüstəm Əhmədzadə
5) Bəhlul Mustafazadə
6) Abdulla Rzayev
7) Samir Məhərrəmli
8) Camal Cəfərov
9) Veysəl Rzayev
10) Rüstəm Samiqullin
11) Şakir Seyidov
12) Samir Abdullayev
13) Amin Ramazanov
14) Musa Qurbanlı
15) Rauf Hüseynli
16) Nihad Quliyev
17) Cəlal Hüseynov
18) Nicat Mehbaliyev
19) Tural Bayramov
20) Elvin Cəfərquliyev
21) Fərid Yusifli
22) Səbuhi Abdullazadə
23) Rüfət Abdullazadə

Güləş

1) Elis Manolova
2) Sabah Şəriəti
3) Arif Niftullayev
4) Məhəmməd Əhmədiyev
5) Rafiq Hüseynov
6) Sənan Süleymanov
7) Ülvü Qənizadə
8) Həsrət Cəfərov
9) Taleh Məmmədov
10) Murad Məmmədov
11) Eldəniz Əzizli
12) Rahid Həmidli
13) İslam İlyasov
14) Osman Nurməhəmmədov
15) Abubakr Abakarov
16) Hacımurad Ömərov
17) Turan Bayramov
18) Əsgər Məmmədəliyev
19) Hacı Əliyev
20) İslam Bazarqanov
21) Əliabbas Rzazadə
22) Tetiana Omelçenko
23) Gözəl Zutova
24) Jalə Əliyeva
25) Alyona Kolesnik
26) Elnurə Məmmədova
27) Leyla Qurbanova
28) Mariya Stadnik

Gimnastika

İdman gimnastikası

1) Mənsum Səfərov
2) Nikita Simonov
3) İvan Tixonov
4) Milana Minakovskaya
5) Samirə Qəhrəmanova

Aerobika

1) Xoşqədəm Quliyeva
2) Mədinə Mustafayeva
3) Vladimir Dolmatov

Bədii gimnastika

1) Dərya Sorokina
2) Zöhrə Ağamirova
3) İlona Zeynalova
4) Kamilə Əliyeva
5) Ləman Əlimuradova
6) Güllü Ağalarzadə
7) Yelizaveta Luzan
8) Zeynəb Hümmətova
9) Alina Gözəlova

Həndbol (qadınlar)

1) Milica Qarbavcevic
2) Milana Rzayeva
3) İrina Mixalkoviç
4) Yelizaveta Səlimova
5) Sabina Smagina
6) Vlada Kozmina
7) Ülviyyə Şərifova
8) Günel Əliyeva
9) Minayə Məmmədova
10) Azaliya Həsənova
11) Elnarə İbrahimova
12) Rəna Həsənova
13) Alyona Barbakadze
14) Kamilə Bayramova
15) İranə Şükürova
16) Mədinə Musayeva

Həndbol (kişilər)

1) Rəsul Şərifi
2) Sabir Nəzərəliyev
3) Vadim Skrebtsov
4) Elşad Məmmədyarov
5) Nicat Əzizov
6) Cavid İsmayılov
7) Ramazan Muradov
8) Emin Aydəmirov
9) Hüseyn Aydəmirov
10) Üzeyir Səlimov
11) Aleksandr Serqunin
12) Kamran Məmmədov
13) Ruslan İsmayılov
14) Röyal Əliyev
15) Elgün Məmmədrəhimov
16) Elnur Cahangirov

Karate

1) Mədinə Sadıqova
2) Rövşən Əliyev
3) İsmayıl Quliyev
4) Zəhra Qurbanzadə
5) İrina Zaretska
6) Ayla Rzazadə
7) Fəridə Əliyeva
8) Asiman Qurbanlı
9) İnci Əzizova
10) Tural Balcanlı
11) Roman Heydərov
12) Pənah Abdullayev
13) Fərid Ağayev
14) Tural Ağalarzadə
15) Əminağa Quliyev

Kikboksinq

1) Mahmud Hüseynov
2) Esmira Məmmədova
3) Elvin Ağayev
4) Pərvin Heydərov
5) Fərid Ağamoğlanov
6) Amil Məmmədov
7) Tülün Ələkbərova
8) Aysu Dəvrişova
9) Fəridə Abdullayeva
10) Bəhram Rəcəbzadə
11) Surət Qarayev
12) Bəybala Quliyev
13) Elcan Alkişiyev
14) Saqi Salehli
15) Elxan Əliyev
16) Rəhim Əliyev
17) Qəşəm Məmmədov
18) Arzuman Qədimov
19) Ramiz Məmmədov
20) Qiyas Şahmərdanov
21) Anar Məmmədov
22) Camal Məmmədov
23) Nihad Tağızadə
24) Ramal Aslanov

Qılıncoynatma

1) Sevil Bünyatova
2) Kənan Əliyev
3) Barat Quliyev
4) Ruslan Həsənov
5) Palina Kaspiaroviç
6) Səbinə Kərimova
7) Valeriya Bolşakova
8) Anna Başta

Oxatma

1) Yaylagül Ramazanova
2) Svetlana Simonova
3) Nəzrin Zamanova
4) Aleksey Kopnin
5) Zaur Qəhrəmanov
6) Məhəmmədəli Əliyev

Para-oxatma

1) Azadə Abdullayeva
2) Şahin Cabbarov
3) Vüsal Kazımov
4) Əli Nəbiyev
5) Cahan Musayev

Para-aletika

1) Hüseyn Həsənov

Para-üzgüçülük

1) Könül Süleymanova

Para-stolüstü tennis


1) Dinarə Sunçeleya

Stolüstü tennis

1) Ləman Əbdülhəmidova
2) Adil Əhmədzadə
3) Nihad Məmmədov
4) Vəzir Allahverdiyev
5) Emin Məmmədov
6) Zemfira Mikayılova
7) Mərziyyə Nurmətova
8) Nəzakət Qarayeva

Taekvondo

1) Səidə Əliyeva
2) Fatimə Məcidova
3) Röya Hacıyeva
4) Minayə Əkbərova
5) Patimat Abakarova
6) Fəridə Əzizova
7) Səyyad Dadaşov
8) Qaşım Maqomedov
9) Pərviz İskəndərov
10) Cavad Ağayev
11) Məhəmməd Məmmədov
12) Taleh Süleymanov
13) Milad Beigi Hərçəqani
14) Radik İsayev

Velosiped

1) Şahin Eyvazov
2) Nəcəf Bağırov
3) Ayan Xankişiyeva
4) Lalə Əbdürrəhmanova
5) Viktoriya Sidorenko
6) Əli Qurbanov
7) Elgün Əlizadə
8) Musa Mikayılzadə
9) Elçin Əsədov
10) Əmral Abduləzizli

Voleybol (qadınlar)

1) Şəfaqət Alışanova
2) Olena Xarçenko
3) Ayşən Əbdüləzimova
4) Yelizaveta Ruban
5) Nilkalina Başnakova
6) Kseniya Pavlenko
7) Kristina Besman
8) Mariya Kirilyuk
9) Marqarita Stepanenko
10) Bəyaz Əliyeva
11) Aynur İmanova
12) Valeriya Kondratyeva
13) Anastasiya Mertsalova
14) Yuliya Kərimova

Voleybol (kişilər)

1) Mais Verdizadə
2) Andrey Melnikov
3) Mirhasil Seyidov
4) Vüqar Bayramov
5) Emil Abdullayev
6) Mərdan Məmmədov
7) Yeqor Nikulenko
8) Cavid Süleymanov
9) Tural Həsənli
10) Andrey Vasilenko
11) Dmitri Baranov
12) Kənan Allahverdiyev
13) Aqil Ağazadə
14) Ramazan Ağabəyov

Üzgüçülük


1) Aysel Səfərova
2) Selcan Əbdürəhmanlı
3) Nihad Yusibov
4) Vəli İsrafilov
5) Əbdürrəhman Rüstəmov
6) Rəşad Əliquliyev
7) Ramil Vəlizadə
8) Fatimə Alkərəmova
9) İlahə Rəciyeva
10) Ayan Kələntərova
11) Məryəm Şeyxəlizadəngah
4-08-2022, 17:23
Bakıda betonqarışdıran maşın aşdı


Bakıda betonqarışdıran maşın aşdı

Bakıda betonqarışdıran avtomobil aşıb. Butov.az-ın xəbərinə görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verib. Məlumata görə, hərəkətdə olan betonqarışdıran maşın dönmə hərəkətini yerinə yetirən zaman aşıb. Nəticədə avtomobilin içərisində olan beton yola dağılıb. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!