Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                       
16-08-2022, 22:28
Meymunçiçəyi cənub sərhədlərimizə çatdı


Meymunçiçəyi cənub sərhədlərimizə çatdı

İranda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Əhvaz şəhərində yaşayan 34 yaşlı qadın dərhal karantinə alınıb. Xəstəliyin çox ölümcül olmadığı və yoluxmanın qadında dəri zədələrinin müşayiət olunması yolu ilə müəyyən edildiyi bildirilib.
16-08-2022, 22:25
"Dəniz kuboku"nda üzən minalar məhv edildi


"Dəniz kuboku"nda üzən minalar məhv edildi

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər. Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər. Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb
16-08-2022, 22:23
Finlandiya ruslara daha az viza verəcək


Finlandiya ruslara daha az viza verəcək

Finlandiya Rusiya vətəndaşlarına turist vizalarının verilməsini azaldacaq. Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib. O qeyd edib ki, Finlandiyaya iş və təhsil məqsədilə, eləcə də ailəvi səbəblərə görə səfər etmək istəyən ruslara üstünlük veriləcək. Nazir bildirib ki, ruslar üçün vizalarla bağlı Avropa İttifaqının (Aİ) vahid mövqeyi formalaşmalıdır. Finlandiyanın YLE nəşrinin məlumatına görə, Yunanıstan, İtaliya və İspaniya hazırda ən çox Şengen vizası verən ölkələrdir və onların verdiyi vizalar ruslara Finlandiya vasitəsilə Avropanın digər hissələrinə səyahət etmək imkanı verir.
16-08-2022, 22:20
Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü


Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

Estoniyanın Rusiya ilə sərhəddə yerləşən, əsasən rusdilli əhalinin yaşadığı Narva şəhərində Sovet dövründən qalma T-34 tankının abidəsi sökülüb. Bu barədə ölkənin ERR agentliyi məlumat yayıb. Tankın Estoniya Müharibə Muzeyinə köçürüldüyü bildirilir. Tankın köçürülməsi barədə qərar avqustun 7-də Narva Şəhər Assambleyasının deputatları tərəfindən verilib. Bundan əvvəl Estoniya Baş naziri Kaja Kallas bildirib ki, hökumət ölkə ərazisində olan bütün sovet abidələrinin sökülməsi barədə qərar qəbul edib. “Nazirlər Kabinetinin iclasında işğalçı dövlətin rəmzləri olan memorialların ictimai məkandan çıxarılmasını ətraflı müzakirə etdik. Estoniyada 200-400 arası belə abidə var", - deyə baş nazir vurğulayıb.
16-08-2022, 22:14
MSK-nın yeni strukturu belədir


MSK-nın yeni strukturu belədir

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, əvvəlcə Komissiyanın 2022-ci il avqustun 4-də keçirilmiş iclasının protokolu təsdiqlənib. Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq olunması məsələsi müzakirə edilib. Bildirilib ki, Katibliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Komissiyanın 2022-ci il 4 avqust tarixli Qərarı ilə “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edildiyi üçün mövcud strukturun təkmilləşdirilərək yenidən təsdiq edilməsinə zərurət yaranıb. Qeyd olunanları əsas götürən Mərkəzi Seçki Komissiyası Katibliyin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə qərar verib. Media tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb. Qeyd edək ki, iclasdan sonra MSK-nın yeni strukturu da məlum olub. Belə ki, qurumun ştat cədvəlindəki vahidlərin sayı 129-dur. MSK-nın strukturunu təqdim edirik:
Katibliyin müdiri
Katibliyin rəhbərinin müavini
Katibliyin müdirinin köməkçisi
Katibliyin Təşkilat şöbəsi
Katibliyin Hüquq şöbəsi
Katibliyin Beynəlxalq əlaqələr şöbəsi
Treninq sektoru
Katibliyin İnformasiya mərkəzi (şöbə statusunda)
İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru
İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
Texniki və sistem təminatı sektoru
Katibliyin Ümumi şöbəsi
Kargüzarlıq sektoru
İnsan resursları sektoru
Katibliyin Media və kommunikasiya şöbəsi
Katibliyin Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi
Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru
Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
Katibliyin Redaksiya və nəşr şöbəsi
Katibliyin Maliyyə şöbəsi
Katibliyin Təsərrüfat şöbəsi
16-08-2022, 22:10
Putin Özbəkistan prezidentinə zəng etdi


Putin Özbəkistan prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə telefonla danışıb. Liderlər sentyabrda Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə hazırlığı müzakirə ediblər. "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinə hazırlıq müzakirə edilib. Bu kontekstdə ŞƏT-in yüksək beynəlxalq nüfuzu, təşkilatın regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfə qeyd edilib”, - məlumatda ​​deyilir. Bundan əlavə, Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsi məsələlərinə toxunulub.
16-08-2022, 22:08
İran hərbçiləri azad edilmiş ərazilərdə


İran hərbçiləri azad edilmiş ərazilərdə

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.
16-08-2022, 22:05
81 seçki dairəsinin sərhədləri müəyyənləşib


81 seçki dairəsinin sərhədləri müəyyənləşib

81 seçki dairəsinin sərhədlərinin müəyyən edilməsi ilkin mərhələdə başa çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib. MSK rəsmisi qeyd edib ki, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.
16-08-2022, 22:02
Futbol millimiz İslamiadada üçüncü oldu


Futbol millimiz İslamiadada üçüncü oldu

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Konyada təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub. Butov.az xəbər verir ki, Konyadakı Cümhuriyyet stadionunda keçirilən qarşılaşmada seçməmiz Əlcəzair yığması ilə qarşılaşıb. Matçda hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri dəqiq yerinə yetirən Azərbaycan millisi qələbə qazanıb – 4:3. Oyunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, veteran futbolçu İsgəndər Cavadov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da izləyiblər.
16-08-2022, 21:56
Snayperlərimiz İranda döyüş vəziyyətinə gətirildi


Snayperlərimiz İranda döyüş vəziyyətinə gətirildi

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər. Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!